nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | DOST mərkəzlərində vətəndaşların qəbulu martın 15-dən 20-dək məhdudlaşdırılacaq Adalet.az | DOST mərkəzlərində vətəndaşların qəbulu martın 15-dən 20-dək məhdudlaşdırılacaq Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

DOST mərkəzlərində vətəndaşların qəbulu martın 15-dən 20-dək məhdudlaşdırılacaq

7577    |   2020-03-14 22:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Koronavirus infeksiyasının (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam etdiyini, Dünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu, habelə Nazirlər Kabinetinin martın 13-də keçirilən iclasında COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə qəbul edilmiş təcili, təxirəsalınmaz və icrası məcburi olan qərarların icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin DOST mərkəzlərində vətəndaşların qəbulu martın 15-dən 20-dək xüsusi iş rejimi tətbiq olunmaqla məhdudlaşdırılacaq.

Bu barədə Adalet.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində əksər xidmətlər artıq tam elektronlaşdırılıb. Belə ki, hazırda Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) "Əmək müqaviləsi bildirişi”, "Ünvanlı yardım” (VEMTAS), "Əlillik” (TSERAS), "Sığorta”, "Pensiya”, "Məşğulluq”, "E-Arayış” altsistemləri vasitəsilə qeyd olunan istiqamətlərdə xidmətlər əhaliyə elektron şəkildə göstərilir. Həmçinin əhalinin məlumatlandırılması məqsədilə 142 - Çağrı mərkəzi fəaliyyət göstərir. Cari ildə nazirliyin elektron xidmətlərindən istifadə sayı 2 774 891 təşkil edib, o cümlədən 17 853 yaşa görə pensiya, 1 377 əlilliyə görə pensiya, 35 506 müavinət, 3 141 təqaüd təyinatı proaktiv qaydada həyata keçirilib, 165 000 elektron arayış verilib.

Vətəndaşlar e-sosial.az portalında e-Xidmətlər (https://e-sosial.az/#/eServices) bölməsinə və ya e-gov.az portalının "Bütün xidmətlər” (https://www.e-gov.az/az/services) bölməsindən Nazirliyin adını seçməklə göstərilən e-xidmətlərdən istifadə edə bilərlər.

DOST mərkəzlərinin xüsusi rejimdə fəaliyyət göstərdiyi müddətdə əhalinin yuxarıda qeyd olunan elektron xidmətlərdən istifadə etmə imkanı saxlanılacaq, habelə 142 - Çağrı mərkəzi vasitəsi ilə vətəndaşların müraciətləri qəbul olunacaq.

Həmçinin mərkəzlərin xidmətlərindən istifadə etmək üçün vətəndaşlara alternativ üsul olaraq aşağıda qeyd edilən e-maillər müəyyən edilib:

1 saylı Bakı DOST Mərkəzi:

dost1_pensiya@sosial.gov.az

dost1_muavinat@sosial.gov.az

dost1_taqaud@sosial.gov.az

dost1_mashgullug@sosial.gov.az

2 saylı Bakı DOST Mərkəzi:

dost2_pensiya@sosial.gov.az

dost2_muavinat@sosial.gov.az

dost2_taqaud@sosial.gov.az

dost2_mashgullug@sosial.gov.az

Bundan başqa, martın 16-dan etibarən vətəndaşların rahatlığı üçün nazirlik tərəfindən göstərilən bütün sorğu və xidmətlərlə bağlı e-sosial.az portalına daxil olmaqla elektron qaydada müraciət etmək imkanı olacaq. Elektron müraciətlər zamanı vətəndaşın identifikləşdirilməsi şəxsiyyəti təsdiq edən sənədin nömrəsi və fərdi identifikasiya nömrəsi əsasında həyata keçiriləcək. Vətəndaşın kimliyi müəyyənləşdirildikdən sonra istifadə etmək istədiyi xidməti seçməklə zəruri sənədlərin elektron variantını qoşmaya əlavə edəcək və xidmətin nəticəsi barədə məlumat almaq üçün əlaqə məlumatlarını daxil edəcək. Qanunvericiliyə uyğun olaraq müraciətlərə baxıldıqdan sonra müraciətdə göstərilmiş əlaqə vasitəsinə müraciətin nəticəsi barədə məlumat göndəriləcək.

Hazır sənədlərin DOST mərkəzlərindən götürülməsi 142 - Çağrı mərkəzinə öncədən məlumat verilməklə həyata keçiriləcək.

Həmçinin bildiririk ki, martın 20-dən 29-dək Novruz bayramı ilə əlaqədar DOST mərkəzlərində qeyri-iş günüdür.



İmza:

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Azərbaycan əsgəri xalqa səsləndi: “Biz sizin üçün xidmətdəyik, siz də bizim üçün evdə qalın!” - VİDEO

Azərbaycana daxil olan tranzit yüklər polis əməkdaşlarının müşayiəti ilə hərəkət edir - VİDEO

Bu il Azərbaycanda ən gəlirli sahələrin adları açıqlandı

Bakıda ekspress xətlər üzrə avtobusların cədvəli açıqlandı

Yevlaxda koronovirus əleyinə tədbirlər gücləndirildi

DANX: Avtobus sürücüləri karantin dövründə sərnişinləri daşımaqdan imtina etməyiblər

Azərbaycanda qeyri-iş günləri bu qurumlara aid edilmir - RƏSMİ

İlham Əliyev və Mehriban Əliyeva Hövsan yaşayış kompleksinin açılışında - YENİLƏNİB

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Baş infeksionist: İnsanlarımız karantin tədbirlərinə əməl etməsələr, inkişaf etmiş ölkələrdəki vəziyyət bizi də gözləyir

DİN: Polis postlarından yayınaraq ara və köməkçi yollardan keçməyə cəhd edən 333 nəfər cərimələnib

Xaçmazda 10 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM

BŞBPİ: Sosial izolyasiya və məhdudiyyətlərin gücləndirilməsi davam etdirilir

Bakıda daha bir avtobus sürücüsü qaydaları pozduz - VİDEO

“Azersun Holding” hər kəsi başlatdığı sosial aksiyaya qoşulmağa dəvət edir - VİDEO

Zakir Fərəcov sakinləri Operativ Qərargahın qərarlarına riayət etməyə çağırdı

Nazirlər Kabinetindən evdən çıxması yasaqlanan aşağı təminatlı vətəndaşlara bağlı AÇIQLAMA

Azərbaycanda insanlara yalnız bu hallarda evdən çıxmağa icazə verildi - RƏSMİ

Xırdalanda yolun genişlənməsi məqsədilə ağaclar köçürülüb

Karantin qaydalarını pozan tikinti şirkətləri - VİDEO

Metro stansiyalarının girişlərində istiqamətləndiricilər qoyuldu

SON XƏBƏRLƏR
2020-03-31
2020-03-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK