nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Maliyyə Nazirliyi sistemində xüsusi iş rejiminin tətbiqinə başlanılıb Adalet.az | Maliyyə Nazirliyi sistemində xüsusi iş rejiminin tətbiqinə başlanılıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İQTİSADİYYAT

Maliyyə Nazirliyi sistemində xüsusi iş rejiminin tətbiqinə başlanılıb

5601    |   2020-03-18 19:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Koronavirus pandemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə aparılan təxirəsalınmaz tədbirlər çərçivəsində Maliyyə Nazirliyi sistemində işçilərin iş rejiminin dəyişdirilməsi, habelə digər preventiv tədbirlərin gücləndirilməsi məqsədilə əmr imzalanıb.

"APA-Economics"ə bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Əmrə əsasən, Nazirliyin Aparatı, struktur bölmələri və yerli maliyyə orqanlarında vəzifəfunksiyalarını evdə yerinə yetirmələri mümkün olan işçilər iş yerinə gəlmədən saat 09:00-dan 18:00-dək evdən distant işləmə rejiminə keçirilib. Evdən işləmə rejiminə keçən işçilərlə iş vaxtı ərzində telefonlarla və internetlə onlayn rejimdə daim əlaqə saxlanılacaq.

Bundan başqa, iclas və görüşlərin əsasən audio və video konfrans formatında keçirilməsinə başlanılıb.

Vətəndaşların müraciətlərinin qəbulunun elektron (office@maliyye.gov.az) və telefon rabitəsi (012 4044699 daxili-195) vasitəsilə, habelə Nazirliyin ünvanına kağız daşıyıcıları göndərməklə həyata keçirilməsi, eyni zamanda Nazirliyin qaynar xəttinin (012 4044725) fəaliyyətinin gücləndirilməsi və vətəndaş müraciətlərinə xüsusi həssaslıqla yanaşılması ilə bağlı müvafiq struktur bölmələrə tapşırıqlar verilib.

Tədbirlər çərçivəsində Dövlət Xəzinədarlıq Agentliyi xüsusi iş rejimi tətbiq etməklə yanaşı koronavirus infeksiyasının yarada biləcəyi xüsusi ekstremal vəziyyətlərdə iş ahənginin pozulmasının qarşısının alınması və təşkilatların maliyyələşdirilməsində fasiləsizliyinin təmin edilməsi məqsədilə bir neçə işçisini xidmət göstərdikləri təşkilatların nümayəndələrindən tam izolyasiya olunmuş iş şəraiti ilə təmin edəcək.

Eyni zamanda, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tədris prosesini Nazirlər Kabinetinin təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə müəyyən etdiyi tarixədək dayandırıb.

Əmrdə əməkdaşlara sosial məsuliyyətli davranmaları, virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görmələri tapşırılıb.



İmza:

Kənd təsərrüfatı ilə məşğul olanların karantin dövründə hərəkət qaydası müəyyənləşdi

Aprelin 6-da dolların manata qarşı məzənnəsi

Koronavirusla mübarizə yollarını araşdıran Virtual Hakatona yerli və beynəlxalq maraq artır

Azərbaycanda beynəlxalq və daxili yükdaşıma əməliyyatları fasiləsiz aparılır

Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlər artır

Azərbaycana iki ayda 100 milyon dollardan çox ixrac sifarişi daxil olub

Problemli kreditlərlə bağlı verilən kompensasiyanın məbləği açıqlandı

Aprelin 2-də dolların manata qarşı məzənnəsi

Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlər açıqlanıb

İqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb (VİDEO)

Vergi güzəştləri hesabına Azərbaycanda biznes mühiti qorunub saxlanılacaq

Aprelin 1-də dolların manata qarşı məzənnəsi

SON XƏBƏRLƏR
2020-04-05
2020-04-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir azərbaycanlı alim deyir ki, ərlə arvad koronavirusa yoxulmamaq üçün ayrı-ayrı otaqlarda yatırlar.

Əgər ailənin bir otağı varsa, biri balkonda yatmalıdır onda?

Sms-lə icazə alıb 2 saat bir otaqda yata bilərlər?



digər lətifələr
ARXİV
FACEBOOK