nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Səhiyyə Nazirliyi Bakıda koronavirusla mübarizə aparan tibb personalı üçün təlim-treninqlərə başlayıb Adalet.az | Səhiyyə Nazirliyi Bakıda koronavirusla mübarizə aparan tibb personalı üçün təlim-treninqlərə başlayıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Səhiyyə Nazirliyi Bakıda koronavirusla mübarizə aparan tibb personalı üçün təlim-treninqlərə başlayıb

2363    |   2020-03-21 10:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötən ilin dekabrında Çində peyda olan və indiyədək dünyanın 182 ölkəsinə yayılan koronavirus (COVİD -19) təhlükəsi davam edir. Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu martın 15-dən həkim və orta tibb işçiləri üçün koronavirusla bağlı təlim-treninqlərə başlayıb. Məqsəd koronavirusla mübarizə aparan və ən çox risk altında olan həkim-tibb bacılarını virus və ondan qorunma yolları ilə bağlı məlumatlandırmaq, əksepidemik tədbirlərə hazırlamaqdır.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, tibb işçilərinin virusdan qorunması üçün görülən işlər və treninqlərlə bağlı institutun rektoru, professor Nazim Qasımov bildirib ki, Azərbaycanda hazırda koronavirusla bağlı pandemik şərait müşahidə edilmir. Prezidentin nəzarəti ilə görülən qabaqlayıcı tədbirlər nəticə verir, ölüm və yoluxma səviyyəsi aşağıdır, əksinə sağalanların sayı gündən-günə artır.

"Ölkəmizdə virusun yayılmasının qarşısını almaq üçün maksimum tədbirlər həyata keçirilir. Səhiyyə Nazirliyi də öz növbəsində mühüm işlər görür. Bizim institutun üzərinə də vəzifələr düşüb. Səhiyyə Nazirliyinin tapşırığı ilə institutun kofedralarında onlayn və distant şəklində, eləcə də kiçik qruplarda botəhlükəsizlik, biomühafizəyə yönləndirilmiş xüsusi treninqlərə başlanılıb”,-rektor belə deyib.

İnstitut bayram günlərində də güclənmiş iş rejimində çalışacaq. N.Qasımov qeyd edib ki, bayram və istirahət günləri də daxil olmaqla treninqlər davam etdiriləcək: "Koronavirusla mübarizədə ilk sıralarda həkimlər, tibb işçiləri dayanır. Treninqlərdə xüsusi mühafizə vasitələri ilə işləmək təkmilləşdirilir. Xüsusi fərdi geyimlər, maska, əlcək, yaxud eynəklərdən düzgün qaydada istifadə etmək, geyinmək, soyunmaq, istifadə edilmiş vasitələrin utilizasiyası virusdan qorunmaq üçün mühüm əhəmiyyət kəsb edir. Bu qaydalara düzgün riayyət edilmədiyi halda həkimlərin, tibb bacılarının özləri koronavirusa yoluxa bilərlər. İlk növbədə həkimlər, tibb bacıları özlərini qorumalıdılar. Buna görə də bu treninqlərin böyük əhəmiyyəti var. Birinci növbədə həkimlərin, tibb bacıların bu virusdan qorunmasına çalışırıq”.

Professorun sözlərinə görə, birinci mərhələdə aeroport və sərhəd-keçid məntəqələrində çalışan tibb işiləri treninqlərə cəlb edilib. Hazırda isə onlayn treninqlərə başlamaq üçün tədbirlər yekunlaşmaq üzrədir. Eləcə də digər ixtisaslı həkimlər üçün koronavirusun xüsusiyyətləri haqda tibbi məlumatlar hazırlanıb, məlumatlar onlayn şəkildə həkimlərə ötürülür. Bu məlumatlar yalnız həkimlər üçün nəzərdə tutulub. Həkimlərə həmçinin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş müaicə protokolları göndərilir.

Professor əlavə edib ki, koronavirus yenidir, günlərdir dünya alimləri virusun üzərində tədqiqatlar aparırlar. Virusun inkişafı, yayıması, virus əleyhinə profilaktik tədbirlər, eləcə də müalicəsinə aid hər gün yeni məlumat əldə edilir. İnstitut həmin məlumatları tibb işçilərinə operativ şəkildə ötürür: "İnstitutumuz mütəmadi, planlı şəkildə biomühafizə və karantin qaydaları ilə bağlı tibb işçilərini məlumatlandırırdı. Amma hər infeksiyanın öz xüsusiyyətləri var. İndi əsas fəaliyyət koronavirusa yönəldilib, hər yeni məlumatla bağlı həkimləri məlumatlandırırıq. Məsələn, bu gün koronavirusla bağlı yeni məlumat əldə ediib, dərhal tibb işçilərinə çatdırılıb. Bütün məlumatlar vaxtında çatdırılmalıdır ki, əksepidemik tədbirlər də vaxtında aparıla bilsin, maksumum effektli olsun”.

Rektor Azərbaycanda kadr potensialı ilə bağlı sualı da cavablandırıb. Bildirib ki, hazırda ölkəmizdə bütün ixtisaslar üzrə yetərli kadrlar var. Hətta koronavirusla mübarizə üçün yanaşı ixtisas üzrə kadrlar da hazırlanır. Ehtiyac yaranarsa onlar da virusla mübarizəyə qoşulacaqlar.




İmza:

Koronavirusdan qorunmaq üçün ən sadə üsul açıqlandı

ÜST-ün nümayəndəsi koronavirusun gənclər üçün təhlükəsindən danışdı

Dünyada koronavirusdan ölənlərin sayı 60 mini keçdi

Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ

Baş infeksionist: Virusun yayılmasının qarşısının alınması üçün dövlətin qoyduğu qaydalara əməl etməsək, xəstə sayı artacaq

Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir - Baş epidemioloq

Virusoloqdan qorxulu açıqlama: “Koronavirus heç vaxt bizi tərk etməyəcək”

İmmuniteti gücləndirən qidalar - SİYAHI

Koronavirusun ağciyərdən başqa digər vacib orqana da təsiri məlum oldu

Azərbaycanda koronavirus: Hansı rayonda neçə nəfər yoluxub?

Apteklərdə saxta məhsul: Bakıda metanol qurbanlarının sayı yeddiyə çatdı

Koronavirusa qarşı peyvənd sınaqdan keçirildi

SON XƏBƏRLƏR
2020-04-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK