ANA SƏHİFƏ / SİYASƏT

Fəxrəddin Altun: Türkiyə illərdir səhiyyə sisteminə qoyduğu sərmayələrin qarşılığını alır

8996    |   2020-04-16 16:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Daha əvvəl buna bənzəri olmayan təhdid səbəbi ilə dünya böyük bir təzyiqlə qarşılaşarkən Türkiyə illərdir səhiyyə sisteminə qoyduğu sərmayələrin qarşılığını alır.

Bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyənin Kovid-19 epidemiyasına qarşı mübarizəsini şərh edərkən deyib.

Altun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın virusa qarşı mübarizə zamanı nümayiş etdirdiyi liderliyə diqqət çəkib: "Prezident Rəcəb Tayyib Ərdoğanın ilk gündən bəri nümayiş etdirdiyi qətiyyətli liderliyi sayəsində Türkiyə koronavirüs böhranını nümunəvi bir şəkildə idarə edir. Daha əvvəl buna bənzəri olmayan bu təhdid səbəbi ilə dünya böyük bir təzyiqlə qarşılaşarkən Türkiyə illərdir səhiyyə sisteminə qoyduğu sərmayələrinin qarşılığını alır. Hökumətimiz səhiyyə sistemini səfərbər edərək, tibb işçilərinə dəstək verərək, çox saylı testlər apararaq, müalicə və peyvənd mövzusunda bir çox elmi-tədqiqat işləri apararaq və koronavirusun müalicəsini tamamilə pulsuz etməklə vətəndaşlarını qorumağa davam edir”.

Prezident Rəcəb Tayyib Ərdoğanın eyni zamanda "iqtisadiyyata dəstək olmaq məqsədiylə 100 milyard lirəlik bir paket hazırlandığını” açıqlamasını xatırladan Altun Xəzinə və Maliyyə Nazirliyinin bir tərəfdən maliyyə bazarlarında sabitliyi təmin edərkən, digər tərəfdən kiçik və orta sahibkarlığa dəstək üçün lazımi bütün tədbirlərin görüldüyünü də bildirib.

Türkiyənin diplomatik təşəbbüslə dünyada yardım istəyən bütün ölkələrə dəstək olma mövzusunda da hər cür cəhd göstərdiyini ifadə edən Altun "Etdiyimiz humanitar yardımlarla dünyaya liderlik edirik və koronavirusa qarşı mübarizə müddətində də bu mövqeyimizi qorumağı davam etdiririk” - deyib.

Altun sosial məsafənin tam olaraq tətbiq olunması üçün həftə sonu qüvvəyə minən küçəyə çıxma qadağaları da daxil olmaqla bir çox tədbirlərin tətbiq edildiyini xatırladaraq, Türkiyədə xəstəliyə yoluxan insan sayında, reanimasiyadakı xəstə sayında və ölüm sayında azalmanın müşahidə olunduğuna diqqət çəkib.

Tədbiri əldən buraxıb yoluxma sayında ani bir şəkildə artımın meydana gəlməsinə imkan verməyəcəklərin vurğulayan Altun bunları qeyd edib: "Bu çətin zamanda Prezident Ərdoğan kimi bir liderə sahib olduğumuz üçün həqiqətən çox şanslıyıq. Hökumətimizin bu böhranı bu qədər möhkəm və uğurla idarə etməsinin arxasında Prezidentimizin qətiyyətli rəhbərliyi dayanır. Xalqımız da Prezidentimizin verdiyi mesajlar sayəsində hökumətimizin tapşırıqlarını yerinə yetirməyə davam edir. Prezident Ərdoğanın liderliyi sayəsində Türkiyə bu böhrandan digər ölkələrlə müqayisədə daha yaxşı bir şəkildə çıxacaq. Xalqımızın səxavəti və sağlam düşüncəsi sayəsində biz bu çətinliyin öhdəsindən gəlməklə yanaşı, eyni zamanda qlobal ictimai səhiyyə təcrübələrində də dünyaya liderlik etməyə davam edəcəyik”.




İmza:

“Artıq nakişi olmaqdan bezmişik, kütləvi qeyrətsizləşmə başa çatmaq üzrədir...”

Ağstafaya yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib - YENİLƏNİB

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diktə edir

İlham Əliyev: Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir

Prezident İlham Əliyev: Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur

Gürcüstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Azərbaycanla Fransa arasında əməkdaşlıq yüksək səviyyədədir

Sinqapurun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Putin finlandiyalı həmkarı ilə koronavirusa qarşı mübarizədə əməkdaşlığı müzakirə edib

Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib

Bir sıra hökumət başçıları Baş Nazir Əli Əsədova təbrik məktubu göndəriblər

Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib

Rusiyalı deputat: Bu gün Azərbaycan ən nüfuzlu və sürətlə inkişaf edən dövlətlər sırasına daxildir

Vladimir Zelenski Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: "Ermənistanın Azərbaycana qarşı Avropa Məhkəməsi ilə bağlı..."

Könül Nurullayeva: "Sosial layihələrin icrası və regionların sosial-iqtisadi inkişafı..."

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü bəyan edildi

Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdədir

Rusiya nəşri Paşinyanın hitlerçi babası ilə bağlı qalmaqaldan yazıb

Həsən Ruhani Prezident İlham Əliyevi təbrik edib

SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK