ANA SƏHİFƏ / İDMAN

Şəhriyar Məmmədyarov FİDE reytinqində ilk “10-luq”dakı yerini itirdi

13177    |   2020-03-31 18:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

FİDE şahmatçıların aprel reytinqini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, martda baş tutan oyunların da nəzərə alındığı siyahıda Azərbaycanın səkkiz şahmatçısı yer alıb.

Onlardan beşi kişi qrossmeysterdir. Təmsilçilərimizdən yalnız Teymur Rəcəbov ilk "onluq”da qalıb. Millimizin üzvlərindən ən yaxşı göstəricinin sahibi olan şahmatçımız 2765 xalla 9-cu pillədə yer tutub.

Şəhriyar Məmmədyarov isə ilk "onluq”dakı yerini itirib. Qrossmeysterimiz 2764 xalla 11-cidir. 1 pillə geriləyən şahmatçı İddiaçılar turnirinin iştirakçısı, niderlandlı Aniş Girini önə buraxıb.

Digər üç təmsilçimiz də Teymur kimi mövqeyini qoruyub. Qədir Hüseynov 2665 xalla 72-ci, Nicat Abasov 2664 xalla 74-cü, Rauf Məmmədov 2654 xalla planetin 91-cisidir.

Bu siyahıda ilk "üçlük” də dəyişməyib. Maqnus Karlsen (Norveç, 2863) birinci, Fabiano Karuana (ABŞ, 2835) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür.

Qadınşahmatçıların reytinqində isə üçhəmyerlimiz yer alıb. Yığmamızın üzvlərindən iki pillə irəliləyən Günay Məmmədzadə (2443) 29-cudur. Gülnar Məmmədova (2382) 77-ci sırada qalıb. İlk "100-lük”də yerini itirən Ülviyyə Fətəliyevanı digər təmsilçimiz - Xanım Balacayeva əvəz edib. O, 2376 xalla 86-cıdır.

Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) birinci, Humpi Koneru (Hindistan, 2586) ikinci, Aleksandra Qoryaçkina (Rusiya, 2582) üçüncüdür.



İmza:
SON XƏBƏRLƏR
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK