ANA SƏHİFƏ / GÜNDƏM

Fransada təhsil alan azərbaycanlı tələbə: “Bayıra çıxanda icazə kağızı almalıyıq”

6402    |   2020-03-29 18:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bildiyiniz kimi, Fransa koronavirus baxımından qırmızı zonadadır. Evdən bayıra çıxmaq haqqımız yoxdur. Yalnız qısa müddətə səbəb göstərməklə bayıra çıxa bilərik. İndi maksimum bir saatlığa çıxmaq olar. Yaşayış yerindən maksimum birkm məsafəyə kimi getmək mümkündür.

Bayıra çıxanda da yazılı icazə kağızı almalıyıq. Orada tarix, saat və imza göstərilməlidir. Açığı, mən 16 gündür ki, evdəyəm. Ancaq divarlar "üstümə gəldiyindən”, bu müddətdə cəmi bir saatlığa evdən çıxmışam”.

BunuOxu.Az-a Parisdə "Xəzər Araşdırma Mərkəzi”nin (Caspian Research Center) prezidenti, Fransanın Sorbon Universitetinin tələbəsi Adela Naibova deyib. O, koronavirus səbəbindən Fransada olan durumu çatdırıb:

"Fransanın Ruen şəhərində ailəmlə – anam, atam, bacım və qardaşımla bir evdə yaşayıram. Yalnız valideynlərim evə ərzaq almaq üçün bayıra çıxır. Onda da böyük miqdarda ərzaq almağa çalışırlar ki, tez-tez bayıra çıxmalı olmasınlar.

Nənəm də Fransadayaşayır. Onun öz evi var. Koronavirus geniş yayıldıqdan sonra ona evdən çıxmamağı tapşırmışıq. Amma anam bir neçə gündən bir ona bazarlıq alıb aparır.

Dərslərimizi evdən distant üsulla keçirik. İnternetin sayəsində işlərimizi rahatlıqla apara bilirik. Evdə otursaq da, xalq arasında həmrəylik hiss edirəm. Hər axşam saat 8-də bütün qonşular balkonlara çıxıb tibb işçilərini alqışlayır. Hamımız bir-birimizə uzaqdan da olsa, dəstək olmağa çalışırıq”.

O bildirib ki, hazırda Fransada Azərbaycandan heç kim koronavirus səbəbindən dünyasını dəyişməyib:

"Mənim kimi Fransa vətəndaşlığı olan və ya oturum izni almış azərbaycanlılar da evdə qalmağa üstünlük verir. Amma burada oxuyan Azərbaycan vətəndaşı olan tələbələr Fransadakı səfirliyimizə müraciət edərək Bakıya aparacaq təyyarə təyin olunmasını gözləyirlər.

30 nəfərə yaxın türkəsilli insan Fransada koronavirus səbəbindən həyatını itirib. Şükür Allaha, hələ ki heç bir azərbaycanlı dünyasını dəyişməyib. Bildiyiniz kimi, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva koronavirusa yoluxub”.




İmza:

Bakıda pandemiya dövründə əhali ərzağa daha çox pul xərcləyib

İbuprofenin koronavirusa qarşı sınaqları başlayıb

Maskadan istifadə etməyən bəzi vətəndaşlar cərimələndi

ÜST: Koronavirusun ikinci dalğası qaçılmaz deyil

“Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib

Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub

Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı yolu yenidənqurmadan sonra istifadəyə verilib

Prezident İlham Əliyev Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib

TVİTTER GERİYƏ ÇƏKİLMİR

İran və Azərbaycan münasibətlərinə real baxış: Körpü məsələsi...

Aqil Abbas: "Ramil Səfərovun xilası prezidentimizin fəaliyyətindən qırmızı xətlə keçir" - VİDEO

Vaqif Qarayev: Qaydalara əməl etmək lazımdır!

SON XƏBƏRLƏR
2020-06-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK