ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: EYVANIMA BİR QUŞ QONDU

17591    |   2020-04-25 09:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Həmişə yaz gələndə mənim eyvanımın pəncərəsində bir qaranquş olardı. Və bu qaranquş orda özünə yuva qurmuşdu. Çör-çöpdən nə tapırdısa gətirib yığıb orda, özünə bir ocaq yaratmışdı. Hər yaz gələndə o quş gələrdi, orda yumutlayardı, balalayardı. Və biz də onlara böyük sevgi və məhəbbətlə, istəklə yanaşardıq. Balalarıma deyirdim birdən çaşarsınıza ha, o quşun yuvasını dağıdarsınız, aman gündü. Çünki qaranquşun qarğışı çox ağır olur.

Bax, beləcə, illər keçdi, o quş hər yaz bizim eyvanımıza gəldi, yuvasına qondu, balalar dünyaya gətirdi və yenidən qanadlanıb uçdular. Və bir gün o quş gələndə gördü ki, o yuva yoxdu. O yuvanı da hansısa bir pişik çıxıb dağıtmışdı. Quş o vaxtdan çıxıb getdi və bir daha bizim eyvanımıza qonmadı. Yadıma böyük Musa Yaqubun bu şeiri düşür:

Leyləklərin çöp yuvası boş qalıb,

Bahar gedib, payız gəlib, qış qalıb.

Göy çəməndə ocaq yanıb, daş qalıb,

Bu dünyanın qara daşı göyərməz.

Və həmin quş küsüb getdi... Biz də gözləyirdik görəsən, o qaranquş yenə gələcəkmi? Illər keçdi, o qaranquş gəlmədi. Amma bir neçə gün bundan əvvəl yenidən eyvana çıxmışdı. Gördüm ki, eyvanda bir quş var. Qaranquş deyildi, başqa bir quş idi, yem axtarırdı. Özü də o quş nə sərçəyə bənzəyirdi, nə qaranquşa bənzəyirdi, nə də başqasına... qeyri-adi bir quş idi. O quşlar adətən yazın gəlməyini bildirir. Qeyri-adi, çox şirin, musiqiyə bənzər səs çıxarırlar. Və o quş da eyvanda ora baxdı, bura baxdı və o şirin səsi çıxarmağa başladı. Diqqətlə o quşa baxdım, baxdım, birdən yadıma mənim eyvanımdan uçub gedən qaranquş düşdü. Gördüm ki, o quş nəsə yem axtarır, nəsə acdı. Fürsətdən istifadə eləyib evdə bir ovuc buğda vardı, aparıb səpdim ətrafa. Gördüm o quş dəni yeməyə başladı. Yedi, yedi, axırda əvvəlki səsiylə bir mahnı oxudu. Bilmirəm, bu mahnı idimi, quş səsi idimi, amma bildiyim odur ki, çox qəribə bir səs idi. Və bu qəribə səs məni çox təəccübləndirdi.

Bir müddətdən sonra içəri keçib o pəncərədən o quşa baxdım. Quşun tez-tez ətrafına baxaraq dənləri yeməyi mənim daha çox diqqətimi cəlb elədi. Sanki quş qorxurdu ki, kimsə onu vuracaq, kimsə ona daş atacaq, kimsə onu öldürəcək. Dəni dimdikləyib yeyirdi, sonra başını qaldırıb ətrafına baxırdı... yenə yeyirdi, yenə ətrafına baxırdı. Və hər dəfə yeyəndə, başını qaldıranda sanki Allaha şükür eləyirdi ki, nə yaxşı mənim qarşıma bu dəni atıblar. Beləcə, o quş beş-on dəqiqə mənim eyvanımda durdu, durdu, dəni yeyib uçdu. Çox pis oldum. Dedim görəsən, bu quş bir də mənim eyvanıma gələcəkmi?

Amma heç iki gün keçmədi ki, yenə həmin quş mənim eyvanımın məhəccərinə qondu, qəribə səs çıxardı. Və bəlkə də o insanları haraylayırdı ki, ay insanlar, bir az insaflı olun, bir az mürvətli olun, bizə dəyməyin, biz sizi seviriksə, siz də bizi sevməlisiniz. Bir sözlə, həmin quş hər gün olmasa da, iki-üç gündən bir mənim eyvanıma qonur. Və mən də iki-üç gündən bir həmin quşa dən səpirəm. Vallah, heç birlmirəm, hardandı, bu hansı hisslərdi, hansı duyğulardı, hansı sevgidi, amma bildiyim odur ki, hər şeyi Allah yaradıb. Bütün canlılar yaşamaq istəyir, bütün canlılar dünyanın havasını ciyərlərinə çəkmək istəyir.

... O quş da yaşamaq istəyir... dünyanın havasını canına çəkmək istəyir... yazı görmək istəyir... ağacların budaqlarında öz şirin mahnısını oxumaq istəyir. Və o quş bizdən beş metr o tərəfdəki ağaca uçub qonur və təzədən öz yaz mahnısını oxuyurdu. Amma həyətə düşəndə kədərli anlar gördüm. Gördüm ki, bir göyərçin ölüb və yerdə qalıb. Bu vaxt onu bir pişik ağzınağına alıb harasa gedirdi. Fikirləşdim ki, bu quş ya baxımsızlıqdan, ya diqqətsizlikdən, ya da insanların zərbəsindən belə ölüb. Amma bir balaca həyətdən addımladım, məktəb tərəfə getdim, gördüm ki, orda da bir quş ölüsü var. Bu da göyərçindi.

Çox qəribədi, son vaxtlar quşlar şəhərdə, Bakıda kütləvi şəkildə qırılırlar. Bu barədə mən hardasa oxumuşdum, amma görməmişdim. Gördüm və çox pis oldum. Bilmirəm, quşların ürəyi partlayır, quşlar sıxılır, quşlar insanların bu çətin zəmanədə boğulduğunu, sıxıldığını hiss eləyir, bu vəziyyətlərə düşür, deyə bilmərəm. Bildiyim odur ki, artıq quşlar da dünyanın bu sıxıntısına, bu bəlasına dözə bilmirlər. Yadıma böyük şair Ramiz Rövşənin "Ölü dəniz” şeirindən bu misralar düşür:

O ölən dənizdən axı nə qaldı?

Qum örtdü, gizlətdi son ləpirləri.

Qum üstə bir ölü qağayılardı,

Bir də ki, zorlanmış su pəriləri...

... Bax, beləcə... O vaxtlar böyük Ramiz Rövşən də quşların ölümünü sanki görüb və onu bir bəşəri faciə kimi, bəşəri dərd kimi, bəşəri kədər kimi oxucuya çatdırıb. Və bu gün biz tək insanların ölümünə yox, hər bir canlının ölümünə, hər bir canlının həyatına nöqtə qoyulmasına qarşı mübarizə aparmalıyıq. Və hər bir canlını sevməli, qorumalı, onlara sevgiylə yanaşmalıyıq. Və Allah-Təala bütün canlıları yaradanda onlara ürək verib, göz verib, onlara həyat verib... Və bu quşlar da Allahın yaratdığı böyük bir canlıdır... Və biz hər şeyi vevməliyik – təbiəti sevməliyik, insanları sevməliyik, Allah-Təala nə veribsə, onların hamısını sevməliyik və qorumalıyıq...

... Yenidən eyvanıma baxırdım. Gördüm ki, həmin quş gəlib qondu eyvana və qəribə bir mahnı oxuyurdu. Və bu qəribə mahnı mənə yaz mahnısını xatırlatdı... və bu qəribə mahnı mənə həyat eşqini xatırlatdı... və bu qəribə mahnı mənə hələ yaşamağa dəyər, dünyanı sevməyə dəyər, dünyanın gözəliklərini qorumağa dəyər duyğularını aşıladı. Gəlin, dünyamızı, onun gözəlliyini, onun nəyi varsa, hamısını qoruyaq və üzü sabaha aparaq. Biz onu qorusaq, üzü sabaha aparsaq, Allah da bizi qoruyacaq...




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK