nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Vətəndaşların ölkə ərazisindəki hərəkəti belə tənzimlənəcək - DİN Adalet.az | Vətəndaşların ölkə ərazisindəki hərəkəti belə tənzimlənəcək - DİN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Vətəndaşların ölkə ərazisindəki hərəkəti belə tənzimlənəcək - DİN

3872    |   2020-03-24 10:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

lan edilmiş xüsusi rejimin tələblərinə görə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin, eləcə də rayon qeydiyyatında olan vətəndaşlarımızın Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş və çıxışları tam məhdudlaşdırılır. Həmçinin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və bu şəhərlərdə qeydiyyatda olan vətəndaşlarımızın respublikanın digər şəhər və rayonlarına çıxışlarına da məhdudiyyət qoyulur.

Trend-in məlumatına görə, bu fikirləri xüsusi karantin rejimi tətbiq olunduqdan sonra Daxili İşlər Nazirliyinə verilən suallara cavabında nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.

Bu günə qədər respublikanın digər şəhər və rayonlarına getmiş və hazırda da orada olan Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olanların geri qayıda biləcəyi barədə suala cavabında nazirliyin rəsmisi deyib ki, onların Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna qayıtmalarına icazə verilir, lakin onlar xüsusi karantin rejimi müddətində respublikanın digər şəhər və rayonlarına buraxılmayacaqlar.

Əvvəlcədən Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna gəlmiş respublikanın digər şəhər və rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin və vətəndaşların aqibətinin necə olacağına gəlincə, onların qeydiyyatda olduqları şəhər və rayonlara çıxışlarına məhdudiyyət tətbiq edilmir. Lakin, onlar Bakı, Sumqayıt şəhərlərini və Abşeron rayonunu tərk etdikdən sonra xüsusi karantin rejimi müddətində geri qayıda bilməyəcəklər.

"Həyata keçirilən bütün tədbirlər vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. İnanırıq ki, vətəndaşlarımız xüsusi karantin rejimin bütün tələblərinə, o cümlədən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət edəcək, verilən tövsiyə və qərarları anlayışla qarşılayacaqlar”, - deyə E.Zahidov bildirib.




İmza:

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər

65 yaşdan yuxarı insanlara xidmət edəcək şəxslərin sayı artırılacaq - İbrahim Məmmədov

Azərbaycanla Gürcüstan sərhədi aprelin 20-dək bağlı saxlanılacaq

Sahibkarlara müxtəlif formada güzəştlər ediləcək - İbrahim Məmmədov

Keçid postlarından 7545 avtomobil geri qaytarılıb - RƏSMİ

Bakı şəhərinin icra hakimiyyətləri Fonda 500 min manat köçürdü

“Samur” sərhəd-keçid məntəqəsinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqəsi genişləndirilib - VİDEO

FHN sərhəd məntəqələrində çadırların sayını artırdı - VİDEO

DGK Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir milyon manat ayırıb

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Əzizə İsmayılova: Bu obyektlər işləyə BİLƏCƏK

Siyavuş Novruzov: Biz üç virusa qarşı mübarizə aparırıq

Milli Məclisin iclasında Azərbaycan həkimləri alqışlandı

Milli Məclisin sədri: Hamı virusa qarşı mübarizədə fəal iştirak etməli, verilən bütün tövsiyələrə əməl etməlidir

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Bizi həyata qaytaran... - İlqar Rəsul koronavirusdan yazır

“40 günə bəşəri təhlükəyə qalib gəlinəcək, lakin...” - Zahid Orucun yazısı

İlham İsmayıl: Onlar həmişə gözəgörünməzlərlə mübarizə aparıb...

Paris-Azərbaycan Evinin rəhbəri koronavirusa yoluxmasından və müalicəsindən danışdı

Bakıda bərbərxana və gözəllik salonları işləməyəcək - RƏSMİ

Filmlərin nümayişi üçün tamaşaçı auditoriyasının yaş kateqoriyaları dəyişib

Fransada təhsil alan azərbaycanlı tələbə: “Bayıra çıxanda icazə kağızı almalıyıq”

SON XƏBƏRLƏR
2020-03-30
2020-03-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK