ANA SƏHİFƏ / GÜNDƏM

Operativ Qərargah və Baş Prokurorluq birgə məlumat yayıb

8931    |   2020-03-19 22:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Muradova Ülviyyə Niyaz qızına (Ülviyyə Alovlu) xəbərdarlıq edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargah və Baş Prokurorluğun birgə məlumatında deyilir ki, cəmiyyətdə təşvişə səbəb olan koronavirus infeksiyası ilə (COVİD-19) ölkəmizdə qabaqlayıcı mübarizə tədbirlərinin gedişatı, habelə xəstəliyə yoluxma ehtimalı olan şəxslərin tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ictimaiyyətə mütəmadi olaraq ətraflı məlumatlar verilməsinə, eləcə də sensasiya naminə reallığı əks etdirməyən məlumatların yayılmaması məqsədilə səlahiyyətli qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirmələrin aparılması tələb edilməsinə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən ictimai rəyi çaşdırmaq və əhali arasında təşviş yaratmaq məqsədi güdən məlumatların yayılması hallarına rast gəlinir.

Belə ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla Muradova Ülviyyə Niyaz qızının "facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə koronavirus infeksiyasının (COVİD-19) guya respublika ərazisində geniş miqyasda yayılacağı barədə həqiqətə uyğun olmayan, provokasiya xarakterli paylaşımlar etməsi, bundan başqa statuslarında pandemiyaya qarşı mübarizə sahəsində dövlət orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salan, ictimai rəyi çaşdırmaq və əhali arasında təşviş yaratmaq məqsədi güdən ifadələrə yol verməsi müəyyən edilib.

Qeyd edilənlərlə əlaqədar Ülviyyə Muradova Baş Prokurorluğa dəvət edilərək "Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq ictimai rəyi çaşdırmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə dəqiqləşdirmə aparılmadan sensasiya naminə qəsdən və qərəzli şəkildə konkret faktlara əsaslanmayan məlumatların qanunsuz olaraq yayılmasını davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən bütün dünyada yaranmış hazırkı vəziyyətdə maksimum məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmələri tələb olunmaqla bir daha nəzərə çatdırılır ki, ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcək.



İmza:

“TurAz Qartalı - 2020” təlimlərinə döyüş helikopterləri də cəlb edilib

Baş Prokurorluq vəzifəli şəxslərin qanunsuz əməlləri barədə statistikanı açıqlayıb

Bakıdakı COVİD-19 xəstəxanalarında doluluq səviyyəsi 30-35 faizə enib - TƏBİB

Ramin Bayramlı: Ölkəmizdəki tibbi personalın sayı yetərlidir

İnzibati Xətalar Məcəlləsində dəyişiklik təsdiq edildi

AQTA 78 obyektdə qayda pozuntusu aşkarladı

Akif Aşırlı: "Fazil Mustafa medianın durumundan bixəbərdir"

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub - VİDEO

ELŞƏN ƏKBƏRZADƏ: ÖLMƏYİN, ATAMIN DOSTLARI

Qorxmaz İbrahimli: "Özəl çimərliklərin sahiblərini girişləri pulsuz etməyə səsləyirəm"

İki Emin, bir Korona - Kim haqlıdır?

2020-ci il dövlət büdcəsinə dəyişiklik birinci oxunuşda qəbul edildi

SON XƏBƏRLƏR
2020-08-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK