ANA SƏHİFƏ / MARAQLI

Koronavirusa görə oğlunu qucaqlaya bilməyən həkimin duyğusal anları - VİDEO

22344    |   2020-03-30 18:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xəstəxanadan evə qayıdan həkim oğlunu qucaqlaya bilmədiyi üçün göz yaşlarına boğulub.

"Daily Mail”in xəbərinə görə, bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşılıb.

Videodan görünür ki, balaca Məhəmməd atasının gəldiyini görəndə qollarını açaraq, ona tərəf qaçır. Ata Naser Ali Al-Şahrani isə təhlükəsizlik tədbiri kimi oğlunu qucaqlamaqdan imtina edir, amma oğlunun məsumduruşuna tab gətirməyərək, yerə çökür və ağlamağa başlayır.

Səudiyyə Ərəbistanının Riyad şəhərindəçəkilən video sosial şəbəkə istifadəçiləri tərəfindən xeyli müzakirə olunub. İstifadəçilər həkimlər və onlar kimi işləmək məcburiyyətində qalan başqa peşə sahibləri üçün dua etdiklərini bildiriblər.




İmza:
SON XƏBƏRLƏR
2020-06-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK