ANA SƏHİFƏ / YAZARLAR

HAYDUTLAR

3041    |   2020-01-10 13:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


"Fəzilətin zirvəsinə çatmaq çətin, rüsvayçılığın alçaqlığına batmaq asandır”

Hz. Əli Əleyhissalam

"Bu sənədin heç bir əsası, hər hansı dövlət, topluluq və ya şəxsə, burada açıqlanan hüquq və azadlıqlardan hər hansı birinin aradan götürülməsi məqsədiylə bir təşəbbüs qaldırması və ya hərəkət etməsi hüququnu tanıyır tərzdə yozumlana bilməz."

(İnsan hüquqları

30-cu maddə)


ABŞ prezidenti Trumpun göstərişi ilə İranlı general Qasım Süleymani qətlə yetirildi. Bir dövlətin hər hansı məmuru özgə bir dövlət tərəfindən planlı şəkildə qətlə yetirilirsə, hələ o şəxs ordunun önəmli bir generalıdırsa, bunun adı alçaqcasına bir terrorizm olayıdır.

Amerika indi deyil, İkinci Dünya Müharibəsindən bəri terrorizmin müxtəlif, həm də ən alçaqca üsulları ilə dünyaya ağalıq etmək siyasətini yeridir. Dünyanın strateji coğrafiyalarında, yerüstü və yeraltı sərvətlərinə malik ölkələrdə ən əxlaqsız addımlara kimi istifadə edib, edir, edəcək.


Tarixə qısa nəzər


Öz əkiz qüllələrini vurub günahını Səddamın boynuna yıxdılar və bunu bəhanə edərək İraqı işğal etdilər. Ardınca Ərəb baharı adıyla Orta Şərq ölkələrini qan dəryasına döndərdilər, Əfqanıstanı işğal etdilər, Pakistanda nifaq toxumu əkdilər. Səddamı, Ənvər Sədatı, Hüsnü Mübarəki, Qəddafini və neçə-neçə insanları aradan götürdülər, ölkələrdə çaxnaşmalar yaratdılar, özlərinə mane olacaq hər bir gücü və insanı müxtəlif yollarla ya rüsvay edib siyasət arenasından çıxardılar və ya məhv etdilər.

İraqı işğal edərkən "Səddamın əlində nüvə silahları vardır və o dünya üçün, demokratiya üçün təhlükədir" dedilər. On min kilometr uzaqdan gəlib İraqa, Suriyaya qondular, Səudiyyə Ərəbistanını, Misiri və neçə ərəb şeyxliyinin burnuna noxta saldılar.

Orta Şərqdə Amerikanın qarşısında iki güc vardı - Türkiyə və İran.

XX yüzilin ikinci yarısından sonra müxtəlif metodlarla satın alıb uzaqdan idarə etdikləri fiqurlarla siyasi aktlar törədib illər uzunu Türkiyənin başını qatdılar.

Sonra PKK terror təşkilatını yaradıb qırx il aramsız şəkildə məsum xalqımızın və Məhmətçiklərin qanını tökdülər. Fətullah Gülən adlı könüllü kölələri və ona aldanmış yazıq cahillərlə çevriliş edib hakimiyyəti ələ keçirmək cəhdinə də yönəldilər. Digər tərəfdən İraq və Suriyanın şimalında İsrailin forpostu olacaq qondarma Kürd dövləti yaradaraq onu Ağdənizə bağlamaq istədilər, ancaq hər arzuları kimi bunlar da qursaqlarında qaldı.

Bu dəfə üzlərini İrana döndərdilər. "İranda vətəndaş müharibəsi həm İranı, həm də Türkiyə ilə Azərbaycanı iqtisadi yöndən məhv edər.

Çünki İranda silahlar partlayan kimi milyonlarla əhali üzünü Türkiyəyə və Azərbaycana döndərəcəkdi, biz də öz arzumuza çatacayıq" düşüncəsiylə siyasi terrorizmə yönəldilər və Qasım Süleymanini qətlə yetirərək haydutcasına bu oyuna əl atdılar ki, İranı provakasiyaya çəksinlər. Əqli-səlim hələlik qalibdir.

Qasım Süleymaninin terror aktı ilə aradan götürülməsindən sonra İraq parlamenti haqlı olaraq öz dövlətlərinin məhv olmaq təhlükəsi ilə üz-üzə dayandığını görüb qərar qəbul etdi ki, Amerika ölkələrindən çəkilib getsin. Amerikanın baş qərargah rəisi isə İraq idarəçilərinin üzünə şillə çəkərcəsinə; "Biz İraqı tərk etmərik və elə bir düşüncəmiz də yoxdur" - deyərək BMT-nin ruhuna nə boyda sadiq olduqlarını (???) göstərdilər.

Bir sözlə, demokratik və insansevər (???) Amerikanın baş qərargah rəisi; "Bəli, ölkəni işğal etmişəm, əcəb eləmişəm, gücün çatır gəl çıxart!" - dedi.

Gəlin görək, eeey cəhalətin bataqlığında gözü heç nəyi görməyən yazıqdan da yazıq olmuş "ay adamları", ay "samnambula" müsəlmanlar, dünyanın mədəni və demokratiyaya vurğun qərbli dövlətləri ayağa durub Amerikaya deyirmi ki, "Ehey Amerika! BMT-nin yaranmasında və qətnaməsinin imzalanmasında sən baş rolda oynamısan? Özgəsinin ölkəsini niyə işğal edirsən? Niyə quldurluq edirsən???" Deməzlər qaqaş və demiyəcəklər, xəyal görmə..

Başa düş lələ! Donuza yalvarma! O yalvarmaqdan anlamır, niyə yuxu görürsən???

Tramp da, Amerika da onları dəstəkləyənlər də şeytandır və bunlar dünyanı məhvə sarı aparırlar. Tanrı bunların şərindən insanlığı qorusun..

Çuvaldızı özgəsinə batırmazdan əvvəl iynəni özümüzə sancmaq istəyirəm. Qasım Süleymaninin qətlə yetirilməsində həm Türkiyədə, həm də Azərbaycanda bir tərəf yasa batdı, bir tərəf göyə tullanıb sevindi. Nə absurd bir mənzərədir ya Rəbb!?

Qasım Süleymani İran vətəndaşıdır və ora onun vətənidir, dövlətidir. Düzgün təhsil almadığı halda səngərlərdə bişib-püxtələşmiş bir döyüşçüdür, strategistir, vətəninin, dövlətinin hər bir əmrini yerinə yetirmiş əsgəridir, komandirdir, dövlətinin milli qəhrəman adını almış biridir, bundan daha təbii nə ola bilər? Onun şiə olması, Türk olması, dövlətinin onun boynuna yüklədiyi məsuliyyəti yerinə yetirməmək hüququnu və ya düşüncəsini ona verə bilməz. Heç kəs də bunu gözləməməlidir. O Haqq dünyasına köçmüşdür, müsəlmandır və ona hər bir müsəlman rəhmət oxumalıdır, bu bizim həm insanlıq, həm də dini borcumuzdur.

Gələk medalyonun o biri tərəfinə. Qasım Süleymani Azərbaycana və Türkiyəyə düşmən mövqedə dayanmış və bu yolda əlindən nə gəlirsə etmişdir. Şovinist ruhlu molla dövlətinin siyasətçiləri ona nəyi tapşırıbsa, ya da belə deyək, dövləti üçün nəyi xeyirli görübsə, onu həyata keçirmişdi. Ermənilərə dayaq olmuşdu, onlara məsləhət vermişdi, yol göstərmişdi, bəli. İllər uzunu Fars şovinizminin silahına çevrilmiş şiəliyi Yaxın Şərq, Qafqaz və Orta Şərqdə yaymaq üçün hər bir addımı atmışdır, bəli. Öncələri PKK, sonralar da Haşdi Şabiyə, PKK/PYD/YPG-lilərə hər bir dəstəyi vermişdir, bəli.

Şimali İraqda müstəqil Kürd dövlətinin yaranmasına əsla razılıq verməyən və yumruğunu onların təpəsindən heç vaxt endirməyən Süleymani, PKK-lılara Amerikanın yolladığı silahların ötürülməsində baş rol ifa etmişdir, bəli. Bu onun dövlətinin əmrini yerinə yetirmək hüququdur, bəli…

Məhmətçiklərimizin şəhadətində Qasım Süleymaninin verdiyi dəstəkləri unutmamışıq, əsla da unutmarıq. Bəli, bu da bizim hüququmuzdur…

Hər bir məntiqli və emosional hərəkət etməyən Türk yaxşı bilir və bilməlidir ki, fars şovinizmi İran dövlətini dindaşı Türkiyəyə və Azərbaycana düşmən etmişdir. Bunu heç kəs dana bilməz, bu məsələnin bir tərəfidir. Digər tərəfinə, fars şovinizminin bizə düşmənçiliyinə gəldikdə isə, türkcədə belə anlarda işlədilən bir ifadə vardır: Ateş olsa cürmü kadar yer yakar!

Süleymani Azərbaycanın buruqlarını vurmaqla hədələyərkən, Türkiyənin bir neçə qırıcı təyyarəsinin Bakı səmalarında cövlan etməsi, özüylə birlikdə onu Azərbaycanın üstünə qaldıranları kor-peşman yerlərinə oturtmuşdur, lazım gəlsə yenə də oturdar.

Bir neçə söz də Süleymaninin ölümünə sevinənlərlə, ona yas tutanlara demək istəyirəm.

Süleymani fars şovinizminin silahına çevrilmiş İranın bir hərbçisi idi, onun dediyini etməliydi və ömrü boyu etmişdir. Onun ölümünə yas tutmaq nə Türkiyəliyə, nə də Azərbaycanlıya yaraşmaz.

Onun ardınca pis söz demək də insan olan və İslama könüldən inanan bizlərə yaraşmaz. Hər iki halda duyğuyla, hissiyatla hərəkət etmiş olarıq, yaxşı deyil.

Bu nöqtədə bizə düşən nədir onu fikirləşməliyik. Daha düzü bunu dövlətlərimizin rəhbərləri fikirləşməlidir. İran və ya özgəsi əlinə fürsət keçən kimi ölkələrimizi məhv etməkdən əsla imtina etməmişdir, etməyəcəkdir. Xalqımızı soyqırımla məhv etmişlər, yenə də edərlər. Qarşımızda tariximizin qanlı 27 Nisan 1920, 20 Yanvar soyqırımları, işğal etdirilmiş torpaqlarımızın səhifələri dayanmaqdadır.

Sabah da, birisi gün də yenə soyqırımlara uğramayacağımızı, ölkələrimizin işğala məruz qalmayacağına kim zəmanət verə bilər?

On birinci əsrdə başlayan Səlib Yürüşlərini, isti dənizlərə enmək, İstanbulu işğal etmək, İran və Suriya üstündən Aralıq dənizinə enmək barədəki vəsiyyəti xatırlayaq… Bu siyasətlər dayanıbdırmı???

Haydutlar dünyasında gələcək nəsillərimizin öz vətənlərində dinc yaşamasının açarı elmdə və texnolojidə dünyanın çağdaş səviyyəsini ötməyimizdədir, yəni təhsil sistemimizin çağdaş səviyyənin üstünə çıxarılmasındadır, onun vasitəsilə güclü olmağımızdadır və əl-ələ verməyimizdədir. Ən ümdə məsələlər də budur vəssalam.

Görünən kəndə də bələdçi gərək deyil.




İmza:

YAZARIN ARXİVİ

2020-01-10 : HAYDUTLAR
2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2020-07-12
2020-07-11
2020-07-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK