ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ... VƏ O YAZ

Şamil QURBANOV - 86

17046    |   2020-05-11 09:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Yaz gələndə ağaclar çiçək açır. Güllər və çiçəklər baş qaldırır. Və bu yazın ətri insanın qəlbinə və ruhuna elə bir rahatlıq gətirir ki, onu heç bir fəsildə hiss eləmək və duymaq mümkün deyil. Yaz gələndə tək ağaclar çiçək açmır, tək güllər, lalələr, bənövşələr otların arasından baş qaldırmır. Yaz gələndə həm də insanların qəlbindəki, ürəyindəki arzuları da çiçəkləyir. Hətta yaz gələndə dərd də çiçək açır...

... O, yazı başqa fəsillərdən daha çox sevirdi... O, yazı ömrünə-gününə yazılan bir fəsil kimi xatırlayırdı... O, yazı həm də sevgi, məhəbbət və insanlara olan mərhəmət kimi də xatırlamağı unutmurdu. Çünki bu böyük ziyalı, bu böyük insan və bu böyük alim Şamil Qurbanov 1934-cü ilin mayın 10-da Gürcüstanın Bolinisi rayonunun Faxralı kəndində bir yaz günündə dünyaya göz açmışdı. Və o yaz da həmişə anadan olduğu il kimi, gün kimi yaddaşına həkk edilmişdi. O yaddaş ki, zaman-zaman daha da cilalanacaq və zaman-zaman daha da möhkəmlənəcəkdi və onu uca bir zirvəyə aparacaqdı...

Şamil Qurbanov sıradan bir alim deyildi... sıradan bir ziyalı deyildi... və sıradan bir kişi də deyildi... O, özünün istedadı, zəhməti, əməyi və gərgin axtarışlarıyla başqalarından tamamilə seçilirdi. Belə ki, Şamil Qurbanov Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin yurnalistika şöbəsini bitirmiş, bir müddət mətbuat sahəsində çalışmışdı. Hətta "Azərbaycan məktəbi” yurnalında ədəbi işçi kimi fəaliyyətə başlamışdı. Sonralar "Bakı” qəzetində elm və mədəniyyət şöbəsinin müdiri vəzifəsində işləmişdir.

O, ömrünü elmə, axtarışlara və gənc nəslin savadlanması üçün yeni bir həyata həsr elədi. Azərbaycan Dövlət Universitetində çalışaraq namizədlik dissretasiyası müdafiə etdi, filologiya elmləri namizədi, alimlik dərəcəsi aldı. Sonralar isə elmlər doktoru, professor adına layiq görüldü. Təsadüfi deyildir ki, Şamil müəllim həm də bir müddət filologiya fakültəsinin qiyabi və axşam şöbəsinin dekanı vəzifəsində çalışıb. Həmin vaxtlar da o öz obyektivliyi, tələbənin haqqını qorumağı ilə başqa vəzifəli şəxslərdən tamamilə seçilib. Yəni Şamil müəllim bu vəzifədə olanda nə tələbənin haqqının tapdanmasına imkan verib, nə də müəllimlərin. Haqq-ədalət kimin tərəfində isə həmişə onun yanında olub.


O, alim kimi də, ictimai xadim kimi də, insan kimi də və yazıçı-publisist kimi də həmişə öz sözünü deyib. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Eyni zamanda, Azərbaycan- Gürcüstan parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsində böyük xidmətlər göstərib. Gürcüstandakı soydaşlarımızın hüquqlarının qorunmasında bir deputat, bir ziyalı kimi öz sözünü deməyi bacarıb. O, haqq-ədalət yolunda həqiqət deməkdən heç vaxt çəkinməyib.

Hətta Fransanın sabiq prezidenti Yak Şiraka xalqımızın haqqını tapdadığına görə, "qudurmusan” ifadəsini işlətdi. Bax, həmin vaxt Şamil Qurbanovun başı çox əziyyətlər çəkdi. Ona qarşı təxribatlar, şantaylar başladı. Onu isə Azərbaycanın çox böyük ziyalıları – Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, Aqil Abbas, İsgəndər Quliyev, Səməndər Məmmədov və digər ziyalılar müdafiə elədilər. Onlar dedilər ki, Şamil Qurbanovun üstünə yerimək yox, Azərbaycanın düşmənlərinin üstünə yerimək lazımdır. Əgər bu böyük ziyalılar olmasaydı, Şamil Qurbanovu hansı cəzalar gözləyirdi, bir Allah bilir. Ancaq o böyük ziyalı, o böyük insan haqq-ədalət yolunda mübarizə aparmaqdan və döyüşməkdən çəkinmirdi.

Böyük şair Zəlimxan Yaqubun Şamil Qurbanov barəsində yazdığı bu misraları xatırlayıram:

Yeridin başına səpələndi qar,

Baxmadın yolların uzaqlığına.

Elmin yollarında ağaran saçlar,

Döndü bu millətin üzağlığına.

... O böyük alim, o böyük ziyalı bir-birindən maraqlı, bir-birindən zəngin elmi axtarışlar apardı. Və bu axtarışların nəticəsində Azərbaycan oxucusu Ömər Faiq Nemanzadə kimi görkəmli bir şəxsiyyəti yenidən tanıdı. Bununla yanaşı, "Cəmaləddin Əfqani və türk dünyası” kitabı elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi. Şamil müəllim böyük türkçü Cəmaləddin Əfqanini yenidən öz xalqına sevdirməyi bacardı. Eyni zamanda, o böyük alimin "Nəriman Nərimanov dünyası” və "Məmməd Əmin Rəsulzadə” kitabları da sözün həqiqi mənasında elm və ədəbiyyat aləmində bir hadisə yaratdı.

Bununla yanaşı, Şamil müəllim ona dərs demiş, tərbiyə vermiş orta və ali məktəb müəllimləri haqqında çox unikal, yaddaqalan "Müəllimlər” kitabını qələmə aldı. Bütün bunlar böyük alimin yuxusuz gecələrinin, gərgin axtarışlarının və arxivlərdə keçən ömrünün bəhrəsi idi. Bu kitablarla, bu axtarışlarla Şamil müəllim qətiyyən arxayınlaşmadı. O, İman İldırımtürkü, Hüseyn Minasazovu, Əlimərdan bəy Topçubaşovu, Məmməd Qarayevi, Həmzət bəy Qəbulov – Şirvanskini, Rəhim bəy Məlikovu, Sona xanım Axundovanı xalqımıza sevdirməyi, tanıtdırmağı bacardı. Eyni zamanda, Mustafa Kamal Atatürk və Ulu Öndər Heydər Əliyev haqqında unikal yazılar qələmə almağı bacardı.

Yenə Zəlimxan Yaqubun o böyük alim barəsində dediyi bu sözlər yadıma düşür: "Zahiri görkəmi ilə nur heykəlinə bənzəyən, iç dünyası elm işığı ilə dolu olan böyük ziyalımızdı Şamil Qurbanov”.

Şamil müəllimi tək öz qohum-əqrəbası, öz eli-obası, Faxralısı tanımır. Çünki o, bəşəri, dünyəvi bir insan idi. O tək Faxralı haqqında, anadan olduğu torpaq barəsində düşünməzdi. O, Azərbaycanın müstəqilliyi və uğurlu gələcəyi barəsində öz canıyla, qanıyla mübarizə aparırdı. O, heç vaxt ağrı-acısını, şəxsi mənafeyini dilə gətirməzdi. Azərbaycanın, bu dövlətin, bu xalqın ayağına dəyən daş professor, kafedra müdiri rəhmətlik Şamil Qurbanovun ürəyinə dəyirdi. O da başqaları kimi rahat həyat tərzi yaşaya bilərdi... Susub dinməzdi... Hər şeyə göz yumub görməməzliyə vurardı...

Amma Şamil müəllim haqq pozulan yerdə, ləyaqət tapdalanan məqamda, ölkənin, dövlətin başının üstünü buludlar alan zamanda şimşək kimi çaxardı və bir leysan yağış yağardı ki, gəl görəsən. Bu yağış adi yağış deyildi... Bu yağış illərlə onun ürəyində, qəlbində haqsızlığa, ədalətsizliyə qarşı yığılıb qalan dərd-kədər yağışı idi. Bu yağış yağmasaydı, o ildırım çaxmasaydı, yer-göy titrəməsəydi, Şamil müəllimin ürəyi heç vaxt sakit döyünməzdi...

Mayın 10-u o böyük ziyalının, o böyük müəllimin, o böyük alimin 86 yaşı tamam olur. Və 86 yaş bir yaz yağışına bənzəyir. Hər yaz gələndə bu yaz yağışı yağıb, göy üzü durulub, günəş çıxıb. Və bu yaz yağışı Şamil müəllim haqq dünyasında olsa da, onun ruhuna, onun o dünyasına yağır. Bu yaz yağışı həm də haqq aşiqi olan və haqq-ədalət yolunda, bu xalqın uğrunda canını, həyatını fəda edən ruhuna bu gün də yağır. Allah sənə rəhmət eləsin! Məzarın nurla dolsun, Şamil Qurbanov!




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-08-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK