ANA SƏHİFƏ / SİYASƏT

“Qarabağda yaşayanların həyatı Ermənistanı maraqlandırmır” - İcma rəhbəri

7256    |   2020-04-15 12:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycan icmasının rəhbəri Tural Gəncəliyev bəyanat yayıb.

İcmadan Adalet.az-a verilən məlumata görə, bəyanatda deyilir:

"Hazırda dünyanın üzləşdiyi ən böyük problem sərhəd tanımayan koronavirus pandemiyasıdır. Azərbaycan Respublikası tərəfindən vətəndaşların sağlamlığını və təhlükəsizliyini təmin etmək, onları pandemiyanın yaratdığı sosial-iqtisadi fəsadlardan qorumaq üçün zəruri və qabaqlayıcı addımlar atılır. Ölkə üzrə 22 xəstəxana koronavirus xəstələrinin müalicəsi üçün ayrılmışdır. Mart ayında Azərbaycanın regionlarında, Goranboy, Qazax və Şəmkir şəhərlərində 3 yeni xəstəxana açılmışdır. Bakıda yeni istifadəyə verilmiş 575 çarpayılıq "Yeni klinika” koronavirus xəstələrinin müəlicəsi üçün nəzərdə tutulub. Azərbaycanda koronavirus xəstələrinin müayinəsi üçün 70 000-dən artıq test aparılıb.

600 000-dən artıq insanı əhatə edən iqtisadi, makroiqtisadi və məşğulluq problemlərinin həlli üçün dövlət dəstək proqramlarının maliyyə həcmi 2,5 milyard manatdır. Qeyd olunanlar Azərbaycanda həyata keçirilən dövlətin dəstəyinin yalnız bir hissəsidir.

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində əsir saxladığı Dağlıq Qarabağın erməni icmasının Azərbaycanın həyata keçirdiyi sosial, iqtisadi, səhiyyə və s. layihə və proqramlardan yararlanmasının qarşısını alır.

Belə ki, həftələr öncə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının işğal olunmuş ərazilərimizdə koronavirus xəstəliyinin yayılması barədə məlumat verməsinə və tərəfimizdən edilən xəbərdarlıqlara rəğmən, 31 mart 2020-ci il tarixində infeksiya halları gizlədilərək Ermənistanın əlaltısı olan rejim tərəfindən qanunsuz "seçki” şousu keçirildi. Bunun ardınca, infeksiyanın yayılmasını Ermənistan etiraf etsə belə, 14 aprel 2020-ci il tarixində yenidən bütün insanların həyatını təhlükəyə ataraq, "seçki” şousunun ikinci turu da təşkil olundu. Bütün bunlar onu göstərir ki, Dağlıq Qarabağda yaşayan sadə ermənilər Ermənistanın çirkin siyasi oyunları üçün alətdir və oradakı insanların həyatı və sağlamlığı Ermənistanı maraqlandırmır.

Ermənistan hakimiyyəti və qondarma rejimin nümayəndələri Qarabağda yaşayan sadə erməni icması üzvlərinin həyatını dəyərsiz sayaraq, onların Azərbaycan vətəndaşları kimi müalicə imkanlarından yararlanmasının qarşısını almaqda davam edir.

Azərbaycan Respublikasının siyasətinin ana xəttini Azərbaycan vətəndaşı və onun maraqlarının qorunması təşkil edir.

Bir daha bəyan edirik ki, Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarıldıqdan sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində, sülh şəraitində birgə yaşayacaq və Azərbaycan Respublikasının vətəndaşı olmağın verdiyi imtiyazlardan bərabər hüquqlu şəkildə yararlanacaqlar".




İmza:

AQİL ABBAS: MİLLİ ŞURANIN YARANANDAN BƏXTİ GƏTİRMƏYİB

BƏLKƏ VƏZİROVLA MÜTƏLLİBOVU QAYTARAQ QARABAĞI XİLAS ELƏSİN?!

Adil Əliyev: "Sosial şəbəkələrdə söyüşlə danışanlar məsuliyyətə cəlb olunsunlar"

Aqil Abbas: "Ay it uşaqları, Ramil Markaryanı yatdığı yerdə öldürməyib..."

Arzu Nağıyev: İnternet azadlığı heç bir halda digər azadlıqları məhdudlaşdırmamalıdır

Qarabağın azərbaycanlı icmasının rəhbərindən qondarma rejimin “başçısın”a CAVAB

Qaçqın və məcburi köçkünlər cəmiyyətimizin ən həssas təbəqələrindən biridir

Milli Məclisin gündəliyi dəyişdirilib

Kim Çen In Prezident İlham Əliyevi təbrik edib

BMT-nin Baş katibi Antonio Quterreşdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib

MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib

Prezident İlham Əliyev Xorvatiyanın dövlət başçısını təbrik edib

SON XƏBƏRLƏR
2020-05-31
2020-05-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK