adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
24 Fevral 2020 12:23
29208
MARAQLI
A- A+

Koronavirusdan qorunan Mona Liza

"Tvboy” ləqəbli italyan rəssam İspaniyanın ikinci ən böyük şəhəri olan Barselonada, hökumət binasının divarında Mona Lizanının "üz maskası” ilə şəklini çəkib.

Rəsm əsərində Mona Lisanın üzündə maska, əlində telefon təsvir edilib. Bu rəssamın əsəri "Mobil Dünya virusu” adını daşıyır.

Divarda çəkilmiş bu şəkil böyük diqqət cəlb edib.

Qeyd edilib ki, bu rəsm əsərinin yaradılmasında məqsəd İspaniyanın Barselona şəhərində planlaşdırılan dünyanın ən böyük beynəlxalq mobil texnologiya sərgisinin koronavirus səbəbindən ləğv edilməsinə diqqəti çəkmək olub.