ANA SƏHİFƏ / ƏDƏBİYYAT

TƏBRİK EDİRİK!.. Vəli Xramçaylı - 65

14436    |   2020-04-27 13:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır















Dərvişin dəftərindən

Könül ki,sınıbdı bir də yapılmaz,
Səni mənim kimi duyan tapılmaz,
Sənə mənim kimi həyan tapılmaz,
Bil indi,bil indi,ay Dərviş Vəli.

Yandı gilə-gilə ömrün gözündə,
Yurdun dərəsində,yurdun düzündə,
Dərdini, qəmini özün-özündə,
Böl indi,böl indi ,ay DərvişVəli,

Gəldi bic zamana, yoxdu bicliyin,
Daha bu zamanda yoxdu dincliyin,
Getdi cavanlıgın,itdi gəncliyin,
Öl indi,öl indi,ay Dərviş Vəli.

xxx

Bu yer günah içindədi,
Soruşuma nə biçimdədi,
Karvanı öz köçündədi
Yığış gedək.Dərviş Vəli
Yığış gedək göy üzünə...

Dərd var nə mənnən addadı,
Yandırıb-yaxıb oddadı,
Dur gedək bağrım çatdadı,
Yığış gedək,DərvişVəli,
Yığış gedək göy üzünə

Kim nə yapır,kim nə qurur,
Fikir vermə,itib qürur,
Göy üzündə qəbrin durur,
Yıgış gedək,Dərviş Vəli,
Yıgış gedək göy üzünə

İNDİ ŞAİRLƏRİ GÜLLƏLƏMİRLƏR

İndi şairlər də azıb yolunu,
Daha misralardan qan iyi gəlmir.
Tərifə,təltifə açıb qolunu,
İndi şairlər də güllədən ölmür-
İndi şairləri güllələmirlər...

Haqqa üz cevirib, haqqı demirlər,
İndi şairlər də əl çalan olub.
Harama üz tutub,halal yemirlər,
Vəzifə önündə alçalan olub-
İndi şairləri güllələmirlər...

Yağının əlində qalan dağlara
Yalandan-palandan tərif toxuyur.
Qaraya ağ deyir,qara,ağlara,
Daha nəfsi də yalan qoxuyur,
İndi şairləri güllələmirlər...

Bir qaşıq qanından qorxan şairlər,
Sinəsində orden, medal gəzdirir.
Bu təltif ölüsü xoxan şairlər
Daha bu milləti yaman bezdirir-
İndi şairləri güllələmirlər...
İndi şairləri güllələmirlər...




İmza:
SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK