ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Haqverdiyevin 150 illik yubileyi münasibətilə İndoneziyada poçt markası nəşr edildi

11740    |   2020-05-06 22:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan rеalist ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin geniş şəkildə qeyd olunmasına dair Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin imzaladığı 31 yanvar 2020-ci il tarixli, 1784 saylı sərəncamına əsasən, ölkəmizin İndoneziyadakı Səfirliyinin təşəbbüsü ilə "İndoneziya Poçt Dövlət Şirkəti” tərəfindən poçt markası nəşr edilib.

Səfirlikdən Adalet.az-a verilən məlumata görə, nəşr edilən poçt markasının üzərində "Şuşa Azərbaycan” yazısı və ədibin gənclik şəkli ilə yanaşı arxa fonda "Şuşa qalası” təsvir olunmuşdur.

"İndoneziya Poçt Dövlət Şirkəti” ilə səfirlik arasında əldə olunmuş razılığa əsasən, sözügedən marka may ayı ərzində ölkənin mərkəzi və regional poçt şöbələrində dövriyyəyə buraxılmışdır.




İmza:
SON XƏBƏRLƏR
2020-06-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK