nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib Adalet.az | Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

6061    |   2020-03-19 15:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

İdarədən Adalet.az-a verilən məlumata görə, təbrikdə deyilir:

"Bismillahir-rəhmanir-rəhim! Əziz həmvətənlərim! Sizi xalqımızın qədim, mübarək Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza Allah-Taaladan səadət və rifah, xoş əhval-ruhiyyə və bayram sevinci diləyirəm.

Novruz ulu tariximizdə özəl yeri və önəmi olan el bayramıdır. Yaşadığımız hər an, varlığımız üçün Uca Yaradana həmd-səna edən xalqımız Novruz bayramını Allahın böyük Lütfü kimi dəyərləndirir. Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edən Novruz həyatın yenilənməsi, dirçəlişinin rəmzi olub, insanın ruhuna təbiətlə vəhdətdə təkamül səadəti yaşadır. Yaradanın Lütfü sayəsində bu bayramın dini baxımdan önəm kəsb edən məqamlarla üst-üstə düşməsi Novruzun mübarəkliyini daha da artırır.

Allaha çox şükürlər olsun ki, hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişaf yoluna rəvac verir, Qarabağda qələbəmizə əzmimizi, torpaqlarımızın işğaldan azad olunacağına inamımızı daha da artırır. Xalqımız firavan sabahının, dinc sabit həyat və tərəqqisinin təminini möhtərəm dövlət başçımız Prezident Ilham Əliyev cənablarının qətiyyət və möhkəm iradə ilə yeritdiyi davamlı islahatlarda, xalqın maddi və mənəvi rifahının daha da yaxşılaşdırılmasına yönəlik müdrik dövlət siyasətində görür və bu uğurlu inkişaf yolunu ürəkdən dəstəkləyir. Əlhəmdülillah, dövlət rəhbərimizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizə, ümumbəşəri mədəniyyətə ehtiramlı münasibəti, dinlər və sivilizasiyalar arasında dialoq və əməkdaşlıq ideyalarına sədaqəti sayəsində multikultural Azərbaycan bütün səmavi dinlərə sülh naminə birlik, həmrəylik çağırışları ilə dünyanın gündəmindədir. Elimizin əziz bayramlarından olan Novruz ərəfəsində yeni Parlamentimizin fəaliyyətə başlaması millətimiz, dövlətimiz üçün xeyirlərə vəsilə olsun!
Uca Yaradana məhəbbəti, yaratdıqlarına şükür-sənanı və Onun rizası yolunda xeyirxahlığı təcəssüm etdirən bu bayram günlərində Yer üzünün salamatlığı, ölkəmizin əmin-amanlığı, dünyada yayılan xəstəlik kabusunun və onun gətirdiyi iqtisadi çətinliklərin tezliklə aradan qalxması üçün dualar edir, xəstələrin şəfa tapmasını diləyirik. İnsan sağlamlığının qorunması Uca Allahın istəyidir və bununla bağlı hər birimizin üzərinə böyük məsuliyyət və vəzifələr düşür. Şükürlər olsun ki, dövlətimiz tərəfindən xəstəliyin aradan qaldırılması üçün bütün lazımı tədbirlər görülür, insanlarımız diqqət və qayğı ilə əhatə olunmuşlar. Ümidsizliyə qapılmaq, təxribatlara uymaq şeytan əməlidir. Dindarları, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı hökumətimizin tövsiyə və qərarlarına əməl etməyə, dualar edərək sabaha ümidlə baxmağa çağırırıq. İnanırıq ki, Allahın köməyi ilə, dövlət başçımızın rəhbərliyi ilə görülən tədbirlər öz müsbət nəticəsini verəcəkdir, inşallah! Allah-Təala bütün dua və ibadətlərimizi qəbul etsin, hər zaman yardımçımız olsun, xalqımıza salamatlıq və firavanlıq bəxş etsin!

Əziz həmvətənlərim! Novruz bayramı münasibətilə sizi bir daha ürəkdən təbrik edir, hər bir ailəyə səadət, xoş ovqat arzulayıram. Allah-Təala bütün ülvi arzularımızın, xoş niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin!

Novruzun qədəmləri mübarək olsun, xalqımız üçün xeyirlərə vəsilə olsun!"




İmza:

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Azərbaycana daxil olan tranzit yüklər polis əməkdaşlarının müşayiəti ilə hərəkət edir - VİDEO

Azərbaycan əsgəri xalqa səsləndi: “Biz sizin üçün xidmətdəyik, siz də bizim üçün evdə qalın!” - VİDEO

ETSN-dən qumruların kütləvi ölümü ilə bağlı məsələyə münasibət - RƏSMİ

Bu il Azərbaycanda ən gəlirli sahələrin adları açıqlandı

Azərbaycanda bu internet-klub karantin tələblərini pozub - VİDEO

Bakıda ekspress xətlər üzrə avtobusların cədvəli açıqlandı

Elçin Quliyev “Samur” dövlət sərhədində karantin tədbirlərinin təşkili vəziyyətini yoxlayıb

Yevlaxda koronovirus əleyinə tədbirlər gücləndirildi

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Rusiyadakı Azərbaycan vətəndaşlarının ölkəyə buraxılma vaxtı müəyyənləşdi

“Virtual qəbul otağı”nda növbəti canlı yayım olub

FHN koronavirus təhlükəsi ilə bağlı fərdi gigiyena tələblərinə əməl etməyi tövsiyə edir (VİDEO)

Xüsusi karantin rejimini pozan şəxslər cərimə ediliblər

Karantin rejimini pozan üç nəfər məsuliyyətə cəlb edildi - RƏSMİ

BNA: Bütün marşrut avtobuslarının intervalı sərnişin axınına uyğun tənzimlənəcək

Neftçala rayon icra başçısı vətəndaşlara evdən çıxmamağı tövsiyə edib

Bakı sakini evdə tibbi maska hazırlayır - VİDEO

BNA: Bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilir

Azərbaycanda hava dəyişəcək

Bu gün axşamdan metro bağlanır

AQTA: Koronavirusa görə marketlərdə monitorinqlər davam etdirilir

SON XƏBƏRLƏR
2020-04-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK