ANA SƏHİFƏ / SİYASƏT

Prezidentin təqdim etdiyi “yol xəritəsi” hamı üçün “örnək modeli”dir - Millət vəkili yazır

9869    |   2020-04-15 15:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə gündəmimizin başlıca mövzularındandır.

Xatırladım ki, sözügedən müşavirədə ilin birinci rübündə həyata keçirilən tədbirlərdən danışan Prezident İlham Əliyev Azərbaycanda islahatların davam etdirilməsinin yaxşı nəticələrə gətirib çıxardığını qeyd edib. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən işləri vurğulayan dövlətimizin başçısı Azərbaycanda vəziyyətin nəzarət altında saxlanıldığını bildirib.

Eləcə də, iqtisadi vəziyyətə pandemiyanın təsiri ilə əlaqədar hökumətə bir sıra tapşırıqlar verən Prezident İlham Əliyev 2020-ci ilin də bir çox sahələri əhatə edən dərin islahatlar dövrü olacağını vurğulayaraq, ilin birinci rübünün iqtisadi göstəricilərindən danışıb.

Prezidentin həmin nitqini koronavirus pandemiyası dövründə çətin mərhələdən keçmək üçün ölkəmizin "yol xəritəsi” də adlandırmaq olar. Çünki Prezident İlham Əliyev bu nitqində təkcə dünyamızın və ölkəmizin qarşılaşdığı problemlərdən söz açmaqla kifayətlənməyib, eyni zamanda bu problemlərdən çıxış yollarını göstərib, bu məqsədlə tapşırıq və göstərişlərini verib.

2020-ci ilin Azərbaycan üçün uğurla başladığını qeyd edən dövlət başçısı vurğulayıb ki, ilin əvvəlinin göstəriciləri Azərbaycanda islahatların davam etdirilməsinin yaxşı nəticələrə gətirib çıxaracağını deməyə əsas verir.

Sitat: "Xüsusilə yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial göstəricilərimiz çox müsbət idi. Mart ayında isə müəyyən qədər tənəzzülə uğradıq. Bu da təbiidir. Çünki koronavirus bütün dünya üçün böyük bəladır və dünya iqtisadiyyatı üçün böyük problemdir. Əgər ilin üçayını bütövlükdə götürsək, görərik ki, yenə də inkişaf, tərəqqi var. Ancaq hər kəs bilməlidir ki, indi dünya yeni bir mərhələyə qədəm qoyub və hətta ən inkişaf etmiş ölkələr böyük problemlərlə üzləşiblər”.

Dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlərin yaşandığını xatırladan dövlət başçısı Azərbaycanda durumun nəzarət altında olduğunu söyləyib. Prezidentin də ifadə etdiyi kimi, koronavirus pandemiyasına qarşı ölkəmizdə həyata keçirilən tədbirlərin artıq müsbət nəticələr verməsi bizim doğru yolda olduğumuzun göstəricisidir.

Qeyd etmək istərdim ki, cənab Prezidentimizin rəhbərliyi altında dövlət tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, bu gün xəstələrin sayı min yox, bəlkə də onminlərlə ola bilərdi.

Sitat: "Ən inkişaf etmiş ölkələrin təcrübəsi onun göstərir ki, heç bir ölkə özünü tam sığortalı hesab edə bilməz. Heç bir ölkənin səhiyyə sistemi bu xəstələrin artan dinamikasının qarşısında duruş gətirə bilməz. Ona görə, bu, bizim üçün də dərs olmalıdır və mən bunu artıq bildirmişəm, bir daha demək istəyirəm ki, ibrət götürməliyik. Bizim bütün addımlarımız ölçülüb-biçilmiş addımlardır və təsadüfi deyil ki, bir neçə ölkə bizim təcrübəmizdən yararlanıb oxşar addımlar atır”.

Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına mümkün mənfi təsirləri haqda danışan dövlət başçısı bunun qlobal proses olduğunu vurğulayaraq, qabaqlayıcı tədbirlər sayəsində bundan da minimum itkilərlə çıxmağın əsas vəzifələrdən olduğunu qeyd edib. Proqram xarakterli çıxışda, demək olar ki, ölkənin yaxın zamanlar üçün atmalı olduğu bütün zəruri addımlar göstərilib, ən kritik mərhələlər üçün belə "xilas modelləri” təklif olunub.

Hesab edirəm ki, indi həm müvafiq dövlət strukturlarının, həm də hər birimizin bir nömrəli vəzifəsi bu tapşırıqları böyük məsuliyyətlə yerinə yetirməkdir. Belə olacağı təqdirdə isə Prezident İlham Əliyevin"yol xəritəsi”nin reallaşacağının şahidlərinə çevriləcəyik.

Könül Nurullayeva
Millət vəkili




İmza:

Türkiyə ilə Azərbaycan arasında bir neçə sənəd Milli Məclisin plenar iclasında tövsiyə olunub

İlham Əliyev: Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir

Azərbaycanla Fransa arasında əməkdaşlıq yüksək səviyyədədir

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib - YENİLƏNİB

Adil Əliyev: ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diktə edir

Prezident İlham Əliyev: Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur

Ağstafaya yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanıb - VİDEO

Gürcüstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Prezident İlham Əliyevi təbrik edib

Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub

ABŞ Səfirliyi azərbaycanlıları Ramazan bayramı münasibəti ilə təbrik edib

Gürcüstandan Ermənistana növbəti cavab: “Xoşunuza gəlmirsə, alternativ yollardan istifadə edin”

Kamran Bayramov: Karantin qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilməlidir

Tacikistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib

Ermənistanın Şuşa təxribatına Türkiyədən - RƏSMİ MÖVQE – VİDEO

Ərdoğanla Tramp arasında telefon danışığı baş tutub

Adil Əliyev seçicilərin növbəti qəbulunu keçirib - FOTO

Eldəniz Quliyev: "Amerika Cəmil Həsənlini fırladır"

Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə danışıb

SON XƏBƏRLƏR
2020-05-24
2020-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK