nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz Adalet.az | Samir Şərifov: “Dövlət büdcəsinin icrası ilə bağlı kifayət qədər resurslar var” Adalet.az | Samir Şərifov: “Dövlət büdcəsinin icrası ilə bağlı kifayət qədər resurslar var” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İQTİSADİYYAT

Samir Şərifov: “Dövlət büdcəsinin icrası ilə bağlı kifayət qədər resurslar var”

5749    |   2020-03-12 00:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Dünya bazarında neftin qiymətinin aşağı düşməsi, şübhəsiz, Azərbaycanın da gəlirlərinin azalmasına gətirib çıxarır”.

"Report” xəbər verir ki, bunu Maliyyə naziriSamir ŞərifovNazirlər Kabinetində Baş NazirƏli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirədə bildirib.

"Cari il üçün təsdiq olunmuş dövlət büdcəsinə nəzər salsaq görərik ki, büdcə gəlirlərinin əsas mənbəyi vergi daxilolmaları, Dövlət Neft Şirkətinin və neft hasilatının pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlərin vergi ödənişləridir. Dövlət Neft Şirkətinin gəlirlərinin formalaşmasında böyük hissəni daxili bazarda yaranan gəlirlər təşkil edir. Buna görə də neftin qiymətinin aşağı düşməsi buna təsir etmir. Neft hasilatının pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlərin vergi ödənişlərinə gəlincə isə, əlbəttə ki, neftin qiyməti endiyinə görə, müvafiq olaraq onların vergi ödənişləri azala bilər. Lakin burada da vəziyyət kifayət qədər normaldır. Çünki bu gəlirlərin azalması dövlət büdcəsində proqnozlaşdırılan gəlirlərin 1-1,3 faizi səviyyəsindədir”, - deyə Samir Şərifov vurğulayıb.

Nazir qeyd edib ki, cari ilin ilk iki ayında vergi orqanları tərəfindən proqnoz göstəricilər artıqlaması ilə icra olunub:

"Eyni zamanda, gömrük orqanları tərəfindən də daxilolmalar artıqlaması ilə icra edilib. Artıq icra olunan gəlirlər 4 milyon manat təşkil edir. Digər tərəfdən, büdcənin formalaşmasında Dövlət Neft Fondundan olan transfert mühüm rol oynayır. Bu transfertin də dövlət büdcəsinə daxil olması təmin edilir. Yəni, hazırkı dövlət büdcəsi qısamüddətli xarici şoklardan sığortalanıb və hər hansı ciddi təsirlər müşahidə edilməyəcək. Onu da qeyd etmək lazımdır ki, Prezidentin tapşırığına uyğun olaraq, xərclərin optimallaşdırılması ilə bağlı da işlər davam etdirilir. Həmçinin koronavirus epidemiyası ilə bağlı dünyada və ölkəmizdə müəyyən beynəlxalq tədbirlərin, bəzi ezamiyyələrin təxirə salınması gözlənilir. Bu qənaətlərdən də səmərəli istifadə olunacaq. Dövlət büdcəsinin icrası ilə bağlı kifayət qədər resurslar var”.



İmza:

Ərzaq təhlükəsizliyi üzrə ixtisaslaşdırılmış informasiya və monitorinq sistemi yaradılacaq

“Azərbaycanda rəqəmsal iqtisadiyyat” Dövlət Proqramı hazırlanacaq

Azərbaycanda əsas kapitala yönəldilən vəsaitin həcmi artıb

"Brent" markalı neftin qiyməti 7,9 faiz düşüb

Nissan İspaniyadakı zavodunu bağladı

Moda evlərinin ən zəngin sahiblərinin sərvəti hesablandı

Koronavirus pandemiyanın Azərbaycan iqtisadiyyatına mənfi təsirlərinin azaldılması üçün yaradılan 4 işçi qrupunun tərkibi təsdiqlənib

Daha 400 peşə və kvalifikasiya standartı hazırlanacaq

Rus rublu dünyanın ən qeyri-stabil ikinci valyutası oldu

Qlobal iqtisadi böhranın başladığı elan olundu

Azərbaycanda “Qarabağ” neft yatağının kəşf olunması təsdiqləndi

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

SON XƏBƏRLƏR
2020-03-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK