ANA SƏHİFƏ / ŞOU-BİZNES

Dünya məşhurları karantində: “Kukla” ilə toy, ayrılıq, “4 uşaq” planı...

31669    |   2020-04-04 09:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötən sayımızda Azərbaycanlı şou-biznes nümayəndələrinin karantin günlərini necə keçirdikləri haqqında yazıb sizləri məlumatlandırmışdıq. Dedik, bir dünyanın məhşurlarının da karantində baş verən olaylarına da bir işıq salaq. Salmaz olaydıq... Türklər demiş bunlar "kafayı yemişlər” ki...

Adalet.az bu gün dünya məşhurlarından danışacaq.

Əvvəlcə xəbər verək ki, Türkiyənin sevilən serialı, hamımızı ekrana kilidləyən "Kurtlar vadisi Pusu”nun aktyoru Turhan Kaya koronavirusdan vəfat edib.

69 yaşlı aktyor 10 gün əvvəl öskürək şikayətləri ilə xəstəxanaya yerləşdirilib.


Ailə üzvlərinin heç birində koronavirus aşkarlanmayan aktyor müalicə aldığı xəstəxanada həyatını itirib. Xatırladaq ki, T.Kaya serialda "Ordinaryüs” xarakterini canlandırıb.

Aktyorun ölümü bizi kədərləndirdisə də, bu ölümü tezliklə Yuriy Toloçkodan görməyi Allahdan təmənna edirəm. Deməli, Qazaxstanlı bodibilder Yuriy Toloçko koronavirus pandemiyası səbəbindən "aşiq olduğu” kukla ilə evlilik mərasimini təxirə salıb.

Bu haqda hal-hazırda Tailandda olan idmançının özü deyib:"Dostlar, karantin səbəbindən toy təxirə salınır. Karantin bitəndən bir neçə gün sonra toyumuzu edəcəyik”, - deyə Toloçko bildirib. Qeyd edək ki, bodibilderin kuklasının adı Marqodur. Bizdə öz növbəmizdə Yuriyin "toy”una öz "xeyir-duamızı” vermiş olduq.



Axmaq idmancı, o qədər tənha xanımlar var ki, birini al, xöşbəxt elə də.... O Esranı alsan dünya qara geyinər?"Fatmagülün suçu ne?” serialından tanınan, koronavirusa görə evində karantində olantürkiyəli aktrisa Esra Dermançıoğlutənhalıqdan gileylənib. Aktrisa "Instagram” hesabından canlı yayım açaraq, rəfiqəsi ilə danışıb. O, rəfiqəsinə "sənin ərin var, bəs mən neyniyim? Kaş, sevgilimdən ayrılmazdım” deyib. Dermançıoğlu keçmiş sevgilisinə zəng etdiyini, amma bunun bir nəticə vermədiyini də etiraf edib. Esranı qoyaq tənhalığının dərdini cəksin, gəlin görək, sevgilisi-nişanlısı olan cütlüklər nə işlər qarışdırıblar. Lap elə Cennifer Lopez və nişanlısı Aleks Rodrigez.... Onlar koronavirusa məhəl qoymadan idman salonunu açaraq məşq ediblər. Dəfələrlə sosial mediadan "evdə qal” çağırışı edən müğənni Mayamidə koronavirusa görəbağlanmış idman salonunu açdırıb.


Salondan arxa qapıdan çıxan məşhur cütlüyün bu hərəkəti insanların qınağına səbəb olub. Qapının üzərindəki "Bu idman salonu açıq deyil. Evinizdə qalın, təhlükəsizlikdə olun” yazısı diqqət çəkib. Buda imkanlı Ceniferin kefi istədiyini etməsinəişarədi. Varlı bütün ölkələrdə varlıdı.

Bekarcılıqdan bezib qalmaqal eliyənlərdə ki, kifayət qədər...Türkiyəli məşhurlar Sərdar Ortaç və Demet Akalın arasında da qalmaqal yaşanıb. Sərdar Ortaç İnstaqramda lüks yaşam tərziylə gündəmdə olan həmkarlarına söz atıb:

"İndi çoxlu ayaqqabın, çantan, minlərcə köynəyin, xərcləyə bilməyəcək qədər pulun...Hara gedəcəksən? Harada geyinəcəksən? Artıq sən də hər kəs kimisən!"



Müğənni Demet Akalın həmkarının sözündən cin atına minib. Onun Sərdar Ortaça cavabı gecikməyib: "Bu virusun yayılacağını kim bilirdi ki? Bu söhbətlər cəfəngiyatdır, nə bilim böyük evlər, nə bilim çanta... Hər kəs büdcəsinə görə bir ev alır. Qumarda gedən evlər, villalar zamanı virus yox idi..." Bildiniz də, işarəni Sərdarın qumarda uduzduğuvaridata vurub.

Amma karantindən, koronavirusdan sağ-salamat cıxacağını dəqiq bilməyib, geleceyə planlar quran məşhurlar da var.

Məşhur müğənni Rihanna elə danışıb ki, elə bil dünyada olub bitənlərdən xəbəri yoxdu. O, 10 ildə üç-dörd uşaq sahibi olmaq istədiyini deyib.

O, gələcək planları barədə müsahibə verərkən deyib.

32 yaşlı ulduz 10 ildən sonra evlənəcəyi adamı tapa bilməsə də, üç və ya dörd uşağının olacağını bildirib: "Bunu özüm edə bilərəmmi? Sözsüz”.

Yanvar ayında Səudiyyə Ərəbistanından olan milyarder Həsən Cəmililə üç illik münasibətlərinə son qoyan Rihanna kiminləsə görüşməməsininonu ana olmaq planından yayındırmayacağını qeyd edib.


Sevgini valideyn olmağın əsas elementi olaraq vurğulayan Rihanna deyib: "Cəmiyyətin mənim yanlış yolda olduğumu düşündüyünü bilirəm. Uşağınızın həyatında atası yoxdursa, sizi bir ana kimi qiymətləndirmirlər”.

"Həqiqətən uşağı böyütmək üçün sevginin olması vacibdir”, - deyən məşhur müğənni ən xoşbəxt və sağlam əlaqənin valideynlə uşaq arasında olduğunu söyləyib.

Maraqlıdı bu 4 uşaq böyüdəcəksə, bəs onda Dubay şeyxləri ilə kim kef edəcək, kim 3 gündər bir soyunub, poz verəcək? Yaşayaq görək!

Hələlik isə EVDƏQALIN!

Əntiqə Rəşid




İmza:

Məşhur yarışma proqramında sinəsi açıq qalan aparıcı: “Qəsdən etdim” - FOTO

Cem Yılmaz dəbdəbəli villasını satışa çıxarıb - FOTO

Cavidan Novruz həyat yoldaşına səsləndi: “Toyuq doğramağı öyrən, xahiş edirəm”

Nazpəri: “Silvester Stallonenin bağına getmişdim”

Mənzurə Musayeva: “Söhbət edə-edə plastik əməliyyat etdirdim” - VİDEO

Nadir Qafarzadə canlı efirdə qəzəbləndi: “Toysuz qalan müğənnini bağına çağırıb, oxutduracaq” - VİDEO

Ancelina Coli və Bred Pitt arasında buzlar əriyir

Məşhur “plus-size” model kameralar qarşısında uşağına süd verdi - FOTO

Onurğa iflicindən əziyyət çəkən Xalq artisti: “Xəstəlik dizimə qədər gəlsə, əl arabasında gəzəcəm” - VİDEO

Billi Ayliş onu tənqid edənlərə cavab üçün soyundu - VİDEO

Nüşabə acınacaqlı vəziyyətə düşən Nurlanı qınadı: “Toy müğənnilərini bəyənmir, bizdən yardım istəyir” - VİDEO

Aygün Kazımova: “Bu işdə özümə qadağalar qoyuram”

SON XƏBƏRLƏR
2020-05-31
2020-05-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK