nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Faiq QİSMƏTOĞLU: DÜNYA BOYDA SEVGİ Adalet.az | Faiq QİSMƏTOĞLU: DÜNYA BOYDA SEVGİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: DÜNYA BOYDA SEVGİ

3227    |   2020-03-11 09:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir gülü, bir çiçəyi, bir otu, bir ağacı sevməyə nə var ki?! Oğul odur ki, içində təlatüm edən və heç vaxt ona dinclik verməyən dərdi, kədəri, ələmi sevə bilsin... oğul odur ki, hər yerdən əli üzüləndən sonra ayağa qalxmağı bacarsın və özünü tapa bilsin... oğul odur ki, tək Vətəni, ailəsini, balalarını, nəvələrini sevməsin... dünyanı və dünyanın içində olan bütün eybəcərlikləri, bütün sıxıntıları və bütün görünməyən qüvvələri də sevməyi bacarsın...

Allahı sevmək o deyil ki, gündə beş dəfə namaz qılasan, oruc tutasan, yaxud da müqəddəs Məkkəni ziyarət eləyəsən. Allahı sevən adam odur ki, bir acın qarnını doydurur, bir yıxılanın əlindən tutub ayağa qaldırır, bir xəstənin sağalmasına yardım edir, bir yetimin və kimsəsizin haqqını başqasına vermir və o yetimin arxasında durur, saçına sığal çəkir! Bax, bunu yalnız və yalnız Allahı sevən adamlar bacarırlar.

Yaxın dostum, böyük ziyalı, böyük müəllim və istedadlı şair-publisist Səməndər Məmmədovun yenicə çapdan çıxmış "Ömrüm boyu yanılmadım” kitabında da bu dediyimiz elementlər, bu sadaladığımız cizgilər var. Onun hər şeirində, hər misrasında, hər sətrində boyük bir Allah sevgisi, böyük bir Allah məhəbbəti hiss olunur. Onun poeziyasında qırmızı xətt kimi bir fikir özünü daha qabarıq göstərir: "Kim olursan ol, öncə Adam və İnsan ol!” düşüncəsi oxucunu həmişə düşündürür. O şeir ki, o poeziya ki, oxucunu düşündürür, demək orda böyük sevgi, böyük məhəbbət və böyük həyat eşqi var.


Səməndər Məmmədovun bu kitabı şərti olaraq dörd hissəyə bölünüb: "Mündəricat”, "Ay Səməndər, haqqa inan”, "Bilirəm yerini, ürəklərdəsən”, "Faxralıdı inamı da, imanı da”... Birinci bölmədə bu yazılar diqqəti daha çox özünə cəlb edir: "Güc təhsildədir”, "Qorqudşünas alim”, "Elmin yolunda ağaran saçlar”, "Oğullar yetirdin, el-el tanındı”, "Çağlayır ilhamın, ay Həmzə qağa”, "Nur parlayan çıraq”... İkinci bölmədə onun yazdığı şeirlər yer alıb: "Millət sevgisi”, "Bilər”, "Ana”, "Ocaq”, "Faxralı”, "Nur tökə-tökə”, "Söz fatehi Zəlimxan”, "Bağban”, "Əhsən”, "Torpağa bağlı”, "Ey insanlar”... Üçüncü bölmədə isə diqqəti bunlar cəlb edir: "Mənim tanıdığım Səməndər”, "Həqiqi müəllim, xeyirxah insan”, "Qırx ilin dostluğu”, "Dost sevinci”... Dördüncü bölmədə isə bu yazılar yer alıb: "Olsun”, "Səməndər”, "”Müəllim”, "Qardaş”, "Yüz yaşa”, "Bulaq kimi”, "Gur işıq”, "Qeyrət toplusu”, "Vətənsiz könlüm pərişan”...

Qələmə alınan bu yazıların arasında portret oçerklər də var, gözəl şeirlər də və Səməndər müəllim haqqında onu tanıyanlar tərəfindən qələmə alınan orijinal, maraqlı yazılar da. Onun hər bir yazısında, hər bir misrasında dünya boyda bir sevgi var. O sevgini hiss etmək üçün, duymaq üçün gərək Səməndər Məmmədovun poeziya dünyasına qədəm qoyasan və bu böyük məhəbbəti, bu böyük sevgini hiss edəsən. O böyük ürəyə və o böyük qəlbə yalnız böyük ürək sahibləri yaxın ola bilər.

Görün şair nə deyib:

Ömrüm boyu yanılmadım,

Dost-tanışı seçən yerdə.

Qanadlanıb uçar könül,

Ürək alov saçan yerdə.

Həqiqətən də böyük ziyalı Səməndər Məmmədov heç vaxt dost seçəndə də, ömür-gün yoldaşı tapanda da, ən çətin vəziyyətlərdən çıxmağı bacaranda da yanılmayıb, səhv etməyib. Çünki Səməndər müəllim hamını duru, təmiz, pak və səmimi görmək istəyib. Özü olduğu kimi göründüyü üçün başqalarından da yoldaşlıqda, dostluqda, qonşulqda da bunu umub. Əgər bu dediyimiz məziyyətlər hansı adamda varsa, deməli o, Səməndər müəllimin böyük dostudur.



Yadıma söz fatehi, Xalq şairi Zəlimxan Yaqubun Səməndər müəllim haqqında dediyi sözlər düşür: "Təhsilimizin, maarifimizin, şeirimizin, sözümüzün səməndəri, pərvanəsi qardaşım Səməndər! Sən mənim elimin çox mərifətli oğlusan, çox böyük ürək sahibi olan gözəl bir insansan. Saçından dırnağına qədər şeirsən, şeiriyyətsən, sazsan, qara zurnasan, Faxralısan, Borçalısan, Azərbaycan təbiətisən, türk danyasısan. Sənin haqqında hər şey demək olar. Mən müəllim ailəsində doğulduğum üçün bilirəm ki, məktəb Məkkədir, müəllim peyğəmbərdir, qələm Allahın danışan dilidir, kitab Qurandır, mütaliə Allah işığıdır. Müəllim elmlə doludur. Allah hərəyə bir qismət verib. Ən böyük qisməti, ən böyük hüququ müəllimə verib. Müəllim həyalı, ismətli, abırlı, əl qabarı ilə, alın təri ilə, gözünün nurunu kitablarda kor eləyə-eləyə, elm oxuya-oxuya, elm öyrənə-öyrənə, elm öyrədə-öyrədə milləti tərbiyə eləyən ilahi bir varlıqdır. Onun ailəsi sazın telləri kimi nizam olmalıdır. O sazın doqquz telinin doqquzu da nizam olmalıdır ki, istədiyin vaxt istənilən havanı çala biləsən. Mənim Səməndərim həmişə belə nizam kökdə olsun. Mənim Səməndərim qoy məclislərin yaraşığı olsun, könlümüzə layla çalsın, ruhumuza layla çalsın ”.

Böyük Zəlimxan Yaqub böyük ziyalı Səməndər Məmmədova şair kimi, publisist kimi və böyük insan kimi belə dəyər verib. Çünki Səməndərin qanı dupdurudur, tər-təmizdi və əsl türk oğlu türkdür. Təpədən- dırnağa nur, işıq və sevgi olan Səməndər müəllimin bütün poeziyasında və şeirlərində bu dediyimiz duyğular var. İnanmırsınız, onun Faxralı haqqında yazdığı şeirinin iki bəndinə diqqət yetirək:

Qartalqonmaz dağlarını anıram,

Sönməmişəm, qucağında yanıram.

Səngərində duruş tapan mamıram,

Əzəl andım, son məkanım Faxralı.

Ağır elsən, Borçalıda adın var,

Yananın var, yamanın var, yadın var.

Səməndərə həyat verən odun var,

Od tutub odunda yanım, Faxralı.

Bax, torpağa, elə, obaya, Vətənə Səməndər müəllim belə bağlı ziyalıdır. O öz elinin, obasının və doğma Faxralısının yolunda şəhid olmağa da hazırdır. Çünki o, bütün qəlbiylə, bütün ürəyilə və bütün sevgisiylə boya-başa çatdığı bu elə, bu obaya bağlıdır...

Mənə elə gəlir ki, dünyada iki böyük sevgi var: biri Allah sevgisi, biri də Vətən sevgisi! Və hər iki sevgi bəşəri bir sevgidir. Düzdür, ana da var, ata da var, övlad da var, nəvələr də var. Bunlar da böyük sevgidir. Amma lazım gələndə ata da, ana da, oğul da, nəvə də Allahın və vətənin yolunda şəhid olur. Bu bəşəri sevgi, bu bəşəri məhəbbət Səməndər Məmmədovun bütün şeirlərinin hər misrasında duyulur və hiss edilir.

Vətəni hamı çox sevir. Mən də dəfələrlə bu fikri səsləndirmişəm. Amma Səməndər müəllim kimi elini, obasını, vətənini sevən ziyalılara az-az rast gəlmişəm. İnsan havasız, balıq susuz, təbiət günəşsiz yaşaya bilmədiyi kimi, Səməndər müəllim də Faxralısız yaşaya bilmir. Bir də eşidirəm ki, gedib öz elinə, obasına və on-on beş gün qonşuluqda görünmür. Sonra da görüşəndə deyir ki, müəllim, Faxralıya getmişdim, heç qayıtmaq istəmirdim. Oranın havasını uddum, suyunu içdim, torpağının üstündə gəzdim, gülünün-çiçəyinin ətrini ciyərlərimə çəkdim, indi özümü lap yaxşı hiss eləyirəm.

Səməndər Məmmədovun bir-birindən gözəl şeirləri çoxdur. Onlardan nümunə gətirib oxucunu çox da yormaq istəmirəm. Bir onu bilirəm ki, Səməndər müəllim Allahı sevdiyi qədər balalarını və nəvələrini də çox sevir. Onun "Həyatımdır nəvələr” şeirilə yazıma nöqtə qoymaq istəyirəm:

Tural, Ramil varlığım,

Hərəsi bir barımdır.

Günay, Elmira, Nicat,

Yaşıl budaqlarımdır.

Ayxan alovum, odum,

Heyran edir hər kəsi.

Şirin-şəkər, noğuldur,

Balımdı hər kəlməsi.

Səməndər Məmmədliyəm

Zirvəmdəki qarımdır.

Nəvələrim həyatım,

Əyilməz vüqarımdır.




İmza:

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-03-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK