ANA SƏHİFƏ / GÜNDƏM

Koronavirus məhsul qıtlığına səbəb olacaqmı? - Nazirlikdən açıqlama

3946    |   2020-04-09 10:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çox adam elə fikirləşir ki, koronavirusa görə ölkəmizin qida sektorunda azalmalar olacaq, nələrsə çatmayacaq. Ancaq belə hallar baş verməyəcək.

Adalet.az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının istehsalında azalma müşahidə edilmir: "Ötən təsərrüfat ilində çox yaxşı məhsul artımımız oldu, bu təsərrüfat ilində də vəziyyət eyni qaydada olacaq. Pandemiyanın yayılmasından əvvəl də təsərrüfat işləri həyata keçirilib, fermerlərin maddi-texniki bazaya əlçatanlığı təmin edilib və hazırda fermerlərimiz çox yüksək əhval-ruhiyyə ilə istehsal prosesini həyata keçirirlər. Tam əminliklə deyirəm ki, məhsul qıtlığı olmayacaq. Hətta məhsul artıqlığı var, çünki bir sıra məhsullar başqa ölkələrə ixrac olunurdu. Amma başqa ölkələrdə də bizim ölkəmizdə olduğu kimi istehlak azalıb. Restoran, şadlıq evləri və digər iaşə müəssisələrinin fəaliyyəti məhdudlaşdırıldığından, kütləvi tədbirlər təxirə salındığından istehlakda müəyyən azalma var. Amma məhsulumuz boldur. Bu il də bizim istehlakçılarımız yüksək keyfiyyətli məhsulla təmin olunacaqlar”.




İmza:

Bu gün deputatlar 12 məsələ üçün toplaşır

Bu gündən Azərbaycanda xüsusi karantin rejiminə dair məhdudiyyətlərin bir qismi aradan qaldırılıb

Maska taxmamağa görə tətbiq olunacaq cərimə məbləğləri açıqlandı

Dövlət komitəsindən Bakıda atası tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı AÇIQLAMA

DİN: Ruslan Əmirov polisə tabe olmadığına görə həbs edilib

Bakıda fləşmob təşkil edən 50 nəfər tutuldu - FOTO/VİDEO

Baş Prokurorluq Bərdədə bıçaqlanma faktı ilə bağlı məlumat yaydı

Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxdu, 202 nəfər sağaldı, 3 nəfər öldü

QMİ sədri BMT-nin beynəlxalq video-konfransında iştirak edib

Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 103 nəfər sağalıb, 2 nəfər ölüb

Harada qaldı əsl kişilik... - Rüstəm Əbülfətoğlu yazır

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

SON XƏBƏRLƏR
2020-05-31
2020-05-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK