viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | DƏYİŞMƏ - DƏYİŞMƏ Adalet.az | DƏYİŞMƏ - DƏYİŞMƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DƏYİŞMƏ - DƏYİŞMƏ

31483    |   2007-04-06 23:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hərdən adamın içindən gəlir ki, sözə şairanə təsvirlərlə başlasın. Yəni bahar gəlib, ağaclar tumurcuqlayır, yaşıllaşır. Güllər açılır, quşlar cəh-cəh vurur. Gün canımızı qızdırır və s. Əslində təbiət hər yazda kardinal dəyişikliyə başlayır - ümumi bozluq cürbəcür rənglərə çevrilir. Havada kəskin təzadlar yaranır. Gah güclü yağış yağır, gah gün buludların arasından boylanır (deyəsən şairanə sözlər gəlir axı). Təbiət dəyişməyinə dəyişir, rənglər də dəyişir. Amma ətrafımızı bürüyən bozluqdan gözümüz yorulub. Yorulub-yorulmayıb? Əlbəttə, öz içində çox adam özünün etiraf etdiyi həqiqətləri dilindən başqa cür çıxarır. Ürəyindən dilinə qədər gələn azacıq məsafədə həqiqət deyilən zəhrimar nə qədər dəyişir. Hətta ağlımız, beynimiz anında bizə ziyan gətirə biləcək nəyinsə önünü kəsir. Reaksiya verir, dəyişir. Sifətimiz də rəngdən-rəngə düşə bilir, xasiyyətimiz də. Ancaq orqanizmdə və fiziologiyamızdakı bu dəyişmələr ətrafdakı bozluğu dəyişmir. Bu bozluğun dəyişəcəyini gözləyə-gözləyə ömrümüz keçdi. İnsan sabahkı günün yaxşılaşacağına inana-inana, ümid eləyə-eləyə nə qədər bu gününü başa vurar? Bu hisslər xüsusilə aprel-may aylarında qabarır, kükrəyir, sonra da kəskinləşmiş xəstəliklərin ağrıları ilə baş-başa qalırıq. Ümidi qırılmış, əlacı kəsilmiş insanların "inam" xəstəliyi - keçmiş sovet vətəndaşlarının xroniki xəstəliyi. Nənə-babalarımızı aldatdılar, sonra 37-də güllələdilər. Ana-atalarımızı aldatdılar, 60-larda dəlixanaya saldılar. Sonra bizim növbəmiz çatdı - amma onların vaxtı çatmadı bizim məsələmizi həll etməyə, qaldıq yiyəsiz. Üzümüzü hara tutaq, hara gedək? Və ən başlıcası nəyə inanaq? Müstəqillik və istiqlal nağılları da artıq keçmir. Çünki bu nağılların ağ atlı qəhrəmanları artıq məlumdur - harınlayıb üstümüzə maşın sürən, pulunun sayını-hesabını itirən, havalanıb göylərdə gəzən, göylərdə gəzdiyindən yerdə nə baş verdiyindən xəbərsizlər. Deyəsən artıq yeni nağıllar, yeni folklor qəhrəmanları yaratmağın vaxtı çatıb - yeni Koroğlulalarla, Nəbilərlə.
   
   İki il əvvəl pullarımızı talayıb aparan şirkətlərdən biri reklam çarxı çəkdirmişdi. Bəlkə yadınızda olar, təxminən belə məzmunda - "Dəyişdir, ağzını-burnunu dəyişdir, əynini-başını dəyişdir, saç düzümünü dəyişdir... Dəyişdir, ha dəyişdir. Axırda da deyir ki, biz sizin həyatınızı dəyişdirdik".
   
   Ürəyimdə fikirləşdim ki, bunlar niyə təxribatla məşğul olurlar? Nəyi dəyişdirək? Nəyisə dəyişdirmək bizim əlimizdədirmi? Saç düzümünü dəyişdirmək nəyəsə yardım eləsəydi seçkiyə-zada getməzdik. Elə neçə milyon adam saçını dibdən qırxdırıb həyatını dəyişdirərdi də. Dəyişdirmək qabiliyyətimiz olsaydı həmin o fırıldaq şirkətləri atardıq ölkədən bayıra, bizim pullarımızla monopoliya yaradıb milyoner olmazdılar.
   
   Ümumiyyətlə, dəyişmələr hər zamanmı xeyirli olur? Heç də yox... Sovet məkanı ölkələrin son mənzərəsinə nəzər salaq. Bu gün meydana çıxıb rəhbəri devirirlər, sabah yenə meydana çıxıb onlardan dəyişiklik gözləyirlər. Anlayan da yoxdur ki, dəyişmək onların qaldırdığı plakat və şüarlardan asılı deyil. Amerikanın kefindən asılıdır. Ha qışqır-bağır, ha aclıq elə - nə olsun? Bir lətifə oxumuşdum, xoşuma gəlmişdi. Deyir, "Allah Amerikanı cəzalandırmaq istəyəndə ora qasırğalar, tufanlar göndərir, başqa ölkələri cəzalandıranda ora amerikalıları göndərir". Yaxşı fikirdir. Məsələn, virusu onlar yaradır, zülmü quşlar və quş beyinli insanlar çəkir. Özü də elə virus yaradıblar ki, irqi, milləti qitələri ayırd eləyə bilir. Hansı istiqamətdə, hansı ölkələrdə işləyəcəyini bilir.
   
   Quşlardan söz düşmüşkən - çox xoşbəxt olmağına baxmayaraq, hər halda ürəyimin bəzi gizlin guşələrində mərhəmət hissi də qalmaqdadır. Çığırda-çığırda kisələrə doldurulub yandırılan Şərq quşlarına yazığım gəlir. Görürsünüz ki, Şərq sözünü xüsusilə vurğuladım. Yəni çox maraqlıdır, quşlar niyə ancaq Şərq ölkələrində xəstələnirlər? Niyə, amerikalıların quş qripinə immuniteti var? Sizi də bu sual düşündürürmü? Mən cavabını bilirəm. Dünyaya sülh bəxş edən sülh quşları xəstələnə bilməz. Çinədanlarında bomba daşıyıb İranı hədələsələr də, niyyətləri ancaq və ancaq nədir? Doğrudur, nə fikirləşirsinizsə sizinlə razıyam. Yəni enində-sonunda bütün zalımlar zülmü də adama minnətlə verirlər. Formanın nə olmasından asılı olmayaraq hər yerdə məzmun eynidir. Adamın lap bayquş kimi ulamağı gəlir.
   
   Bu yaxınlarda bir filosofun fikrini oxudum, məni düşündürdü. Deyir "İlahi, sən mənə dəyişə biləcəyim nəyisə dəyişməyə qüdrət ver. İlahi, dəyişə bilmədiklərimlə barışmağa dözüm ver. İlahi, birinci ilə ikinci anlamı bir-birindən ayırd eləməyə də dərrakə ver". Qüdrət, dözüm, dərrakə. İstədim bir kiçik sorğu keçirəm. Özümə yaxın bildiyim adamlara telefonla yazıb göndərdim. Bəziləri heç cavab vermədilər. Bəziləri şifahi cavab verdilər, yazılı gələnlər də oldu. Onlardan bəziləri adını çəkməyəcəyim iki nəfər (mənimlə əlaqə saxladıqlarına görə işdən çıxararlar, ona görə yazmıram. Yəni bu da dəyişməli bir vaqeədir - amma qüdrətimiz çatmır) belə cavab verdi":: "Bəs dəyişə bilmədiklərim dəyişə bildiklərimdən qat-qat çoxdursa onda nə edim? Bu nisbət ağılagəlməz ziddiyyətləri göz önünə gətirirsə, onda necə olsun? Bircə əlac odur ki, bu dünyanın müvəqqəti olduğuna inanasan. Bəlkə belə yaşamaq asan olar".
   
   "Bu suallar mənə də əzab verir, cavabım yoxdur. Bircə onu bilirəm ki, heç nə bilmirəm. Gəldiyim nəticə budur".
   
   "Mən də artıq ağrıya gülməyi öyrənirəm. Xoşuma gəlir"- bunu gənc qızcığaz yazır. Vaxtilə aparıcı olmuş, indi işsiz Günay. Maraqlısı budur ki, qızı işdən çıxaranda deyiblər ki,çox ciddisən, bizə yaramırsan. İşdən çıxandan sonra qız gülmək öyrənir.
   
   Nərgiz Cəlilovanın da yazdıqları":: "Axı sən nə bildin ki, mənim ovqatım təlxdi. Məhz düşündüklərim baxımından. Ürəkdən-ürəyə yolmu var? Allah səbr, dözüm versin".
   
   Bir də sizin tanımadığınız rəfiqəm də yazmışdı ki, "Dəyişiklikləri görməyə bir insan ömrü çatmır (təəssüf!). Əslində dəyişikliklərin sonu da bəlli olmur... Ən gözəl dəyişiklik, ən uğurlu inqilab elə baharın özüdür".
   
   Nəzərinizə çatdırıram ki, mən bu sorğunu Novruz bayramında apardım və bu da cavablar. Demək, çox adamın ürəyində təbiətin apardığı uğurlu siyasətə bir həsəd var. Ancaq təbiət yuxarıdakı mütləq qüvvənin iradəsiylə belə mükəmməldir. Cəmiyyəti isə bir qrup insan yönətir. Heç bir halda təsir imkanımız yoxdur. Ağrılı olan budur. Nə fəsillərin yerini dəyişə bilərik, nə günəşin - ayın. Nə də istəmədiyimiz nadanların, qaragüruhçuların. Dəyişə biləcəyimiz bircə şey var - düşüncəmiz...
   
   Təbii ki, qana çalxalanmış, yenidən bölüşdürülməkdə olan dünyada, ayrılıqda götürülmüş bir məkanda xoşbəxt yaşayacağını düşünmək gülünc olardı. Səadət böyük dövlətlərin vətəndaşlarına verilmiş imtiyazdır. Görürsünüz, hətta əsirlərini geri qaytaranda da dəbdəbə-təmtəraqla, hədiyyə ilə yola salırlar. Dünyada baş verən proseslər lap kiçik məmləkətlərə də yansıyır. Amma elə məsələlər var onları özümüz doğru-düzgün həll edə bilərik. ATƏT, BMT, müxtəlif demokratiya institutları olmadan. Yəni mən belə fikirləşirəm. Fikirləşdiklərimin də yüzdə-yüz doğru olduğunu iddia eləmirəm. Məsələn, baxıram ki, filankəsləri müəyyən kürsülərdə oturdurlar və ona dayaq olurlar. Hamı da bilir ki, həmin filankəslərin ağlı, qabiliyyəti, savadı yerində deyil. Ağızlarını açan kimi bilinir, lap açmayanda da bilinir. Biz bunu görüb anlayırıqsa, yuxarıdakılar bizdən də yaxşı anlayır. Deməli, burda da bir hikmət var. Çox sayda ağıllı, qabiliyyətli, istedadlı adamı bir damın altına yığmaq olmaz. Dünyadakı bütün sarsaq hadisələri ağıllı adamlar törədirlər. Atom bombasından tutmuş, quş qripinədək. Balansı gözləmək lazımdır - bir az ağıllılardan, bir az da o birilərdən.
   
   Deyilənləri düşmən sözü kimi qəbul eləmək lazım deyil. Allahdan gizli olmayan bəndədən də gizli qalmır. Əvvəllər şahların ətrafında kimsə ona düz söz deyə bilməyəndə təlxəklər bu vəzifəni öz üstlərinə götürürdülər. Biz də qışqırırıq-bağırırıq, kimsə eşitmir. Əvvəllər şahlar təğyiri-libas olub xalqın içinə düşürdülər - onun dərd-sərindən xəbərdar olmaq üçün. İndi təbii ki, bu mümkün deyil. Amma bir-birimizi eşitmək ki mümkündür. İnsanlar ağalar-qullar ölkəsində yox, azad, tambərabərhüquqlu vətəndaşlar ölkəsində yaşamaq istəyirlər. Ürək açıqlığıyla, başı dik, arxayın, öz qazancları ilə yaşamaq istəyirlər. Hər kəs bilir ki, bizim buna imkanımız çatar. Sadəcə istək lazımdır. Kənardan gələcək səadətə də inanmıram. İndi gözünü o tərəflərə dikib nəyəsə ümid eləyənlərə də gülməyim gəlir. Ya çox sadədirlər, dünyada baş verənlərdən xəbərsizdirlər, ya da özlərini o yerə qoymurlar. İraqda nə dəyişdi, Əfqanıstanda nə dəyişdi? Ölkə tapdaq altında, qan su yerinə axır. Özümüz-özümüzə münasibəti dəyişməliyik, vəssalam.
   
   Münasibət dəyişmirsə, ayrı-ayrı adamlar nəyi dəyişəcək ki? Deyək ki, hər zaman hətta balaca bir idarədə də rəhbərlik dəyişəndə işçilərin günü göy əskiyə bükülür. Təzə gələn adam yeni ədalarla gəlir. Keyfiyyət dəyişikliyini yox, yeni hikkələri tətbiq edir. Hər halda mən belə görmüşəm. Odur ki, bir il əvvəl köhnə iş yerimdə dəyişmələr olanda özüm üçün nəticə çıxardım və çıxıb getdim. Yeni iş yerim olan "Azərbaycan" nəşriyyatında, dəyişmələr nəticəsində dərbədər olan köhnə dost-tanışa rast gəlirəm və fikirləşirəm ki, cəmiyyət insanlara tualet kağızı kimi baxır. Bir qələmlə insanın üstündən xətt çəkirlər, bitib gedir. İki gün əvvəl yazıçı Nahid Hacızadə ilə rastlaşdım. Nahid müəllim yalnız bir TV-nin mövcud olduğu dönəmlərdə mənim rəhbərim, baş redaktorum idi. Çox ciddi, sərt, işinə məsuliyyətli, hər sözə zərrəbinlə baxan və buna görə də bizə göz verib işıq verməyən. Kabinetinə qorxa-qorx girirdik. Amma onu da deyim ki, Nahid müəllimin özünün xüsusi rəğbət bəslədiyi adamlar vardı, rəğbətini gizlətmirdi. Yadımdadır ki, o vaxt başını sığallayıb, təriflədiyi işçilər sonra o, işdən gedəndə dalınca danışırdılar. Özləri bilsin, Nahid müəllim bilsin. Onun mənə münasibəti ciddiliyi ilə seçilirdi. Bəlkə bəxtim gətirmişdi ki, mənə belə münasibət var idi, çox şeyləri öyrəndim. Bu gün karıma gəlir. Tanıyanlar-xatırlayanlar bilir ki, Nahid Hacızadə öz vaxtında televiziyada işləyən rəhbər yoldaşlar içərisində ən təmiz (yəni rüşvət almayan) insanlardan biri idi. Elə öz işçiləri də, ondan sonra həmin vəzifədə işləyənlər də çox rahat, firavan dolanışıq qurmuşdular özlərinə. Hamısının maşını da vardı, günü-güzəanı da. İndi Nahid müəllimin görkəminə baxıb fikirləşirəm ki, çox doğru-düzgün olanda insana belə qiymət verirlər. Amma 50 il Sözə, mətbuata, cəmiyyətə xidmət etmiş bir insanın yaşamı belə olmalı deyil axı. Əsas məsələ də budur. Yanaşma dəyişmir, dəyişəcəyinə də inanmıram. Bir də gərək gələn görüşümüzdə Nahid müəllimdən soruşam - əvvəl inandığı həqiqətlərə, əvvəl inandığı insanlara yenə də inanırmı? Ya özü də dəyişib?
   
   Şəxsən mən "inam" mərəzindən qurtulmuşam. Bilirəm ki, çox dəyişmişəm. Yaxşı, nə qərara gəlirik - dəyişmə yoxsa dəyişmə?
   
    Baxıram pəncərədən, şairanə sözlər axıb gəlir, gül, bülbül, yaşıllıq... Elə yaxşısı budur. İlahi, qüdrət... İlahi, dözüm... İlahi, dərrakə...


İmza:?rad? TUNCAY

YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : DAŞ
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : İMTAHAN
2007-02-16 : TƏZADLAR
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-08-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (66.67%)
“Linfild” (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK