nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Azərbaycanda manatın real effektiv məzənnəsi bahalaşıb Adalet.az | Azərbaycanda manatın real effektiv məzənnəsi bahalaşıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Azərbaycanda manatın real effektiv məzənnəsi bahalaşıb

5032    |   2020-03-16 10:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan manatının ABŞ dolları qarşısında sabitiliyi fonunda əsas ticarət tərəfdaşlarımızın valyutalarının ucuzlaşması baş verir. Mart ayının ilk yarısında Azərbaycan manatı qarşısında gürcü larisi 6,5 faiz, rus rublu 9,8 faiz, türk lirəsi 1,4 faiz, Ukrayna qrivnası 5,9 faiz, Çin yuanı 0,39 faiz və qazax təngəsi 6,7 faiz dəyər itirib. Beləliklə, manatın real effektiv məzənnəsi bahalaşıb.

Bunu Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qlobal şoklara rəğmən manatın məzənnəsinin sabitliyini şərh edərkən deyib.

V.Qasımlı qeyd edib ki, real effektiv məzənnəni hesablayarkən, manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən nominal məzənnəsi və inflyasiya nəzərə alınır:

"Manatın real effektiv məzənnəsinin tarazlıq səviyyəsinə nisbətini ölçmək üçün istifadə olunan bütün metodlar - alıcılıq qabiliyyəti pariteti, makroiqtisadi balans, "Big Mak” indeksi və başqa yanaşmalar göstərir ki, manatın real effektiv məzənnəsi indiyədək onun tarazlıq nöqtəsindən aşağıda olub. Alıcılıq qabiliyyəti paritetinə əsasən hesablanan məzənnə, ABŞ dollarının ABŞ-da alacağı miqdarda məhsulu digər ölkənin bazarında almaq üçün tələb olunan yerli valyuta dəyəridir. Başqa sözlə, ABŞ-da 1 dollara alınan məhsulu yerli bazarda almaq üçün tələb olunan ödənişdir. Azərbaycan üçün bu rəqəm Dünya Bankının 2018-ci il üçün təqdim etdiyi statistika məlumatlarına əsasən 0,25 ABŞ dollarıdır. Yəni, ABŞ-da 1 dollara alına biləcək məhsulu Azərbaycanda 0,25 ABŞ dollarına almaq mümkündür. Ölkələr üzrə müqayisəli təhlil aparmaq üçün hər bir göstəricini alıcılıq qabiliyyəti paritetinə əsasən "beynəlxalq dollar” göstəricisi ilə ifadə etdikdən sonra real fərqləri görmək mümkündür. Dünya Bankının hesablamalarına görə, 2018-ci ildə Azərbaycanda 1 "beynəlxalq dollar” 0,25 ABŞ dolları, Belarusda 0,25 ABŞ dolları, Qırğızstan, Gürcüstan və Ukraynada 0,29 ABŞ dolları, Qazaxıstanda 0,31 ABŞ dolları və Rusiyada 0,39 ABŞ dolları səviyyəsində qiymətləndirilib. Bu ölkələrdə son qlobal şokların təsiri altında baş verən devalvasiyalar manatın real effektiv məzənnəsini gücləndirib.

Əgər 2000-ci ildə manatın real effektiv məzənnəsini bençmark olaraq 100 qəbul etsək, onda 2020-ci ilin əvvəlində bu göstərici 93,3 səviyyəsində olub. Başqa sözlə, manatın real effektiv məzənnəsi bu ilin əvvəlində tarazlıq nöqtəsindən aşağıda qərarlaşıb. Lakin ticarət tərəfdaşlarımızın valyutalarının son günlərdəki devalvasiyaları fonunda manatın ABŞ dolları qarşısında sabitliyi, manatın real effektiv məzənnəsini tarazlıq nöqtəsinə doğru bahalaşdırır".

Mərkəz rəhbəri vurğulayıb ki, manatın real effektiv məzənnəsinin bahalaşması Azərbaycanın MDB-də məkanında minimum pensiya, orta pensiya, minimum maaş və orta maaş göstəriciləri üzrə öncül mövqelərini daha da möhkəmləndirir. Digər tərəfdən, manatın real effektiv məzənnəsinin bahalaşmasının iqtisadiyyatın rəqabətqabiliyyətinə təsirini tənzimləmək üçün institusional islahatların davam etdirilməsi, rəqabət mühitinin daha da yaxşılaşdırılması, insan kapitalının inkişafı və bazarlara çıxış istiqamətində fəaliyyətlər davam etdirilməlidir.




İmza:

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Azərbaycana daxil olan tranzit yüklər polis əməkdaşlarının müşayiəti ilə hərəkət edir - VİDEO

Azərbaycan əsgəri xalqa səsləndi: “Biz sizin üçün xidmətdəyik, siz də bizim üçün evdə qalın!” - VİDEO

ETSN-dən qumruların kütləvi ölümü ilə bağlı məsələyə münasibət - RƏSMİ

Bu il Azərbaycanda ən gəlirli sahələrin adları açıqlandı

Azərbaycanda bu internet-klub karantin tələblərini pozub - VİDEO

Bakıda ekspress xətlər üzrə avtobusların cədvəli açıqlandı

Elçin Quliyev “Samur” dövlət sərhədində karantin tədbirlərinin təşkili vəziyyətini yoxlayıb

Yevlaxda koronovirus əleyinə tədbirlər gücləndirildi

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Rusiyadakı Azərbaycan vətəndaşlarının ölkəyə buraxılma vaxtı müəyyənləşdi

“Virtual qəbul otağı”nda növbəti canlı yayım olub

FHN koronavirus təhlükəsi ilə bağlı fərdi gigiyena tələblərinə əməl etməyi tövsiyə edir (VİDEO)

Xüsusi karantin rejimini pozan şəxslər cərimə ediliblər

Karantin rejimini pozan üç nəfər məsuliyyətə cəlb edildi - RƏSMİ

BNA: Bütün marşrut avtobuslarının intervalı sərnişin axınına uyğun tənzimlənəcək

Neftçala rayon icra başçısı vətəndaşlara evdən çıxmamağı tövsiyə edib

Bakı sakini evdə tibbi maska hazırlayır - VİDEO

BNA: Bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilir

Azərbaycanda hava dəyişəcək

Bu gün axşamdan metro bağlanır

AQTA: Koronavirusa görə marketlərdə monitorinqlər davam etdirilir

SON XƏBƏRLƏR
2020-04-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK