ANA SƏHİFƏ / SİYASƏT

Milli İSTİQLAL və sosial ƏDALƏT

(ideallarının uzlaşdırılması yolu)

7761    |   2020-04-15 13:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nəriman NƏRİMANOV - 150



Təəssüf ki, biz hələ də qütbləşmiş düşüncə tərzindən xilas ola bilmirik: – "Ya hər şey, ya da heç nə!”, "ya ağ, ya qara”. Aradakı bütün rəng spektri nəzərdən qaçırılır. Gerçək həyatın bütün zənginliyi unudulur, inkişafın məhz ziddiyyətlərdən doğduğu da unudulmuş olur.

Biz sözümüzü ona görə təfəkkürdə qütbləşmə sindromundan başlamadıq ki, belə bir təzad guya Nərimanov şəxsiyyətinə və dünyagörüşünə də aiddir; xeyr, tam tərsinə. Nərimanov bütün həyatı və yaradıcılığı boyu vahid və ardıcıl bir əqidə nümayiş etdirmiş, bütün amalı öz xalqına, millətinə sədaqətlə qulluq etmək, xalqını maarifləndirmək, onun sosial vəziyyətini yax-şılaşdırmaq, fərdi və ictimai miqyasda sağlam mühit yaratmaq və bunun sayəsində milli intellektual potensialı buxovlardan xilas edərək onun özünüifadəsi üçün şərait yaratmaqdan ibarət olmuşdur. İstər ədəbi-bədii, istər maarifçilik və istərsə də ictimai-siyasi fəaliyyətində, iqtidarda olduğu dövr də daxil olmaqla, o həmişə bu amala xidmət etmişdir.

Bəs biz hansı ikiləşmədən, hansı qütbləşmədən danışırıq? Söhbət Nərimanovun özündən yox, onun dövründə ictimai-siyasi mühitdəki qütbləşmədən gedir və eyni zamanda söhbət hələ indi də Nərimanova münasibətdə olan tamamilə fərqli, bir-birinə zidd mövqelərdən gedir.

N.Nərimanovun bəzən bolşevik kimi dəyərləndirilməsi və bu ideologiyaya xas olan bütün nöqsanların ona da aid edilməsi birtərəfli yanaşma olmaqdan ziyadə, kökündən qüsurlu olan bir münasibətdir. Əvvəla, Nərimanovun dünyagörüşü, əqidəsi ancaq kommunist ideologiyasının, ələlxüsus bolşevizmin təsiri ilə formalaşmamışdır. O, Lenin məktəbinin yetirməsi olmamışdır. Nərimanov hələ Platondan üzü bəri davam edən və böyük Fərabilərin, Nizamilərin tərənnüm etdiyi sosial ədalət və bərabərlik ideallarının təmsilçisi idi.

Digər tərəfdən, Nərimanov böyük bir millətçi və vətənpərvər idi. Hansı isə bir qrupun, partiyanın maraqlarından deyil, ilk növbədə milli maraqlardan çıxış edən, milli dövlətçilik idealını təmsil edən böyük bir türkçü idi. O, öz milli maraqlarını sosial-siyasi görüşləri ilə uzlaşdırmağa və ictimai fəaliyyətini də məhz bu kontekstdə qurmağa çalışırdı. Nərimanov müəyyən bir məqamda, tarixin müəyyən bir en kəsiyində, müəyyən bir coğrafi-siyasi şəraitdə zamanın bir gerçəkliyi olan sosial-demokratik hərəkatın və daha sonra kommunist ideologiysının təsir sferasında və bu hərəkatın sosial-energetik potensialından bəhrələnərək öz şəxsi əqidəsini və milli ideallarını həyata keçirirdi.
Bəzən biz Nərimanovu bolşevik və ya leninçi kimi təqdim edənlərin sadəcə onu nə dərəcədə kiçiltdiklərinin fərqinə varmırıq. Bu böyük şəxsiyyəti ideyası xaricdən, Rusiyadan qaynaqlanan bir hərəkatın kortəbii davamçısı və ya transferçisi kimi qəbul etsək, sonradan onun "bəraəti" naminə nə qədər fikirlər söyləsək və faktlar gətirsək də, xeyri olmayacaq. Amma kommunist ideologiyası xaricində milli ruhun təmsilçisi olan bir ədib və mütəfəkkirin ictimai-siyasi təbəddülatlar dövründə sadəcə seyrçi kimi qalmayaraq, mövcud siyasi proseslər¬dən milli istiqlalın bir vasitəsi kimi istifadə etmək cəhdləri tamamilə anlaşılandır. Bu başqa məsələ ki, həmin dövrdə milli istiqlalın alternativ yolları var idi. Birincisi, xalqın müəyyən bir təbəqəsində sosial ədalətsizliyə qarşı mübarizə əhval-ruhiyyəsi və əhvalın Rusi¬yadakı proseslərlə əlaqəsinə, bölgədəki coğrafi-siyasi duruma rəğmən ancaq milli ma¬raqlardan çıxış etmək və millətin müstəqil surətdə özünü idarə etmək hüququnu reallaşdırmaq mövqeyi, – bu, Rəsulzadələrin, Əhməd bəy Ağayevlərin yolu idi; ikincisi, milli istiqlala sosial-demokratik hərəkat dalğasında, ictimai ədalətsizliyin aradan qaldırılması uğrunda gedən mübarizə kontekstində nail olmaq, – bu, N.Nərimanovun yolu idi. Maaləsəf, o bu yolda tək idi və sadəcə xalqa güvənirdi. Düzdür, Sultanməcid Əfəndiyev, Həmid Sultanov, Dadaş Bünyadzadə və s. kimi şüurlu siyasi xadimlər Nərimanovu anlayır və onu müdafiə etməyə çalışırlardılar, amma Azərbaycan KP-də, xüsusən Bakı təşkilatında gürcü eserləri və erməni daşnakları üstünlük təşkil edirdi və bəzi azərbaycanlıların da onların tərəfini saxlaması mübarizə¬ni olmazın dərəcədə çətinləşdirirdi. Lenin ideyaları, bolşevizm dalğalarında siyasi hərəkata qoşulan R.Axundov, M.Hüseynov, Ə.Qarayev və s. nəinki nərimanovçu deyildilər, hətta Nərimanova qarşı mübarizədə anti-Azərbaycan qüvvələri ilə birləşirdilər.
...
N.Nərimanovun millət və xalq qarşısında rolunu daha aydın təsəvvür etmək, "millətçilərin” "arqumentlərinin” nə dərəcədə əsassız olduğunu göstərmək üçün belə bir fikri eksperiment aparaq: fərz edək ki, o dövrdə Nəri¬manov yox idi. Bir milli istiqlalçılar var idi, bir də bolşeviklər. Onda ha¬di¬sə¬lər hansı istiqamətdə cərəyan edə bilərdi? Xalq Cümhuriyyəti artıq qurumuşdu, hakimiyyət onların əlində idi və onlar nə edə bilərdilərsə, etdilər (bəlkə də, daha nə isə edə bilərdilər, – amma bu, artıq başqa bir mövzudur).

Bolşeviklərin gəlişi əslində xarici intervensiya idi və bu, Nərimanovlu da olacaqdı, Nərimanovsuz da. Yəni, Rusiyanın işğalçı siyasətinin, XI Qızıl Ordunun qarşısını almaq mümkün idisə, bunu Nərimanov deyil, o vaxtkı iqtidar etməli idi. Mümkün deyildisə, belə şayiələr buraxmaq ki, guya ordunun dəvət olunmasında Nərimanov da iştirak etmişdi, bunlar siyasi naşılıqdır, çünki rus ordusu üçün dəvət səbəb deyildi, bəhanə idi və bu bəhanəni onlar həmişə uydura bilərdilər. Onsuz da həyata keçən bu prosesdə S.Şaumyanla, S.Orconikdze ilə, S.M.Kirovla və bizim onlardan betər "milli” bolşeviklərlə yanaşı, Nərimanovun da iştirakı olmasaydı, onda bütün erməni planlarının və rus imperialist siyasətinin tam həcmdə gerçəkləşəcəyinə heç bir şübhə ola bilməzdi. Amma bir böyük azərbaycanlı lazım olan məqamda lazım olan yerdə tapıldı və onların əksər planlarını pozdu. Bəs olmasaydı, o da cümhuriyyətçilərin içəri¬sində olsaydı və onlarla birgə mühacir olsaydı, sürgün edilsəydi, onda necə? Kim deyə bilər ki, Nərimanovun bütün bu xidmətləri təsadüfi idi, o olmasa idi də, bir başqası ("bu bolşevik olmasın, o bolşevik olsun”) da onun gördüyü işləri görə bilərmiş. Bəs onda kim? Həmin dövrdə həmin şəraitdə Nərimanovu çıxdıqda yerində tam bir boşluq, qaran-lıq qalır. Məqsədimiz bu qaranlığı işıqlandırmaq və nərimanovçuluğun məhz fərqli bir hadisə olduğunu nəzərə almaqdır.

... Tam mətn:

Səlahəddin Xəlil


İmza:

“Artıq nakişi olmaqdan bezmişik, kütləvi qeyrətsizləşmə başa çatmaq üzrədir...”

Ağstafaya yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib - YENİLƏNİB

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diktə edir

Prezident İlham Əliyev: Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur

İlham Əliyev: Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir

Gürcüstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Azərbaycanla Fransa arasında əməkdaşlıq yüksək səviyyədədir

Sinqapurun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Çinin baş naziri: ABŞ-la münasibətlər yeni çətinliklərlə üzləşib

Pakistanın Baş Naziri Prezident İlham Əliyevi təbrik edib

İran XİN Azərbaycan xalqını təbrik edib

Türkiyə Prezidenti Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik etdi

Adil Əliyev: Şərqdə ilk Cümhuriyyətin Azərbaycanda qurulması təsadüfi hadisə deyildi

Türkiyə səfirliyi Azərbaycanı Respublika günü münasibətilə təbrik edib

Putin finlandiyalı həmkarı ilə koronavirusa qarşı mübarizədə əməkdaşlığı müzakirə edib

Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib

Bir sıra hökumət başçıları Baş Nazir Əli Əsədova təbrik məktubu göndəriblər

Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib

Rusiyalı deputat: Bu gün Azərbaycan ən nüfuzlu və sürətlə inkişaf edən dövlətlər sırasına daxildir

Vladimir Zelenski Prezident İlham Əliyevi təbrik edib

SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK