deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | ÖZGƏ DƏRDİ Adalet.az | ÖZGƏ DƏRDİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ÖZGƏ DƏRDİ

24962    |   2013-05-25 00:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yazmağa təbim, oxumağa həvəsim olmayan məqamların birində yenə də, Allah bilir, neçənci dəfə Mel Gibsonun "Cəsur ürək" filminə baxıram. Film kifayət qədər uzundu və çoxluq təşkil edən döyüş səhnələrini-ürəkləri, boğazları deşən oxları, qarından girib kürəkdən çıxan nizələri, ağızdan, yaradan püskürən qanları izləyə-izləyə istədiyim qədər düşünə bilirəm. Əvvəlcə onu düşünürəm ki, əgər mən də bu qanları-qadaları soyuqqanlılıqla seyr edə bilirəmsə, deməli, Hollivud havadarları istədiklərinin çoxuna nail ola biliblər. Vaxt vardı özümü aldatmağa çalışırdım: "Bənd olma, bu qan deyil ki, boyaqdı..." İndi xeyli sakitləşmişəm və tamaşaçı zövqümün nə qədər itirdiyi umurumda da deyil...

Bu adamın canında nə boyda azadlıq yanğısı var?!. Təsəvvürə gəlmir, düşüncəyə sığmır. Ən yaxşısı özünü onun yerinə qoya bilməkdi. Bəlkə "candan şirin şey yoxdu" deyiminin sanbalını, tutumunu göz altına ala biləsən. Ona nə düşmüşdü?! Hamı kimi yaşaya bilməzdimi? Ağlıma gələn fikirlərdən xilas ola bilmirəm: "Azadlığı hamı sevir. Ədalətli insanlar azadlığı hamı üçün sevir, ədalətsiz insanlar isə yalnız özü üçün". Bu fikir "həqiqət" sözünə də çox yaraşır. Axı, azadlıqsız həqiqət, həqiqətsiz azadlıq mümkün deyil. İnsan ömrünün faciəsi həqiqət eşqinə, axtarışına düşən andan başlayır. Yenə kiminsə nəsihəti qulağımda səslənir: "Həqiqət axtarma! O yoxdu!" Barışmaq olmur. Yoxdusa, qoy, heç olmasa, onu axtarmaqla yaşayım, təsəlli tapım...

Qoruya bilərdi özünü. Satılardı-torpaq, sərvət yiyəsi olardı... Hələ can ağrıları... Başqasının dözümü, dönməzliyi barədə ağzı köpüklənə-köpüklənə danışırıq, məsəllər çəkib ibrət götürməyə çağırırıq. Daha düşünmürük ki, o da bir can yiyəsidi. Ətdən, qandan, ilikdən-sümükdəndi bədəni. Canı ağrıya, ürəyi əsə, dizləri titrəyə bilər. Vücudu dolusu duyğuları var. Diləkləri, yaşantıları var. Bizsə onu adamlıqdan çıxarmışıq. Bizə nümunə lazımdı, bəlgə lazımdı, öymək-öyünmək lazımdı. Barmağımıza tikan batanda ufultumuz, sızıltımız səngimir. Onun da canı ayğrıyır, başı gicəllənir, gözləri qaralır...Əzabdan, işgəncədən... Üstəlik sevgi, həsrət ağrısı gəzdirir ürəyində. Arvadını sevirdi. Xəyalını gözündə gəzdirirdi, onun və onun taleyini yaşayanların intiqamını alırdı. Şəxsi hissdirmi? Təkcə öz dərdidimi?! Axı, həyatı da təkcə onun özünə məxsusdu. Onun da canı ağrıyır... Boğurlar, çarmıxa çəkirlər. Bütün bunlara dözməkçwn gücü hardan alır?! Mənası, anlamı nədi bu tabın, dözümün?! Gözünü işıqlı dünyaya yumdunmu, o yaşıl otların üstündə kimlərin gəzməsinin nə mənası var? Səni ki, Günəş isitməyəcək, küləklər oxşamayacaq... Ən adi bir ömür də düşmədi qismətinə. Lap azını istəyirdin - bir isti daxma, bir sevimli qadın, bir sürü yalın ayaqlı, toppuş biləkli çolma-cocuq... Çoxdumu? Çox deyil! Amma bir ömürlük yaşantıya bəs edərdi ondan ötrü...

Azadlıq yanğısı da elə bundan ötrüydü...

Hamımızın canında yoxdu bu...

Babək də anlada bilmədi bunu bizlərə... Hələ qınayırıq, qurdalayırıq... Nədən ötrü vuruşurdu, kimlərin tərəfində vuruşurdu?! Bizə öyrədirdilər: "Babək bir əlində Quran, bir əlində qılınc tutan ərəb istilaçılarına qarşı vuruşurdu..." Ateist düzəltmək istəyirdilər Azadlıq aşiqindən...

İndi də başqa havalar çalırlar...

***

İngilislər özünə qəhrəman axtaran xalqı bədbəxt hesab edirlər. Təəccüblüdü... Bəs, özləri niyə Robin Quda dastanlar, seriallar, mahnılar həsr edirlər?!. Bir millət başdan-ayağa qəhrəman ola bilməz ki... Elə bizimkilər də onlardan geri qalmırlar. İşlərini-güclərini unudub, düşüblər Koroğlunun üstünə. Bəs, sən demə, atası Alı kişinin gözlərini çıxarmasaydılar, o, dönüb Koroğlu olmayacaq, zülmkarlara qarşı vuruşmayacaqmış. Şəxsi hiss, şəxsi intiqam... O zaman xanların, bəylərin zülm elədiyi-gözünü çıxardığı, boynunu vurduğu, dar ağacından asdığı yüzlərlə, minlərlə adam vardı. Onların övladları niyə bu haqsızlıqlara dözürdü, Koroğlu kimi qılınc çəkib meydana girmirdi?

Hər millətə qəhrəmanlar lazımdı. Özünü tanımaqçın, özünə güvənməkçin. Övladlarını tərbiyə etməkçin...

Yaxşı yadımdadı. Təxminən iyirmi il bundan qabaq ekranlarımızda Robin Qud haqqında serial verilirdi. Həmin serialın nümayişindən sonra binamızdakı oğlan uşaqları ox-kaman düzəldib bütün günü "vuruşurdular..."

Qəhrəman axtarmayanlar öz qəhrəmanlarını bizdən yaxşı tanıdırlar...

Qəhrəmanları biz axtarmırıq. Onlar öz taleləri ilə, görəcəkləri işlərlə birgə gəlirlər Yer üzünə. "Tanrı bir milləti xilas etmək istəyəndə, ona Atatürk kimi ovladlar yetirir". Vaxtilə bu sözləri türk olmayan birisi demişdi. Elə adamlar var ki, onlardan ötrü dərdin, bəlanın doğması, yadı olmur. "Mənim başım sağ olsun" deyib, qonşusunun, ellisinin, ümumən bütün xalqın kədərinə, acılarına biganə qala bilmir. Təbii ki, hər cür zülmü özünün, doğmalarının, yaxınlarının taleyində görüb yaşayanlar, oxşar taleyi yaşamayanlardan fərqlənməlidirlər. Onların hissləri də daha çılğın və davamlı, qisasları acımasız olur. Bunu da kimsəyə irad tutmaq düzgün sayılmaz. Başqasının kədərini anlamaq ən gözəl insani keyfiyyətdir...

Nə qədər ki, "insan varlığının sirri yalnız yaşamaqda deyildir, nəyin xatirinə yaşamaqdadır" Dostoyevski düsturu fikirlərimizi zəbt etməyib, bir-birimizi qınamaqda, əllaməlik eləməkdə davam edəcəyik...

***

Mənim qəhrəmanımsa hələ cəlladların əlindədi. Adını belə eşidəndə qorxudan titrəyənlər indi zövq və riqqət içindədilər. Bəs, necə! Bundan sonra daha gecələr diksinib ayılmayacaq, yuxulu-yuxulu böyürlərindəki qılıncdan yapışmayacaqlar... Yenə də bu başsız, yiyəsiz camaatla istədikləri kimi rəftar edə biləcəklər...

Cəlladın əlində ovxarlı balta;

İnsafı neyləyir, kimin nəyidi?

Adam qarışqadı ayaqlar altda

Ölüm toy kimidi, düyün kimidi...

Sanma ki, bizlərdən şükürlüsü var,

Talelər hər yanda oyun kimidi.

Şahların hamısı quduz canavar,

Xalqların hamısı qoyun kimidi...

(Görəsən, Vaqif Bəhmənli bu şeirin adını niyə "Çarpaz faciə" qoyub?!.)

Meydandakı "qoyun"lar da onlardan ötrü hər şeyindən keçən qəhrəmanın edamını bir ağızdan tələb edirlər...

Bəs Qəhrəman?! Deyəsən, daha heç nə eşitmir, görmür. Baxışlarını bomboş göylərdən endirib adamların arasında "süzən" mehriban çöhrəni izləyir. Niyə sevinir, nədən razıdı bu çöhrənin sahibi?! Təbəssümü onu bənzərsiz edirdi həmişə. Bəs, indi nəyə gülür? Hə... niyə də sevinməsin?! Əri yanına gəlir, axı... Bitdi bütün ayrılıqlar, əzablar... Daha kimsə onları ayıra bilməyəcək...

Ömrünü-gününü mübarizəyə sərf edənlərdən biri deyib ki, həyatda zövq almağın yeganə yolu qorxu bilməzlikdir. Görünür, qorxu hissi insanı çox zövqlərdən məhrum edir. Elə qorxaqla yoldaşlıq etməyin özü də...

Ancaq onun hədəqəsindən çıxmış gözləri, boğazında döyünən ürəyi, xırıldayan nəfəsi, şişmiş, gərilmiş damarları zövqdən başqa o qədər şeylərdən xəbər verir ki,... Bu adamlar-tayfalar, millətlər, xalqlar bir-birlərindən nə istəyirlər?! Nəyin xatirinə bir-birilərinin qanını içir, olmazın əzablar, ağrılar yaşadırlar?! Mən səndən çox yeməliyəm. Həm də ən yaxşısını, xeyirlisini. Səndən bahalı geyinməliyəm. Hər şey mənim olmalıdı. Hətta sənin sevdiyin də...

Daha mən bu dünyaya niyə gəlirdim ki... Bir insan ömrü yaşamağa haqqım yoxkən, doğulmağımın bir anlamı var idimi?!.

"Kim deyir ki, ölüm qorxuludu? Niyə sən bilmədiyin bir şeydən qorxursan? Niyə bu yad yerdən (bu dünya) çıxıb getmək səni qorxudur? Bu dünya sənin evin deyil, axı..."

"Bir qonağam bu dünyada" deyən şairimiz deyəsən, qədim filosofun bu sözlərindən xəbərdar imiş, axı...

Bəs, niyə vuruşurdu Uilyam Volos? Tapmaq istədiyi azadlıq bu dünyaya gərək idi, axı... Yox, dünyanı zalımların ümidinə qoyub getmək olmaz! Amma... nə edəsən ki, çox zaman qələbə ölümdən sonra qazanılır...

Bəhrəsini də səndən sonra gələn qədirbilməzlər görür...

Amma qəhrəmanlar ölümə də şərəf gətirirlər... Onlar ölməsəydi daha qorxunc, daha dəhşətli olardı Ölüm...

***

"Hər kəs öz yolu ilə gedəcəkdir. Siz yaşamağa, mən isə ölməyə. Hansının yaxşı olduğunu bircə Allah bilir..."

Sokrat, ona ölüm hökmü verən məhkəmənin son iclasında deyib bu sözləri...

Elə dahilər də ölümləri az şərəfləndirmirlər...

Bizlərsə, heç olmasa, onları qurdalamayaq...

Vəsilə USUBOVA

vasila-usubova@mail.ru



İmza:

YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK