ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ÇİÇƏK TAPA BİLMƏDİM...

7820    |   2020-03-07 09:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Allah-Təala dünyanı yaradanda ona qeyri-adi bir gözəllik də bəxş edib. Və bu gözəllik min il də, milyon il də keçsə, öz təravətini, öz rəngarəngliyini və öz cizgilərini itirməyib. Əksinə, illər və əsrlər keçdikcə, bu gözəllik bir az da böyüyüb, bir az da möhtəşəm olub və bir az da gün işığına bənzəyərək hərarət yaradıb...

... Bütün gözəlliklər qadın varlığı qarşısında acizdir. Və dünyanı yaradan Allah-Təala qadını ona görə yaradıb ki, Yer üzündə günəş kimi işıq saçsın, məhfərindən və yerindən nə oynayıbsa, qaytarıb qoysun onu əvvəlki yerinə...

Düşünürəm ki, dünyanı günəşsiz, havasız, susuz və torpaqsız təsəvvür etmək mümkün olmadığı kimi, bu dünyanı qadınsız da təsəvvür etmək mümkün deyil. O qadın ki, Allaha yaxın olan və Allahın seçdiyi peyğəmbərləri dünyaya gətirib... O qadın ki, insanların qəlbinə və ürəyinə həmişə işıq bəxş edib... O qadın ki, onsuz bir gün, bir saat, bir dəqiqə dünyamız keçinə bilməz... Harda qadın yoxdusa, ora zülmətin və qaranlığın, müsibətin və faciənin içindədir. Qaranlıqdan və zülmətdən qurtarmağın yolu isə günəş kimi üfiqdən boylanan qadın gözəlliyində və qadın məhəbbətindədir.

... Hamının anası olduğu kimi, mənim də anam vardı. Allahın dərgahına qovuşub. Bizim vaxtımızda 8 Mart -Beynəlxaq Qadınlar bayramı belə təntənəli keçmirdi. Və bilmirdik ki, anamıza nə hədiyyə eləyək. Heç anamız da bizdən hədiyyə uman deyildi. Rəhmətlik deyərdi ki, siz məni incitməyin, elə bu, hədiyyədən qiymətlidir. Biz də ipə-sapa yatmayan uşaqlardıq. Hətta həmin günü anamızı incidərdik.

... Böyüdük, məktəb bitirdik, universitet qutardıq, gördük ki, analar nə qədər əzab-əziyyət, çətinlik çəkirmiş. Mənim anam da çox zəhmətkeş olub. Atam varlı kişi olmasına baxmayaraq, anam pambıq alağına da gedib, pambıq da yığıb, ipəkqurdu saxlayıb, barama da becərib, həyət-bacada toyuq-cücə, hinduşqa, mal-qoyun da saxlayıb. Elə bizi də zəhmətkeşliyə rəhmətlik anam öyrətmişdi. Bax, budur qadının və ananın övladlara göstərdiyi yol...

... O yolu düz 64 ildir gəlirəm, nə qədər büdrəsəm də, hələ ki, yıxılmamışam. Həmişə də göydə Allaha, yerdə atama və anama minnətdar olmuşam ki, varlı kişinin övladı olsaq da, bizi harın, ərköyün, özündənrazı böyütməyiblər. Şükürlər olsun ki, bu yolu biz, başımızın üstündəki o işığı görə-görə hələ də addımlayırıq...

... Zəmanənin üzü qara olsun. Ürəyimizdən çox şey keçir. Bax, istəyirəm kömpüterə yazı diqtə edərkən onu qurub-qoşan Gülər xanıma bir hədiyyə verim. Ürəyimdən vallah, elə keçir ki... Bu gözəl qız da məni çox qəşəng başa düşür. Heç bizdən hədiyyə də ummur. Ən yaxşı hədiyyə onu sevindirən və qəlbini işıqlandıran bir şirin sözdür. Qəzetimizin baş redaktorunun birinci müavini, dostum və qardaşım Əbülfət Mədətoğlu və mən hər gün yazımızı yazıb qurtaranda bu gözəl xanıma o şirin sözləri deyirik. Qızım qədər çox istədiyim Gülər xanım da dünya malında gözü olmayan bir insandı. Yazımızı yazır, şirin sözümüzü eşidir, sonra da heç olmasa bir qədər özünü rahat hiss edir. Müqəddəs kitabımızda buyurulub ki, bir qəlbi qırmaq Kəbəni dağıtmaq qədər böyük günahdır.

... Həmişə çalışmışıq ki, belə günaha batmayaq. Bu gün də 8 Martdır. O qədər doğma, əziz, yaxın insanlar var ki... Hamısı da bir-birindən şirin, bir-birindən əziz... Üç bacım var – biri Bəhmənlidə, biri Sumqayıtda, biri də Xırdalandadır. Hələ qızım Horadiz şəhərində cəbhə bölgəsindədir. Nəvəm Sədaqət ad günümdə və bayramlarda zəng edib deyir ki, dədə, bayramın mübarək! Eşitmişəm bir az xəstələnmisən, bizə niyə deməmisən? Mən də bal kimi şirin-şəkər nəvəmi bal kimi şirin sözlərlə sevindirirəm. Hələ 37 il ailə qurduğum və mənə ən çətin gündə arxa duran xanımımı demirəm. Allaha and olsun, heç vaxt o, məndən hədiyyə istəməyib. Mən də o günə qalmamışam ki, bayram günündə nəsə ona balaca da olsa bir hədiyyə verməyim. Amma o deyib ki, ən böyük hədiyyə sənin can sağlığındır. Həmişə evində-eşiyində canın sağ, babalarının yanında olasan, bu mənim üçün əvəzsiz bir varlıqdı...

... Azərbaycan qadını dünyanın bəlkə də ən güclü, ən ağıllı, ən namuslu və ən mərd xanımıdır. Bu xanımlar ən ağır, ən çətin, ən məşəqqətli və ən faciəli günlərdə ailələrinə, həyat yoldaşlarına arxa durublar, söykək olublar. Mən qadın tanıyıram ki, var-dövləti olan əri hər şeyi itirib və həmin adam intihar etmək istəyib, qadını o kişini intihardan çəkindirib və həyata qaytarıb. Deyib ki, necə olur Allah hər şeyi verəndə yaxşı idi, alanda pis?! Bu mürəkkəb durumdan o kişini o ağıllı qadın çıxarıb. Və sonradan da o kişi ayağa qalxıb, yenidən biznesini qurub, əvvəlkindən də imkanlı olub. Və deyib ki, məni ayağa qaldıran göydə Allah, yerdə xanımım oldu! Bax, budur Azərbaycan qadını... bax, budur ailəyə, ərə sədaqət... bax, budur böyük sevgi... Böyük Dostoyevski yazır ki: "Dünyanı gözəllik xilas edəcək”. Bəli, o kişini də, o quyunun dibinə düşmüş adamı da ö gözəl qadın, o gözəl xanım qurtarıb. Eşq olsun belə Azərbaycan qadınlarına!..

... Bu sətirləri kompüterə diqtə edəndə pəncərədən bayıra baxdım, yaz havasını hiss elədim. Günəş çıxmışdı və hər tərəfə öz sevgisini, hərarətini səpələmişdi... Günəş çıxmışdı və insanların üz-gözündə bir işıq vardı... Günəş çıxmışdı, elə bil deyirdi ki, sən mənim bacımsan, Azərbaycan qadını! İşığım və nurum səni qorusun!..

Böyük bəstəkar və böyük müğənni Polad Bülbüloğlu sözləri Fikrət Qocaya məxsus olan gözəl bir mahnı ifa edir: "Çiçək tapa bilmədim...”. Mənsə bütün gül mağazalarında o qədər gül, o qədər çiçək gördüm ki, baxmaqdan gözlərim yoruldu. Bir dəstəsini də xanımıma aldım. Bir gülə baxdım, bir də 37 il mənim nazımla oynayan o xanımın keçdiyi yola. Gördüm ki, bizim xanımlar və eləcə də mənim xanımım güldən də, çiçəkdən də gözəldi. O qədər gözəldi ki, onların bir gülüşü bizim bütün ağrı-acımızı, dərdimizi, kədərimizi, əzabımızı unutdurur. Elə yazımı da o məşhur mahnının aşağıdakı misralarıyla bitirirəm:

Siz çiçəkdən çoxsunuz,

Çiçəkdən gözəlsiniz,

Ay yurdumun qızları,

Közərən ulduzları,

Sizin saçlarınıza,

Düzərəm ulduzları...




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-07-07
2020-07-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK