nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Əli Əhmədov: İndi həmişə olduğundan daha çox həmrəyliyə ehtiyac var Adalet.az | Əli Əhmədov: İndi həmişə olduğundan daha çox həmrəyliyə ehtiyac var Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Əli Əhmədov: İndi həmişə olduğundan daha çox həmrəyliyə ehtiyac var

7580    |   2020-03-23 15:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xeyli müddətdir ki, koronavirus epidemiyası dünyanı lərzəyə salıb. Səhiyyəsi və ümumiyyətlə həyat səviyyəsi göstəricilərinə görə ən qabaqçıl ölkələr virusun ildırım sürəti ilə yayılmasının qarşısında, demək olar ki, aciz qalıb. Xəstəlikdən həyatını itirənlərin sayı artıq minlərlədir. Dövlətlər bütün gücü və imkanları ilə amansız virusa qarşı sözün əsl mənasında mübarizəyə başlayıb.

Bunu Baş nazirin müavini, YAP-ın Sədrinin müavini- İcra katibi Əli Əhmədov rəsmi "Facebook" səhifəsində "İki virusa qarşı mübarizə” sərlövhəsi ilə yayımlanmış məqaləsində deyib.

Ə.Əhmədov hökumətin qorxunc virusa qarşı apardığı tədbirlərdən bəhs edərək yazır:

"Koronavirusa qarşı mübarizə Azərbaycan hökumətinin də gündəliyində birinci sırada dayanır. Prezidentin tapşırığı ilə Nazirlər Kabinetində Operativ Qərargah yaradılıb, bütün dövlət strukturları virusun yayılmasının qarşısının alınmasına səfərbər edilib. Vaxtında lazımi qabaqlayıcı tədbirlər görülür, tövsiyyələr verilir, səhiyyə müəssisələri ən zəruri avadanlıq və tibbi ləvazimatlarla təchiz edilir. Əhalinin virusa yoluxmaması üçün maarifləndirmə işləri aparılır. Ümumdünya səhiyyə təşkilatı ilə mütəmadi əlaqələr saxlanılır, onun tövsiyyələri səhiyyə qurumlarına və əhaliyə çatdırılır. Bir sözlə, virusa yoluxma hallarının qarşısının alınması sahəsində bütün mümkün addımlar atılır, qabaqlayıcı tədbirlər görülür və etiraf etmək lazımdır ki, həyata keçirilən işlər sayəsində yaxşı nəticə göz önündədir.

Koronavirusa qarşı səmərəli mübarizədə, digər ölkələrin təcrübəsinin də göstərdiyi kimi, dövlətin müvafiq qurumlarının səmərəli tədbirləri ilə yanaşı, əhalinin də müvafiq tövsiyələrə intizamla əməl etməsi sayəsində lazımi nəticə əldə edilməsi mümkündür. İndi həmişə olduğundan daha çox həmrəyliyə, bir-birini dəstəkləməyə, təhlükəli xəstəliklə mübarizə aparan dövlətin yanında olmağa, həyata keçirilən zəruri tədbirləri hamılıqla dəstəkləməyə ehtiyac var. Birlik və həmrəylik, bir-birinə və birlikdə dövlətə dəstək olmaq pandemiya ilə mübarizədə uğur qazanmağın əsas şərtlərindəndir.”

Baş nazirin müavini daha sonra qeyd edir ki, cəmiyyətin mütləq əksəriyyətinin məhz belə davranış nümayiş etdirməsi sevindirici haldır:

"Lakin cüzi sayda olsa da, cəmiyyətin nümayiş etdirdiyi davranış tərzindən eybəcərcəsinə fərqlənənlər də var. İndi dünyanın hər yerində tibbi ifadələrdən daha çox istifadə olunur. Bu adətə uyğun ifadələrdən istifadə etməli olsaq, görünür nə vaxtsa, yəqin ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində bəzi insanlarda mutasiya baş verməsi nəticəsində virus insanlar yaranıb. Həmin virus insanların müəyyən hissəsi indiyə qədər qalmaqdadır. Doğrudur, onlar cəmiyyətin sağlam qüvvələri tərəfindən tarixin tullantı qablarına atılıb, orada öz bəd əməllərini davam etdirməkdədirlər. Bu mənada hazırda Azərbaycanda iki virus insanları narahat edir: biri koronavirusdur, digəri isə ifrat radikalçılar, "beşinci kolon" kimi təzahür edən siyasi virus. Açıq etiraf etmək lazımdır ki, göstərilən virusların hər ikisi cəmiyyət üçün eyni dərəcədə təhlükəlidir, deməli hər iki virusa qarşı amansız mübarizə aparılması labüddür”.

Əli Əhmədov bildirib ki, hazırda Azərbaycanda bütün sahələrdə dərin islahatlar həyata keçirilir. İslahatlar partiya sistemlərini də əhatə edir, müxalifət-iqtidar dialoqunun inkişaf etdirilməsi istiqamətində məsləhətlər aparılır:

"Ölkədə mövcud olan siyasi partiyaların əksəriyyəti haqqında söhbət etdiyimiz prosesdə iştirak edir və iqtidar-müxalifət münasibətlərinin yeni konstruksiyasının yaradılmasında maraqlı olduğunu nümayiş etdirir. Məqsəd milli maraqlar uğrunda birləşmək, xalqın və dövlətin inkişafı naminə xidmətlər göstərməkdir. Lakin hamının məmnuniyyətlə faydasını etiraf etdiyi bu strategiyaya qarşı çıxan azsaylı bir qrup var. Söhbət Əli Kərimlinin ətrafında toplaşaraq ayrı-ayrı xarici antiazərbaycan qüvvələrin tapşırığı və maliyyəsi əsasında Azərbaycana qarşı siyasi və ideoloji təxribatlar törətməklə məşğul olan qruplaşmalardan gedir. Virus sağlam bədənə hücum etdiyi kimi, onlar da bütün səylərini Azərbaycana böhtan atmağa, imicini zədələməyə yönəlmiş şaiyə və yalanlar uydurmağa, insanların zehnini zəhərləməyə səfərbər etmişlər. Ölkələrin əksəriyyətində olduğu kimi, Azərbaycan hökuməti koronavirusa qarşı mübarizə apardığı halda Əli Kərimli virusu Azərbaycana qarşı mübarizə aparır və bu əməllərində ən çirkin vasitələrdən belə çəkinmir. İllər boyu təkrarladığı yalanlarına indi sanki koronavirus çalarları əlavə edib. Hər cür yalanlarla, uydurma və şaiyələrlə əhalidə hökumətin koronavirus xəstəliyinin qarşısının alınması sahəsində həyata keçirdiyi, hesab edirəm ki, kifayət qədər düşünülmüş və səmərəli qabaqlayıcı tədbirlərə inamsızlıq yaratmağa çalışırlar. Onlar əvvəllər də dəfələrlə müxtəlif formalarda və məqamlarda Azərbaycan xalqına qarşı xəyanət sayıla biləcək əməlləri ilə haqlı olaraq lənətlənmiş "beşinci kolon" adını qazanıblar. İndiki həssas məqamda həmin siyasi virusların hərəkətləri təkcə xəyanət deyil, həm də cinayyətdir. Çünki onların təbliğatı hökumətin qabaqlayıcı tədbirlərinə insanlarda inamsızlıq yaratmağa yönəldiyindən birbaşa əhalinin sağlamlığının təhlükə altına atılması mahiyyəti daşıyır. Doğrudur, bu qədər rəzil yol seçən siyasi virus - "beşinci kolon" nümayəndələrinə inanan yoxdur. Lakin onların haqqında söhbət açdığımız çağırışları əsl mənada milli təhlükəsizliyə təhdid xarakteri daşıyır və bu mənada hər cür nifrətə layiqdir.”

Baş nazirin müavini Əli Əhmədov fikirlərini belə bir inamla tamamlayıb:

"Azərbaycan koronavirusa qarşı apardığı mübarizədə uğur qazanacaq, xalqımız ağır sınaqdan ən az itkilərlə çıxacaq. Elə etmək lazımdır ki, bu, eyni zamanda ölkəmizin canına hopmuş siyasi virusun da sonu olsun.”




İmza:

Əli Əhmədov: İndi həmişə olduğundan daha çox həmrəyliyə ehtiyac var

Fazil Mustafa: Tofiq Yaqublunun həbsinə birmənalı şəkildə hüquq prizmasından yanaşmaq lazımdır

Makron Boris Consona ultimatum verdi

Müdafiə Sənayesi Nazirliyində koronavirusla bağlı onlayn müşavirə keçirilib

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

ABŞ iqtisadiyyatını dəstəkləmək üçün trilyonlarla dollar vəsait xərcləyəcək

Könül Nurullayevanın təşəbbüsü ilə “Deputat Qərargahında” İşçi Qrupu yaradıldı

Mikayıl Cabbarov: Yaradılmış işçi qrupu ən çox mənfi təsirə məruz qalmış təxminən 12 fəaliyyət sahəsi müəyyən edib

Kredit borclarının aqibəti necə olacaq? - VİDEO

Azərbaycan XİN Abxaziyada qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

65 yaşdan yuxarı insanlara xidmət edəcək şəxslərin sayı artırılacaq - İbrahim Məmmədov

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Azərbaycanla Gürcüstan sərhədi aprelin 20-dək bağlı saxlanılacaq

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Keçid postlarından 7545 avtomobil geri qaytarılıb - RƏSMİ

Azay Quliyev: "Biz birlikdə güclüyük!" şüarı hamı üçün əsas şüar olmalıdır

Səməd Seyidov AŞPA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndərib

Türkiyənin yeni nəqliyyat və infrastruktur naziri təyin edilib

Könül Nurullayevanın təşəbbüsü ilə “Deputat Qərargahında” İşçi Qrupu yaradıldı

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Fazil Mustafa: Tofiq Yaqublunun həbsinə birmənalı şəkildə hüquq prizmasından yanaşmaq lazımdır

Azərbaycan Dövlət Bayrağı ilə bağlı yeni qayda müəyyən edilir

MTRŞ koronavirusla bağlı yayımçılara müraciət etdi

Spikerin təşəbbüsü: Deputatlar iclasda bir-birindən iki metr aralı oturacaq

Aydın Mirzəzadə: Hər kəsin bacardığı qədər evdə qalması, insanlarla az təmasda olması vacibdir

Əli Əhmədov: Koronavirusla mübarizədə hər kəs həmrəylik nümayiş etdirməlidir

Deputatlar koronavirusa görə testdən keçiriləcək

SON XƏBƏRLƏR
2020-03-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK