nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Tanrı şairlərdən daha moderndi Adalet.az | Tanrı şairlərdən daha moderndi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Tanrı şairlərdən daha moderndi

20839    |   2020-03-05 11:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"...Hər halda insanın əsas yeməyi olan, bizi heç vaxt zara gətirməyən çörəyə müraciət etdiyimiz kimi , ədəbiyyatda da adi, anlaşılan əsərlərə müraciət etməli oluruq. Elə gözəllik də, sağlamlıq da, sadəlik də hamının sevdiyi şəffaflıqdadır. Yəqin bizim sevə-sevə oxuduğumuz əsərləri yazarkən Mopassan çox əmək sərf edib, yorulub. Əgər bu yorğunluq oxuda duyulmursa, əsərdən qəlbimizə gözəllik axırsa, ondan qüvvə alırıqsa , deməli, sərf edən əmək özünü doğruldub. Mopassanın əsərini oxuyub başa vuranda adam təmiz havada gəzintidən qayıdıbmış kimi , özünü şən və gümrah hiss edir.”

Bu sözlər Emil Zolyanın Mopassan haqqında dedikləridir. Mopassan ən sevdiyim yazıçıdır. Bəlkə də bir yaxınlıq duymağımdandır, ya da hekayələrdəki doğmalıq, bəlkə də hekayələrdəki obraz uyğunluğu, özünün dili və.s də səbəb ola bilər bu sevgiyə.

Eynilə onun ədəbiyyat haqqında yazılarını oxuyarkən, tənqidi məqalələrinə göz atarkən təmiz havada gəzintidən qayıdıbmış kimi hiss edirəm özümü. İksinə qarşı da eyni hissi duymaq, oxşar düşüncələrə qapılmaq... Səbəb nədir ruhumda dolaşan enerjiyə?

Bəlkə də ona olan düşüncələrimi Mopassan adıyla sığortalıyıram?! Bəli, mən onu sevirəm! Mütləq ki, səbəb budur. Şeirlərdə müəllifin belə düşünmədiyi yeni poetik çalarlar tapmasını, oxucuya istənilən şairi sevdirə bilməsi, bəyənmədiyin müəllifi sənə poetik axtarışlarıyla qəbul etdirə bilmək bacarığını, müasir millilik yanaşmasını sevirəm.

Ədəbi tənqid? Ədəbi tənqid öldü, onu tənqidçilər öldürdü. Ya ciblərindən siçanı qovmaq eşqinə görə, ya aşırı tərifə, ya kasıb istedadlını insafsızca vurub ondan istedadsız "bəyzadə”lərini tərifləməklərinə görə. Yox, yenə yanlış etdim, ədəbi tənqid var. Çağdaş şairlərin yeni, poetik axtarışlarla dolu şeirləri üstündədir. Barmaqla sayılacaq tənqidçilər arasındandır. Azərbaycan ədəbiyyatının yükünü gələcəkdə onun çiyinlərinə yükləmək olar. Xanım olsa da. Eybi yox, bu kərə centelmenliyi o, etsin-bir xanım. Ədəbiyyatın centelmenliyini.

"Düşüncə zamanı- ədəbi tənqid diskurs kimi” kitabını vərəqləyirəm.

Kitabda şərq fəlsəfəsi, hisləriylə qərb düşüncəsi birləşdirilib. Deyəsən, mənim haqqımda bu sözlərlə bəhs etmişdi. Daha doğrusu iksini birində birləşdirən müəlliflər yox kimidir və ya barmaqla sayılacaq qədərdi. Amma kitabdakı bəhs edilən müəlliflərin kimisi şərq hislərində, digəri isə qərb düşüncəsindədir. Bütünlükdə onları birləşdirəndə kitab dediyimiz formata uyğunlaşır.

Üzgörənlik feminizmi yoxdur. Xanım-kişi və regionçuluq ayrıcalığı edilmədən sırf mətn yönümündən yanaşılıb. Bəzi müəlliflərə, ümumiyyətlə yazı həsr etməmək olardı deyərəm özüm-özümə.

Aha, bu! Bu axı regionçudur, ancaq öz yerlilərini tərifləyib dağ başına qoyur. Niyə ondan yazıb?

Digərinə rastlayıram, axı, bu yeni üslub və.s adıyla özünü ədəbiyyata sırımağa çalışan biridir. Nə bu, yenilikdir, nə də ki, yazılanlar ciddi mətn. Ondan niyə?

Bəs, bu? - Bu isə plagiat şairdir. Başdan ayağa. Başqa şairdən danışmaq olardı onun yerinə.

Sırf həmin müəlliflər haqqında yazıları oxuduqdan sonra gülümsəyirəm. Tənqidçi onlardan elə bəhs edərək, bəzi məsələlərdə elə göndərmə edir ki, "gözü iti” oxucu bunu dərhal tutar. Eyni zamanda tənqidçinin onlar haqqında yazmasına haqq qazandırar, onlardan bəhs etdiyi yazının qayəsinə də, göndərmələrə də. Burada əhsən deyirsən. Tənqid etmədən tənqid edə bilmək bacarığına. Məhz bu yazılarda tənqid etmədən göndərmələrlə tənqid etmək əsl ustalıqdır. Bir növ şifrəli əlifbalar kimi. Sən bildiyin əlifba ilə başqa mətni oxuyursan, peşəkarsa əsl mətni.

Düşüncə zamanı-əslində, zamanı sıfırlamaq da demək olar. Düşüncə həmişə var. Tanrı kimi. Daha doğrusu enerji kimi. Bir qədər yarımafioz, yarı ideoloji əsaslarla çəkilmiş kifayət qədər uğur qazanan "Lyusi” filmini xatırlayıram. Kitabda zamana səyahət var. Müxtəlif ədəbi, tənqidi kitablarda zaman səyahəti mümkündür. Daha doğrusu gözünün önündə canlanması, sadəcə zamanı kitabda oxumaq, vəssalam. Amma "düşüncə zamanında” düşüncə, zaman sənin qarşına gəlmir, sən düşüncəyə, həmin zamana gedə bilirsən. Fərq buradadır. Elə Lyusi kimi...

Mətni duya bilmək bacarığı, müəllif kimi mətnin transına düşə bilmək manevri, onu duyub, müəllifin bəzən öz əsərinə izah verməkdə çətinlik çəkdiyi halda şirin dillə şərh verməsi... O, uğurlu yazıçı ola bilərdi, hətta çox uğurlu. Üzr istəyirəm, yanlışlığa yol verdim. Tənqidin nəsr diliylə yazılması çaşdırdı məni. O, şair olardı, hə, dəqiq! Elə şair.

Müxtəlif cərəyanlar, o cərəyanlara məxsus müəlliflər haqqında bəhs edilir. Yanaşma bir tərəfli deyil, heç bir cərəyana, müəllifə bağlı olmayan düşüncə tərzində şərh verilir. Bu, tənqidçi xanımın obyektivlik manevrini daha da artırır.

İncə qatlarla olsa da tənqidçinin öz nəfəsi, daha doğrusu yanaşmasını duymaq olar. Yuxarıda bəhs etdiyimiz kimi modern millilik və şərq-qərb düşüncələrinin balansı, heç birindən imtina etmədən hər iksini qəbul edərək yeni birləşdirici model öz əksini tapır. Ola bilsin, bu, müəllifdə Əli bəy Hüseynzadə, digər cümhuriyyətçilərin formalaşdırdığı düşüncə tərzindən irəli gəlir. İstənilən halda insan bir düşüncəyə gələrək özündən öncəkilərin düşüncələrinə uyğunluğunu görə bilər. Belə olduqda şəxs öz düşüncəsindən, fikirlərində daha əmin olur və daha qətiyyətli yazır. Mətn də öz qətiyyətini göstərərək, nə nala vurur, nə mıxa. Özü başlayır, özü də nöqtəsini qoyur. Eynilə kitabdakı mətnlər kimi. Bəli, məhz qeyd etdiyim kimi düşüncə arealının özündən öncəki ideyalarla təsdiqini tapması, bunun ona verdiyi ədəbi əminlik tənqidçini kitabdakı mətnlərində daha azad, daha sərbəst manevrlər etmək şəraitini yaradıb.

Müəlliflərin tanrı məsələlərinə toxunulur. Desəm ki, tənqidçinin tanrıya yanaşma prizması, müəlliflərin tanrılaşma, tanrıyla söhbətlərinə bu aspektdən baxması ürəyimcədir. Çünki bəndənizin də tanrısı müəyyən dərəcədə odur. Müəlliflərin bu tip şeirlərində, hekayə və romanlarında tənqidçi tanrını daha çox enerji kimi axtarır. Bəli, o bunu özü deməyə, yazmaya bilər. Amma mənim izahlarda tapdığım budur. Daha çox sufiyanə tanrı axtarışı klassikada ilişib qalmır, hər zaman olduğu kimi müasir sufiyanə ideallarına çevrilir. Bir növ buna modern tanrı da deyə bilərik. Onun düşüncə zamanında tanrı daha moderndi. Müasir və çağdaşdır. Hətta yaratdığı şairlərdən belə daha moderndir.

Bəzən Freydist qatlara tənqidçinin meyl etməsi, daha doğrusu bu enerjinin yaratdığı mətnlərə diqqət çəkməsi gözümdən yayınmadı. Daha çox nədən yazmaq deyil, necə yazmaqdır - onun yanaşmalarından bunu hiss edirəm. Təbii ki, burda bir və ya iki istisnanı əlavə etməklə. Məncə, daha doğrusu məncə də deyil, milli və dövlət məsələsindən dairəni keçməyi qəbul etmir, hətta buna qarşı mövqe sərgiləyəcək səviyyədədir.

Həmçinin estetik yanaşma, estetik gözəllik nə deyil, necə kimi önəmlidir ona. O səbəbdən erotizm çalarları onun qələmindən yan keçmir. Bu barədə şairlərin poetik axtarışlarını üzə çıxarır, fikir oxşarlıqlarını, fərqliliklərini deyir və ya yeni tapıntıya öz nidasını qoyur.

Hələ də ölülərdə ilişib qalmışıq. Əllər yuxarıdadır. Ölü şairləri alqışlayıb, diri şairləri o əllərlə sillələmək üçün. Əlbəttə, keçmiş də tariximizdir. Zaman-zaman onlara istinad, səyahət, eyni zamanda qiymətləndirmək lazımdır. Bir çox tənqidçilər bunu-yəni keçmişdə ilişməyi, çağdaşlarını diqqətə almamağı gələcəyə görə edir. Necə? O hələ sağdır, sabah mənə münasibəti necə olacaq bilmirəm. Öləndən sonra düşünərik. Ya da vəzifəyə keçsə...

Xanım tənqidçi isə çağdaş ədəbiyyata, xüsusən poeziyaya əlahiddə diqqət göstərir. Düşüncə zamanında zaman aşılırsa gələcək zamanı gözləməyə ehtiyac yoxdur. Gələcək zamanı indiki zamanda yaşamaq olar. Və ya keçmiş zamanı gələcəkdə yaşamaq olar. Zaman yerdəyişimləri düşüncədə mümkündür. Necə ki, müəllif bunu məharətlə bacarıb. Bu gün çağdaş Azərbaycan poeziyasını öyrənmək, bu poeziyaya bələd olmaq üçün qısa deyişlə adlandırdığım "Düşüncə zamanı”( yalnız bunla kifayətlənmək də çağdaş poeziyaya haqsızlıq olduğundan müəllifin digər yazılarını da demək mütləqdir) və digər məqalələri dərslik kimi tədris olunacaq səviyyədədir.

Şərq və Qərbin vəhdəti onların sərhədi olan Qafqazdır. O sərhədi həm ədəbiyyat, həm mili düşüncəyə görə "dağıtmaq” lazımdır. Harasa (şərqə və ya qərbə) çay kimi axmaqdansa yerində hansısa yönə axmayan, əksinə hər yöndən axan çayları özündə birləşdirən dəniz olmaq (öz kökünə qayıtmış-şərq, modern-qərb düşüncə) önəmlidir. Necə ki, Şah İsmayıl islam, sufi və digər milli ünsürləri özündə birləşdirən qızılbaşlıqla həm siyasi, həm ədəbi imperiyanı qurdu.

Eyni zamanda bu birləşdirici qayəyə Heydər Əliyevin gətirdiyi yeni müasir milliliyi - modern azərbaycançılığı aid edə bilərik. Tənqidçinin bu yönlərdə axtarışları gələcəkdə onun özünün nə qədər haqlı olduğunu göstərəcək. İndi görmək üçün düşüncə zamanında zamana səyahət etməyi bacarmaq lazımdır.

P.S. Məqalə tənqidçi Elnarə Akimovadan bəhs edir.

Emin PİRİ


İmza:

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

YOLUXMUŞLAR - Nicat Novruzoğlu yazır

Bizim müğənnilər, hardasınız? - Murat Bozdan nümunə götürün!

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Koronadan daha qorxulu xəstəlik - soyqırım! - Emin Piri yazır

Siz onları yox, onlar sizi seçdi... - Soner Yalçın

Xalq artisti koronavirusu alqışladı: “Təbiət öz qucağını necə də gözəl təmizlədi”

Dərdim, kədərim, dərdli səhərim, KƏLBƏCƏR!-27 ilin ağrısı...

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

Prezident İlham Əliyev: Əgər kimsə hansısa vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır

SON XƏBƏRLƏR
2020-04-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Deməli, belə. Səyavuş Novruzov əsgərlikdədi. Ali təhsilli olduğuna görə, onu bölmə komandiri qoyurlar. Və deyirlər ki, bölmə yeddi nəfərdən ibarətdi, siz də komandirsiniz.

Bölməni yığır və sayır. Görür altı nəfərdilər. Soruşur ki, bəs, yeddinci hanı? Axtarın tapın. Bölmə axtarır. Nəhayət, əsgərlərdən biri deyir ki, mən tapdım.

Deyir ki, komandir, sıraya düzülək. Düzülürlər sıraya. Əsgər başlayır saymağa: bir, iki, üç, dörd, beş, altı da Səyavuş Novruzovdu. Sonra da deyir:

-Yeddinci də mən.

Səyavuş Novruzov həmin əsgərin təpəsinə bir şapalaq vurur:

- Bir saatdı səni axtarırıq, hardasan?





digər lətifələr
ARXİV
FACEBOOK