nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Naxçıvanın bəzi arxeoloji tapıntıları Milli Azərbaycan Tarixi Muzeyinə veriləcək Adalet.az | Naxçıvanın bəzi arxeoloji tapıntıları Milli Azərbaycan Tarixi Muzeyinə veriləcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Naxçıvanın bəzi arxeoloji tapıntıları Milli Azərbaycan Tarixi Muzeyinə veriləcək

15614    |   2020-03-13 00:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Naxçıvan Muxtar Respublikasının maddi-mədəni əhəmiyyət kəsb edən bəzi arxeoloji tapıntıları daimi mühafizə olunması üçün AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə veriləcək.

Akademiyadan verilən məlumata görə, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi bu il 100 illik yubileyini təntənəli şəkildə qeyd etməyə hazırlaşır. Artıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə yubileyə hazırlıq işlərinə başlanılıb.

Hazırlıq işləri çərçivəsində muzey ekspozisiyasının yenilənməsi və fondların yeni materiallarla zənginləşdirilməsi işləri həyata keçirilir. Bu məqsədlə muzeyin direktoru, akademik Nailə Vəlixanlının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova müraciətindən sonra maddi-mədəni əhəmiyyət kəsb edən bəzi arxeoloji tapıntıların daimi mühafizə olunması üçün muzeyə verilməsi qərara alınıb.

Bu günlərdə Naxçıvanın I Kültəpə, Ovçulartəpəsi, Duzdağ, Naxçıvantəpə və Oğlanqala abidələrindən tapılmış saxsı qablar və onların fraqmentləri, eləcə də bir ədəd mixi yazılı qab fraqmentindən ibarət arxeoloji materiallar muzeyin Arxeologiya fonduna təhvil verilib. Tapıntılar e.ə. VI-I minilliklərə aiddir.

Qeyd edək ki, bu tapıntılar bölgənin, o cümlədən Azərbaycanın qədim tarixinə və zəngin mədəniyyətinə aid qiymətli əşyavi mənbələrdir.



İmza:

Məşhur aktyor koronavirusdan öldü

Özündən 48 yaş böyük kişiyə ərə gedən aktrisa: “Evləndikdən sonra ata-qız münasibətimiz dəyişmədi”

Mədəniyyət Nazirliyi Xalq artistinin dəfni ilə bağlı vətəndaşlara müraciət etdi

“CinemaPlus” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat ayırdı

Azərbaycanda aprel döyüşlərindən bəhs edən serial yayımlanacaq - VİDEO

Əbülfəs Qarayev: Virtual layihələr də artıq hər kəs üçün əlçatandır

SANKON Xocalı Soyqırıma aid film çəkəcək

Xalq artisti Rafael Dadaşov dəfn olunub

Mehriban Əliyeva: 80 illiyi qeyd olunan Vaqif Mustafazadənin adı yaşayır və yaşayacaqdır

Rafael Dadaşov vəfat etdi

Azərbaycan xalçaları İstanbulda sərgilənir

Mədəniyyət naziri və müavinləri bölgələrdə vətəndaşlara görüşüb

SON XƏBƏRLƏR
2020-04-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK