warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | SƏS Adalet.az | SƏS Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SƏS

(Mikayıl Mirzənin xatirəsinə)

26629    |   2007-07-09 15:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər şey ardıcıllıqla baş verir. İyun ayının əvvəlində jurnalist dostum Nadir Bədəlov deyir ki, ANS-də yayımlanan "Naməlum məşhurlar" layihəsində Məmməd Arazı xatırlamaq istəyirlər. Təbii, məmnun oluram. Pulun Tanrıya döndüyü bir zamanda şairi yada salmaq özü də bir hünərdi -deyə düşünürəm. Elə bu hisslə də evdən əlimdə olan kasetləri toplayıb çağırılan vaxtda verilişin rejissoru Xəyyam Abdullayevlə görüşürəm. Məni çəkirlər və söhbətimdə Mikayıl Mirzəni anıram. Çəkiliş bitir, özlüyümdə fikirləşirəm ki, iyul ayının əvvəlində vəfatının ildönümüdü. Veriliş efirə gedəndən sonra yaddaşına arxalandığım Zəlimxan Yaquba zəng edirəm, il nə vaxtdı -deyə soruşuram, oldu-keçdi- deyir. Keçdi? Mən niyə bu ayları qarışdırdım? Həmin gün Mikayıl Mirzənin oğlu Mətin Mirzə telefon açır və ondan da dəqiq tarixi soruşuram. İyunun 3-ü deyir. Demək il keçib. Nə vaxtsa onun dilindən səslənən şeri xatırlayıram:
   
   
   
   Eh, dünən incəldi qəlbimiz yuxa kimi,
   
   Biz dünən bir ili qatladıq sovxa kimi.
   
   öz yaşımızı büküb qatladıq
   
   Dünən bir insan üstündən il adladı
   
   Dünən əfsanələr, etiqadlar da
   
   İnamından üzdü əlini,
   
   O, daha keçdi ömrün həyat adlı sahilini
   
   Keçdi ölüm sahilinə.
   
   Bir addım məsafədə,
   
   O, bizdən min il,
   
    milyon il uzaq.
   
   Bir itən səs ki,
   
   Daha geri qayıtmayacaq.
   
   Nə fərqi, dünən batıb,
   
   Ya Nizamidən min il qabaq...
   
   Bir il!
   
   Nə qəribə adətdi -
   
   Bir il!
   
   Ən ülvi hörmətdi -
   
   Bir il!
   
   Bir il onun gəlişinə
   
   güman olar.
   
   Ölənin ilindən sonrakı
   
   ölümü yaman olar.
   
   ... İlindən sonrakı ölüm. Nə yaxşı sözdür, əgər bu tarixi qarışıq salıramsa - demək ildən sonrakı ölüm öz hökmünü qüvvəyə mindirir. Əgər unutmağa məhkumuqsa bu gediş-gəlişlər nəyə lazım? Və bununla barışmalıyıqsa bu qədər ağrı-acı nəyə lazım?
   
   O da tez öldü yəqin
   
   Tez doğulmaq üçün,
   
   Daha tez -
   
   Daş- torpaq,
   
   Ot-ağac,
   
   Su-bulud olmaq üçün.
   
   Harda həyat başlanır
   
   Ölüm bağışlanır.
   
   Harda ölüm başlanır
   
   Həyat bağışlanır.
   
   Şeri yada salıram, beynimdə onun səsi əks-səda verir. Mən o səsi sevərdim...
   
   ***
   
   "Məmməd Arazın şeri mənim silahımdı. Onun şerlərindəki daşı-ağacı çırpıram ünsürlərin sifətinə. O, həyatda mənim üçün hər şeydir. Çünki özü demişkən, "ölə-ölə yazmır, yaza-yaza ölür". Səhnədə şerlərini söyləyəndə isə Məmməd Araz mənim üçün heç kimdi, çünki onu səhnədə yaşadan mənəm. O şerləri deyəndə necə tər tökdüyümü, şam kimi əridiyimi görməmisinizmi?" Bu, Mikayılın dedikləri.
   
   "Məncə, Mikayılı bir dəfə dinləyən kəs sonra uzun zaman özünü, öz içini dinləməyə bilmir, çünki Mikayılın oxuduqları yalana-böhtana, riyakarlığa, nadanlığa qarşıdı, onları daşıyanlara qarşıdı; onlara sillədi, qılıncdı Mikayılın şerləri. Onları dinləməmək mümkün deyil...
   
   Doğruya, ədalətə yön tutan insan zəkasıdı Mikayılın müraciətləri; əbədi işıq, sabahın nuruna çağırışdı. "Mən kiməm" sualına cavabdı, "tətikdən barmağını çək" nidasıdı Mikayılın səsi". Bu da Məmməd Arazın dedikləri.
   
   
   
   ***
   
   ... Zəng eləyəndə Mətin deyir ki, cümə axşamı qəbirüstü abidənin açılışıdı. Mütləq gələcəm - deyirəm. Mətini uşaqlığından tanıyıram. 10 yaşında ikən səhnədə şer deməyini də xatırlayıram. Və həm də yadımdadır ki, Mikayıl oğlunun istedadıyla çox qürurlanırdı. İndi həmin o oğlan məni atasının məzarı üstünə dəvət edir. Fərqi yoxdur, atanı hansı yaşda itirmisən - 57, ya 71, itki itkidi. Fərqi yoxdu neçə yaşın var - ata atadı. Bizi birləşdirən də atalardı. Səsində ağrı duyuram - "Son vaxtlar elə sənin atan kimiydi, danışa bilmirdi". Səsi heç atasının səsinə bənzəmir - deyə düşünürəm.
   
   ... Məzarlıqda nə qədər tanış üzlər var. Həm daş, həm də canlı. Həmin məzarlıqda xalqa, millətə, hürriyyətə xidmət etmiş insanlar da yatır, vəzifə gərəyi ora düşənlər də. Böyük aktyorlar da var, titulları böyük olanlar da. Üstündən 50-60 il keçəndən sonra kimin hansı çəkidə olduğu nə bilinəcək ki? Tək-tək aktyorlar öz dövrünü aşıb keçə bilir, nə qədər böyük olsalar da. Və belə təmtəraqlı məkanda dəfn olunan hər kəsi bərabərləşdirəndə gələcək nəsillər kimin kiçik, kimin böyük olduğunu hardan biləcək? Titulları ki eynidi, şərti olaraq. Fəxr söhbəti də birinciyə və ikinciyə bölünürsə...
   
   ... ün göydən şaxıyır, bir az o tərəfdə dayanan məşhur xanıma baxıb fikirləşirəm ki, bu saat üzünün boyası əriyib töküləcək. Sonra da fikirləşirəm ki, Mikayıl nə qədər belə əriyən rəngləri səhnənin divarlarına çəkib - günahınamı yazılıb, savabınamı, onu yuxarıdakı bilir...
   
   Məşhur TV kanalının səhər proqramında ictimai vəzifə kimi tamadalıq edən Xalq artistinin sözlərinə qulaq asmadan bütün diqqətimi heykələ yönəldirəm. Və yenə səsi qulağıma gəlir...
   
   Arabir
   
    qəribə
   
    fikirlər
   
    dolanır
   
    başımda.
   
   Arabir
   
    sabahım
   
    alalı-talalı
   
   Dumana çevrilir qarşımda.
   
   Bu duman içindən
   
   Bir insan fiquru
   
    sıyrılıb
   
    çıxır,
   
   Qranit bir daşın
   
    üstünə çıxır.
   
   örürəm:
   
    dartınır,
   
    çırpınır,
   
    əlləşir.
   
   Qayadan yapışıb heykəlləşir.
   
   Nəzəri üfüqə yönəli,
   
   Buluddan pay umur sağ əli.
   
   Yaxına gəlirəm,
   
    Özümə baxıram.
   
   Bu, mənəm, bu mənim heykəlim...
   
   Baxıram: nə qədər oxşarıq,
   
    nə qədər yadıq? -
   
   Yoxsa insan özü də
   
    özünü aldadır?
   
   Deyirəm: qəddin niyə belə
   
    bükükdü, heykəlim!
   
   Deyir: sən
   
   Özündən xəbərsiz
   
   Başı əyilməlilərə
   
   baş əymisən...
   
   Deyirəm:
   
   Deyəsən qıçının biri də
   
   ödəkdi, heykəlim!
   
   Deyir:
   
    O zamankı yerişlə
   
    yenidən bir yeri!-
   
   Ayağının biri
   
    irəli dartıb səni,
   
   o biri geri.
   
   Deyirəm:
   
    bəs əynin niyə
   
    sökük-tökükdü, heykəlim
   
   Deyir ki, sözündən, yazından
   
   min yalan sapını çəkiblər azından...
   
   Deyirəm: mən oğlu, mən heykəl,
   
   Mən əsla sən olmaq istəməzdim.
   
   Deyir ki, mən də heç
   
   bu ada, bu sana yonulmaq istəməzdim.
   
   O, sağlığa acıdı,
   
   Mən heykəlliyə.
   
   Axır ki, dalaşdıq,
   
   Axır ki, tutaşdıq.
   
   Yıxılıb aşdıq
   
    bir cəngəlliyə.
   
   Dedilər arxivdi bu dünya,
   
   Yaxşı ki, özünüz aşdınız,
   
   Onsuz da çəkəndi, yıxandı
   
   Zamanın qarmağı,
   
    Zamanın toru.
   
   Allah, məni gələcək heykəlimin
   
   tənəsindən qoru...
   
   
   
   ***
   
   
   
   Elə başımdakı bu qəribə fikirlərlə də məzarlıqdan qayıdıram. Kompüteri açıb keçən il onun vəfatına yazdığım elegiyanı gözdən keçirirəm. Nəsə əlavə edimmi? Bu bir ildə nəsə dəyişibmi? Yox, elə belə də qalsın.
   
   Bir müddət əvvəl qələminə, istedadına hörmətlə yanaşdığım, özümə müəllim saydığım Tofiq Abdin cavan rəhmətə getmiş dostumuzla bağlı bir yazı yazmışdı. Xatırlayıram ki, orda telefon nömrələrinə aid nəsə vardı. Hətta yazını oxuyandan sonra fikirləşdim ki, doğrudan da mənim telefon kitabçamda nə qədər üstündən xətt çəkilmiş belə nömrələr var - yəni dünyadan köçmüşlər. Son vaxtlar isə çox lazımlı, yaxın bildiyim insanların nömrələrini əl telefonumun yaddaşına yazıram. Nömrə yaddaşım çox zəifdi. Amma telefon həm də səs yaddaşıdı. Səs yaddaşım güclüdü. Ancaq onun səsini tək mən yox, bəlkə milyonlar tanıyırdı. İndi telefonumun yaddaşındakı bu nömrəyə baxıb fikirləşirəm ki, bir daha bu telefondan onun səsini eşitməyəcəyəm. Televizordan, radiodan eşidəcəm, ancaq telefonu açıb ötkəm səsi ilə cavab verməyəcək. İndi telefonumun yaddaşındakı bu nömrəyə baxıb fikirləşirəm ki, artıq bu nömrə rəqəmlərdən başqa bir şey deyil. Bu nömrəni canlandıran səs canlı deyil.
   
   ... Mən o səsi sevərdim. O səs mənim üçün həm də dili tutulmuş atamın sinəsindən qopan nidaların səsi idi, nitqi susan şairin ürəyinin səsi idi. O vaxt ki ordenli-medallı, mükafatlı şairlər böyük-böyük kürsülərdən "köhnə dağarcığı tumac yerinə" insanlara satırdılar, o vaxt ki şair olduğunu sübut etmənin bir göstəricisi də təntənəli gecələrdə, televiziya ekranlarında görünmək idi, həmin şair üçün artıq oralara gedən yollar bağlanmışdı. Yalnız qələmdən kağıza gedən cığırlar vardı, onu da böyük yola çıxarıb yol gedənlərə çatdırmaq lazım idi. Və həmin vaxt o səs öz gücü ilə, "ehheey" elədi - ayaq saxlayın - dedi, yoldan çıxın - dedi, mən varam - dedi.
   
   Atamdan sonra uzun müddət düşgün halımla, vəziyyətimlə nə kimsəni görmək, nə də eşitmək istəyirdim. Ancaq fikrimdə vardı ki, toparlanıb Mikayılla görüşəcəm. Həm atamla bağlı bir layihənin həllində mənə yardımçı olsun, həm də əlimdə yarımçıq qalmış "Cəfər Cabbarlı" filminin səsləndirilməsində iştirak etsin (Sağ olsun Nurəddin Mehdixanlı təmənnasız-filansız bu işdə mənə kömək etdi). Heç vaxt sözümü yerə salmamışdı. Bilirdim ki, desəm gələcək. Ancaq deməyə macal tapmadım, Almaniyaya getdi, sonrası da məlum.
   
   ... Mənim bu xalqın sənətkarlarına ürəyim yanır. Bu xalq üçün yananlara ürəyim yanır. Bu xalq onu yaşadanları, bir əsrdən o biri əsrə aparanları özü məhv eləyir. Hərəsini bir adla - birinə kafir deyir, birinə əyyaş, birinə dəli, birinə satqın, lap başqa sözlər də deyir. Öz sənətkarlarına dürlü-dürlü "titullar" yapışdıranlar bu şəxsləri yaşatmaq üçün nə edirlər? Biri qatıq-süd satır, biri daş-dəmir, biri böyük-böyük binalar, biri torpaq... Sənətkarın sata biləcəyi sənətidi. Onu da xalq almırsa hakimlər alır. Niyə inciyirsiniz ki? Və bu sathasatın içində sənətkarın satdığına maddiyyat çatmırsa deməli, xalqın mənəviyyatı yoxsuldur. Qarnını doyurur, amma beyni və ruhu acdır. Zira, kimsə bu aclığın fərqində deyil. Fərqinə varsalar bu biganələr iqlimində yaşamazdıq. Fərqinə varsalar böyük təntənələrin yaraşığı olacaq şəxsləri belə sükutla yola salmazdıq. Hər kəsə böyük meyarlarla yanaşmaq istəyirik, şəxsiyyət və sənət vəhdəti istəyirik. Amma anlamaq istəmirik ki, içində bu qədər güc-qüvvə, enerji, hərarət ola bilən şəxslərdən öz təyinatı üzrə istifadə edə bilmirik. Onun səsi ilə böyük bir insan kütləsini orduya çevirmək olardı, ordunu qalib qazilərə çevirmək olardı, bütöv ölkəni səfərbər eləmək olardı. Olardı...
   
   Teatrdakı rollarının içində ən çox sevdiyim, ən çox xatırladığım Cəfər Cabbarlının qəhrəmanları idi. Əslində o özü də bu qəhrəmanlara bənzəyirdi - çırpınan, özünə yer tapa bilməyən, təbəddülatlar içində çabalayan. Və Mikayıl "Od gəlini"ndə deyəndə ki, "qəhr olası tale" mən bütün hüceyrələrimlə taleyin qəhrini hiss edirdim. Və Mikayıl deyəndə ki, "mən inanmıram", mən onun doğrudan da inanmadığına inanırdım. O, öz qüdrətli səsi ilə məni inandırırdı. Mən o səsi sevərdim. O səs mənim üçün həm də dili tutulmuş atamın sinəsindən qopan nidaların səsi idi. Şair ürəyinin səsi idi. İndi mən öz zəif səsimlə üzümü göyə tutub bağırmaq istəyirəm. Üzümü bu xalqa tutub bağırmaq istəyirəm - "Qəhr olası tale!"
   
   ***
   
   İndi telefonumun yaddaşında Mətinin nömrəsi var...


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-05-21
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK