ANA SƏHİFƏ / GÜNDƏM

Bakı metrosunda faciələr: Erməni terrorizmi və "Sadval" separatçıları…

19817    |   2020-03-19 11:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Böyük Ermənistan " dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş radikal erməni təşkilatları - 1887-ci ildə yaradılmış "Armenakan”, sonradan "Hnçak» və "Daşnaksütyun” partiyaları bu planı həyata keçirmək üçün siyasi terror aksiya-larından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutmuşdular . İnsanlığın əleyhinə olan həmin sənədlər planlı şəkildə həyata keçirildə və hazırda davam etməkdədir. Bu gün ki, yazımızda məqsəd erməni terrorunun qanlı nümunələrindən biri olan və Azərbaycanda metro faciələri kimi tarixə düşən həmin teraktlar haqqında oxucularımıza məlumat verməkdi.


26 il əvvəlin bu günü-1994-cü il martın 19-da saat 13.00 da qatar stansiyada dayandığı zaman, birinci vaqonda kustar üsulla hazırlanmış və saat mexanizmi ilə təchiz edilmiş partlayıcı qurğu işə düşüb. Baş vermiş partlayış nəticəsində 14 nəfər dünyasını dəyişmiş, 49 nəfər yaralanmışdı. Həlak olanların arasında Azərbaycan respublikasının xalq Artisti Rafiq Babayev da olub.

İstintaq nəticəsində, "Sadval" separatçı təşkilatının üzvləri həbs olunub, istintaq zamanı məlum olub ki, terrorçular Ermənistan respublikasının xüsusi xidmət orqanları ilə sıx əlaqədə olaraq Ermənistanda olmuş və orada onlara xüsusi təlim keçilmişdir.
Terror aktının icrasında və təşkilində iştraka görə, Azərbaycan respublikasının hüquq mühafizə orqanları tərəfindən 11 nəfər həbs olunmuş, onlardan ikisi barəsində məhkəmə güllələnmə hökmü çıxarmış, digərləri isə müxtəlif müddətli həbs cəzasına məhkum olunmuşdular.
Məhkəmə metrostansiyada törədilmiş terror aksiyasının Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlandığını, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyini sübuta yetirib.

"Sadval" separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olub, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi Təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak edib.
1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçib.
İstintaq zamanı müəyyən edilib ki, təxribatçılar təlimata uyğun olaraq, "20 Yanvar" stansiyası ilə yanaşı Bakının "Nizami" kinoteatrında, Respublika sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırıblar.

"20 Yanvar" metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilib.

Yenə həmin il – 1994-cü il iyulun 3-də Bakı metrosunun "28 may” və "Gənclik” stansiyalarının arasında qatarda partlayış törədilib. Bu hadisədə 13 nəfər həlak olub, 42 nəfər yaralanıb.



Azərbaycanın hüquq-mühafizə orqanları bu hadisəni də Ermənistanın xüsusi xidmət orqanlarının təşkil etdiyini bildirir. Rəsmi versiyaya görə Ermənistan xüsusi xidmət orqanları bir Azərbaycan vətəndaşını məxfi əməkdaşlığa cəlb edərək onu metronu partlatmaq tapşırığı ilə Bakıya göndərib.

Bu iki partlayışda ümumilikdə 27 nəfər həlak olub, 91 nəfər yaralanıb.
Amma Bakı metropolitenində ən böyük insan itkisi 1995-ci il oktyabrın 28-də baş verib. Həmin gün metronun "Ulduz” və "Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 adam həlak olub, 400 nəfər isə xəsarət alıb.
Yeri gəlmişkən, tarixdə ilk dəfə olaraq yeraltı nəqliyyatda terror aktı Moskva metrosunun "İzmaylovo” və "Pervomayskaya” açıq stansiyaları arasında hərəkət edən qatarda əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində 7 nəfər ölüb, 32 nəfər yaralanıb. Əldəqayırma bombaya armatur qırıqları və müxtəlif dəmir əşyalar doldurulmuşdu. Hadisəni törətməkdə təqsirli bilinən 3 erməni terrorçu - Akop Stepanyan, Stepan Zatikyan və Zaven Baqdasaryan SSRİ Ali Məhkəməsinin hökmü ilə güllələnib. Cinayət işinin üzərindən bu gün də məxfilik qrifi götürülməyib. Hadisənin nə məqsədlə törədildiyi bu gün də ictimaiyyətə naməlumdur. Sovet mətbuatı bu hadisə barədə 3 gün sonra məlumat yayıb.

Bu gün də terrorçuluğu dövlət siyasətinə çevirən Ermənistanın dinc Azərbaycan əhalisinə qarşı fəaliyyəti hərbi vasitələrlə davam etdirilir. Belə ki, 1994-cü ildən Ermənistanla atəşkəs əldə olunmasına baxmayaraq, bu ölkənin silahlı qüvvələri tərəfindən müntəzəm olaraq atəşkəs rejimi pozulur. Ancaq təəssüflər olsun ki, bütün bunların qarşısını almağa heç bir səy göstərməyən beynəlxalq ictimaiyyət Azərbaycanı qınayan, terrorçu Ermənistanı isə növbəti terror aksiyasını həyata keçirməyə həvəsləndirən bəyanatlar verməklə kifayətlənirlər.

Əntiqə Rəşid



İmza:

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub - VİDEO

Azərbaycanla Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında saziş avqustun 13-dən qüvvəyə minir

BU İLQAR RƏSUL NƏ ƏRİNCƏK ADAMIYMIŞ

Baş nazir: Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür

İlham Əliyev: Bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin müxtəlif elementlərini icra ediblər - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva meşə tipli yeni parkda görüləcək işlərlə tanış olublar - YENİLƏNİB

Fəttah Səməd oğlu Heydərov

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - VİDEO

Müdafiə Nazirliyindən Polad Həşimovun səngərdən uzaqda şəhid olması iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna dəyişiklik edildi

Təlimlərdə iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının istirahət günlərində gəzintiləri davam edir

“İcra məmurları haqqında” Qanuna dəyişiklik edildi

QHT-lər qrant müqavilələrinin qeydə alınması üçün elektron formada müraciət edə bilərlər - QANUN

Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO

Dövlət Komitəsi “Öncə Vətən” adlı sosial layihəyə start verib

Maraqlıdır, bəs, bizim partiyaların nə qədər üzvü, nə qədər gəliri var?

Prezident “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınma mərasimində - YENİLƏNİB

AzTV-nin xanım əməkdaşını şantaj edən şəxs həbs edildi

Rafiq Tağının ailəsi Prezidentə müraciət etdi: Sizi bu cinayət işinə yenidən baxmağa səsləyirik

Kəngərli sülaləsinin sonuncu generalı Cəmşid xan Naxçıvanski - Etibar Əliyev yazır

Madəm, vətən xaini idim, nəyə görə bu çirkin iftiranı 4 il sonra əleyhimə irəli sürdülər..?!"

SON XƏBƏRLƏR
2020-08-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK