ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: “YAĞMUR MƏLƏYİ”

Oqtay Şəfioğlunun kitabı barəsində düşündüklərim

18786    |   2020-04-12 09:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Öncədən deyim ki, bu kitabın aftoqrafla mənə bağışlanma tarixi mart ayının 8-nə təsadüf edir. Həmin gün həm qələm dostumuz şairə Nəcibə İlkinin evində tanış oldum Oqtay bəylə. Və burada söz adamları Gülər Eldar qızı və Aysel Xanlar qızı Səfərlinin də iştirakıyla keçən xoş anların bir xatirəsi də məhz bu kitab oldu. Bəri başdan deyim ki, kitabın redaktoru Aysel Xanlarqızı və baş məsləhətçisi də Nəcibə İlkindi. Bunu ona görə xatırladıram ki, həm onların haqqını diqqətə çatdırım, həm də kitaba ön söz yazmış Nəcibə İlkinin fikirlərilə razılaşdığını, bununla paralel olaraq şair Ayaz Arabaçının da yazdığı "Şeirin mübarək üzü” yazısına da ruhən qoşulduğunu Oqtay bəyə çatdırım. O ki, qaldı mənim öz düşüncələrimə...

Bəli, ilk dəfədir oxuyuram Oqtay Şəfioğlunu. Özü də bu narahat günlərdə hər kəsin başını bir şeylə qatmaq istədiyi anlarda... Demək olar ki, kitabı sətir-sətir, şeir-şeir oxuyub çıxmışam sona. Və kitabı oxuyub bitirəndə yaddaşıma etdiyim qeydləri təkrar bir də süzgecdən keçirmək üçün qayıtmışam 13-cü səhifəyə. Çünki Oqtay bəyin özü burdan başlayıb mənimlə həmsöhbət olmağa. Onun "Azərbaycan...” şeiri məni bir oxucu olaraq duyğulandırıb. Özü də ilk kəlməsiylə. Öqtay bəy yazıb ki:


Qucağında şəhidi,

Bayraq-bayraq bükülən.

Tarixinin yolları,

İgidliklə tikilən.

O tayda Şəhriyarın

Yolu məftil çəkilən,

Dərddir, Azərbaycan!..


Arxasından vurulan,

Əsir Qarabağ dərdi.

Köksündən axıb gələn,

Göz yaşları Xəzərdi.

Tarixə mərdlik yazan,

Qəhrəman, ərən yurdu,

Ordudu, Azərbaycan!..


Düşməni dost adıyla,

Süfrəsində and pozan.

Tikanlı məftillərə,

Sərhədləri uduzan.

Başı bəlalar çəkmiş,

Koroğlu, Babək, Qazan,

Yurdudur, Azərbaycan!..


Zənnimcə, bu şeirdə bir vətən təqdimatı var, bir Azərbaycan adlı məmləkətin kimliyini göstərmək var, özü də sadə və səmimi şəkildə. Əgər diqqət yetirsəniz görərsiniz ki, müəllif bu şeiri nəyinsə xatirinə, kiməsə xoş gəlmək üçün özünü məcbur edib yazmayıbdı. Sadəcə, qələmini götürüb və ürəyindən süzülüb fikirlərinə hopan hissləri şeirə çeviribdi. Oxucu da bu şeiri oxuduqca şəhidini bayraq-bayraq bükən, tikanlı məftillərə hələ də uduzan bir məmləkətin tarixindən xəbər tutubdu, özü də şərəfli tarixindən. Təbii ki, bu yurd haraylı, yurd sevdalı duyğuların pəncərəsindən baxanda adamın könlünə sənsizliyin acısı da baş qaldırır. Onda görürsən ki, kimsə qulağına pıçıldayır.


Soyuq yatağımda xəstə yatanda,

Adın da dilimdə hecalaşıbdır.

Ümid gözlərinə kədər qatanda,

Şirin xatirələr acılaşıbdır.


Ömrün bu çağında, yol ayrıcında,

Durmuşam, baxıram qismətə sənsiz.

Tutmuşam zamanı əqrəb ucunda,

Qurmuşam bu ömrü həsrətə sənsiz.

Üzəndə çiçəyi öz tər bağından,

Qalır yara yeri gül budağında.

Zaman hey tələsdi qopdum arımdan,

Asıldım taleyin dərd saplağından.


Bəli, bu sənsizliyin, sənsiz qalmağın özünəməxsus yozumu, deyimidi. Ona görə özünəməxsusdu ki, sənin adın onun dilində hecalaşıb... Ona görə özünəməxsusdu ki, zamanı əqrəbin ucunda saxlayıb onu ömrün bütün parametrləri ilə həsrət üzərində qurubdu. Və həm də ona görə özünəməxsusdu ki, üzülən gülün budaqda yeri qaldığı kimi, ağrılardan, təbii ki, sənsizliyin ağrılarından ürək də dərd saplağından asılı qalıbdı. Ola bilsin ki, mənim şeirə bu münasibətim, bu yozumum müəllifin və yaxud da başqa bir oxucunun xoşuna gəlməsin. Amma mən bir oxucu olaraq "Sənsiz” şeirində məhz şərh etməyə çalışdığım məqamları yaşadım, duydum. Ona görə də dünyanın qocalması fikriylə də razılaşdım. Doğrudur, dünyayla bağlı zaman-zaman söz adamları öz düşüncələrini sözə, şeirə çeviriblər. Amma Oqtay Şəfioğlu "Qocalıb dünya...” şeirində öz yanaşmasıyla mənim diqqətimi çəkdi. O yazır ki:


Xoş gün hər insanın çəxmır bəxtinə,

Hərə eyni qismət yaşayır, sanma.

Deyirlər, günəşi soldurmaq olmaz,

Günəşi saralan görmüşəm amma.


Səmaya toplaşan qara buludlar,

Bir qara xəbərə yığışıb sanki.

Tutqun simasında çaxıb göylərin,

Buludlar rəngiylə boğuşub sanki...


Piyada gəzdim hey həyat yolunu,

Ayağım yoruldu qəm daşımaqdan.

Mənim tək yorulub, qocalıb dünya,

İnsan ömrü boyda dərd yaşamaqdan...


Təqdim etdiyim şeirin son iki bəndi xüsusilə mənim yaddaşıma yazıldı. Çünki hər bir insanın ömrü öz cizgiləri, öz ağrı-acısı, sevinc və vüsalı ilə dünyaya məcazi mənada həm də yükdü, dərddi. Odur ki, bu qədər dərdləri çiynində daşıyan dünyanın qocalmasını poetik fikrə çevirmək Oqtay Şəfioğlunun uğuru sayılmalıdır.

Mən kitabın adına çevrilmiş şeirlə bağlı da müəyyən düşüncələri müəllifin diqqətinə çatdırmaq istəyirəm. Belə ki, "Yağmur mələyi” şeirinin konkret ünvanı olduğu, yəni onun birbaşa bəlli ünvana yazıldığı elə ilk misralardan aydın görünür. Hiss olunur ki, müəllif zaman-zaman yaşadığını bir anın içərisində şeirə çevirib, özü də uğurlu bir şeirə. Ona görə də bu misralar həm etiraf kimi səslənir, həm də yaşananların, olub-keçənlərin pıçıltısına da. Bir az da obrazlı desəm, "Yağmur mələyi” deyən Oqtay Şəfioğlu sanki mənimlə üz-üzə dayanıb həmin o hissləri mənə nəql edir. Və deyir ki:


Ayaqlarım səninçün dağ aşmağa hazırkən,

Kipriklərim yanağa həsrətini yazarkən.

Qollarıma bir yağmur damlası tək düşdün sən,

Sən sevgidən enmişdin içimə, ay ürəyim...

Mənim yağmur mələyim...



Bu sevgi bitdi dedin, bitirən mən deyildim,

Bu sevgi getdi dedin, götürən mən deyildim.

Gülüşünü oğrayıb bitirən mən deyildim,

Zirvələrdən qar aldın saçıma, ay küləyim,

Mənim yağmur mələyim...


Bir zamanlar köksündə bəs mən idim nəfəsin,

Sən idin dağ çiçəyim bağcada gül həvəsim,

Qəlbimin sol küncündə yanıqlı bir ah səsi...

Qara geydi acılar acıma, ay diləyim,

Mənim yağmur mələyim...


Elə buradaca şeirə heç bir şərh vermədən demək istəyirəm ki, ixtisasca həkim olan Oqtay Şəfioğlu mənim üçün "Yağmur mələyi” şeiri ilə bir çox mətləbləri pıçıldayan sevgi aşiqi kimi də doğmalaşdı. Adətən bu qəbildən olan insanlara duyğularımı, hisslərimi daha çox etibar edirəm. Düşünürəm ki, onun bütün kitabı barəsində deyil, yalnız bir neçə şeiri barəsində söylədiyim oxucu fikirləri Oqtay bəyin maraqlı yaradıcılığına düşən işıqlardan biri olacaqdı. Əgər belə olsa çox məmnun qalaram.





İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
SON XƏBƏRLƏR
2020-05-24
2020-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK