nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Kirayə mənzil seçimi başladı Adalet.az | Kirayə mənzil seçimi başladı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Kirayə mənzil seçimi başladı

6325    |   2020-03-12 19:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gündən İpoteka və Kredit Zəmanət Fondunun (Fond) kirayə mənzil mexanizmi üzrə sənədlərini təqdim edərək Fonddan razılıq qərarı əldə etmiş vətəndaşların elektron sistem vasitəsilə mənzil seçimi başlayıb.

Bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, artıq 77 vətəndaşdan 25-i onlara təyin olunan maksimal aylıq ödəniş məbləğinə uyğun olaraq mənzil seçimi edib. Yaşayış sahələrinin seçilməsi qaydası ilə "Elektron ipoteka və kredit zəmanət sistemi"ndə (EİKZS) yerləşdirilmiş video-təlimat vasitəsilə tanış olmaq mümkündür.

Qaydalara əsasən, vətəndaş 3 iş günü müddətində elektron sistemdə kirayə üçün yaşayış sahəsini seçməlidir. Vətəndaş yaşayış sahələrinin siyahısından mənzil seçimi etdikdə digər şəxslərin həmin mənzili seçmə imkanı elektron sistem vasitəsilə məhdudlaşdırılır. Yaşayış sahəsinin seçilməsi barədə ərizəçinin elektron kabinetinə göndərilən bildirişdə kirayə müqaviləsinin bağlanması müddəti və müqavilənin rəsmiləşdirilməsinin aparılacağı yer barədə məlumat əks olunur. Mənzil seçimi edən vətəndaşla Fond arasında kirayə müqaviləsi bağlanılır. Kirayə müqaviləsi bağlanıldıqdan sonra 3 iş günü ərzində vətəndaş aylıq ödənişin ən azı 12 misli məbləğində pul vəsaitini Fonda ödəməlidir. Bununla kirayə müqaviləsi qüvvəyə minir və ərizəçi kirayəçi statusu qazanır. Bundan sonra kirayə müqaviləsində nəzərdə tutulan müddət ərzində yaşayış sahəsi kirayəçiyə təhvil-təslim aktı əsasında təhvil verir.

Ümumilikdə, kirayə mənzil üçün müraciətin qəbulu və baxılmasından kirayə müqaviləsinin rəsmiləşdirilməsinə qədər olan prosesin müddəti maksimum 15 iş günü təşkil edir.

Fond EİKZS vasitəsilə kirayə mənzil modulu üzrə elektron müraciətlərin qəbulunu da davam etdirir. Məlumata əsasən, bugünədək elektron sistemdən istifadə edərək kirayə mənzil xidmətinə müraciət edənlərin sayı aşağıdakı kimidir:

EİKZS-də elektron kabinet yaradanlar - 8 117

Müraciət formalaşdıranlar - 7 312

Müraciət göndərənlər - 5 657

Sənəd təqdim edənlər - 221

Razılıq qərarı alanlar - 77

Mənzil seçimi edənlər - 25

Mənzillərin qiymətlərinə gəlincə, Fondun kirayə təklif etdiyi mənzillər orta bazar qiymətlərindən daha aşağı qiymətlərlə alınıb. Fondun aldığı mənzillərin orta bazar qiyməti ümumi mənzil fondu üzrə 1 300 manata yaxındır. Nəzərə almaq lazımdır ki, bu mənzillər alış anına tam təmirli, çıxarışı olan mənzillərdir.

Hamıya məlumdur ki, yeni tikililərdəki mənzillərin satışı və satış qiymətinin formalaşması xarici divar ölçüləri (brutto) əsasında həyata keçirilir. Lakin təklif olunan kirayə mənzillərin elektron sistemdə qeyd olunan sahəsi, onların daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında qeyd olunan ölçüləri, yəni iç divardan ölçmə üsulu (netto) ilə müəyyən edilən ölçüləridir.

Eyni zamanda, satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində kirayəçinin ödədiyi aylıq ödənişin məbləği müəyyən xərclər əsasında formalaşır. Bunlar yaşayış sahəsini Fondun satın aldığı qiymətdən, habelə yaşayış sahəsinin satın alınması ilə bağlı digər xərclərdən, Fondun bu məqsədlər üçün cəlb etdiyi vəsaitin dəyərindən, yaşayış sahəsini Fondun sığortalaması ilə bağlı xərclərdən, yaşayış sahəsini Fondun saxlaması və idarə etməsi ilə bağlı xərclərdən, ehtiyatlar üzrə ayırmalardan ibarətdir.

Hazırda Fondun daxili bazarlardan təmin edilmiş istiqrazların və ipoteka istiqrazlarının emissiyası vasitəsilə cəlbetmə faizi illik 3% təşkil edir. Bundan başqa, Qaydaya əsasən yaşayış sahəsi müstəqil qiymətləndiricinin müəyyən etdiyi bazar qiymətindən az olmamaq şərtilə sığortalanmalıdır. Bununla bağlı Fond əmlakın bazar dəyərinə uyğun olaraq könüllü sığortasını, icbari sığortasını, eləcə də mənzil üzrə mülki məsuliyyətin icbari sığortasını həyata keçirir.

Qeyd olunanlarla əlaqədar bildiririk ki, kirayəçinin ödədiyi aylıq ödənişlərin hesablanması zamanı Fond yalnız yuxarıda qeyd olunan faktiki xərcləri nəzərə alıb və ümumiyyətlə, bu mexanizmin tətbiqində Fondun gəlir əldə etməsi nəzərdə tutulmur.

Fondun mənzilləri uzun müddətə (25 il) ödəmə imkanı ilə satmaq öhdəliyi ilə kirayəyə verdiyini nəzərə alsaq, bu müddət ərzində hər hansı makroiqtisadi göstəricilərin dəyişməsi, mənzil bazarında və kirayə bazarında qiymət dəyişiklikləri, habelə Fondun müqavilə bağlanma anına üzərinə götürdüyü xərclərin artması kirayəçi üçün müəyyən edilən aylıq ödənişin dəyişməsinə səbəb olmur və bu müddət ərzində kirayəçi Fonda sabit məbləğdə aylıq ödənişlər edir. Əlavə olaraq, qeyd etmək lazımdır ki, kirayəçi müqavilənin bağlanmasından 3 il sonra tam ödəniş etmək istədikdə qalıq dövr üzrə xərclər kirayəçiyə güzəşt edilir.




İmza:

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Azərbaycan əsgəri xalqa səsləndi: “Biz sizin üçün xidmətdəyik, siz də bizim üçün evdə qalın!” - VİDEO

Azərbaycana daxil olan tranzit yüklər polis əməkdaşlarının müşayiəti ilə hərəkət edir - VİDEO

Bu il Azərbaycanda ən gəlirli sahələrin adları açıqlandı

Bakıda ekspress xətlər üzrə avtobusların cədvəli açıqlandı

Yevlaxda koronovirus əleyinə tədbirlər gücləndirildi

DANX: Avtobus sürücüləri karantin dövründə sərnişinləri daşımaqdan imtina etməyiblər

Azərbaycanda qeyri-iş günləri bu qurumlara aid edilmir - RƏSMİ

İlham Əliyev və Mehriban Əliyeva Hövsan yaşayış kompleksinin açılışında - YENİLƏNİB

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

BŞBPİ: Sosial izolyasiya və məhdudiyyətlərin gücləndirilməsi davam etdirilir

Bakıda daha bir avtobus sürücüsü qaydaları pozduz - VİDEO

“Azersun Holding” hər kəsi başlatdığı sosial aksiyaya qoşulmağa dəvət edir - VİDEO

Zakir Fərəcov sakinləri Operativ Qərargahın qərarlarına riayət etməyə çağırdı

Nazirlər Kabinetindən evdən çıxması yasaqlanan aşağı təminatlı vətəndaşlara bağlı AÇIQLAMA

Azərbaycanda insanlara yalnız bu hallarda evdən çıxmağa icazə verildi - RƏSMİ

Xırdalanda yolun genişlənməsi məqsədilə ağaclar köçürülüb

Karantin qaydalarını pozan tikinti şirkətləri - VİDEO

Metro stansiyalarının girişlərində istiqamətləndiricilər qoyuldu

Azərbaycanda koronavirusa görə aparılan testlərin sayı açıqlandı - RƏSMİ

Abşeronda nəqliyyat axınına müsbət təsir edən yol yenidən quruldu

Gəncədə şəhərə giriç-çıxış postlarında xidmət davam etdirilir

SON XƏBƏRLƏR
2020-03-31
2020-03-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK