nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Eminquey dostlarını başına topladı -"Günəbaxan"ın təqdimatı keçirildi Adalet.az | Eminquey dostlarını başına topladı -"Günəbaxan"ın təqdimatı keçirildi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Eminquey dostlarını başına topladı -"Günəbaxan"ın təqdimatı keçirildi

18350    |   2020-02-18 09:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu günlərdə gənc şair Eminqueyin "Günəbaxan" şeirlər kitabı işıq üzü görüb. Kitabın təqdimatı və imza günü ötən gün "Azərkitab" Kitab Mərkəzində keçirilib. Təqdimatda gənc yazarlar, oxucular və media nümayəndələri iştirak ediblər. Eminqueyin bir neçə şeiri ilk dəfə olaraq təqdimatda təqdim olundu. Tədbirdə həmçinin Yaqub İlyasovun rəhbərlik etdiyi "Nəfəs" musiqi qrupu da çıxış etdi. Tədbir iştirakçılarından bir çoxu çıxış edərək ürək sözlərini söylədilər.

Adalet.az xəbər verir ki, sənətşünaslıq üzrə fəlsəfə doktoruElçin Əlibəyli, din xadimi; "Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədriHacı Şahin Həsənli, jurnalist Lalə Əliyeva və həyat yoldaşı rejissor və aktyor Abdulqəni Əliyev , Azərbaycanın əməkdar artistiAyşad Məmmədov və həyat yoldaşı İlqarə Tosova, tanınmış şair Məhəmməd Nərimanoğlu, tanınmış jurnalistlər Daşdəmir Əjdəroğlu, İradə Sarıyeva və başqaları şairin yaradıcılığında, poeziyasında diqqəti çəkən,. oxucunu özünə bənd edən fəlsəfi fikirləri bəyəndiklərini, bunun gənc nəslə məxsus yeni nəfəs olduğunu vurğuladılar. Jurnalist Lalə xanım və aktyor Abdulqəni Əliyevin ifasında səslənən şeir parçası tam bir səhnə -tamaşa effekti yaratdı.

Tədbirin sonunda şair Eminquey imzası olan şeir kitabını oxuculara hədiyyə etdi.

Qeyd edək ki, maraqlı, fəlsəfi zənginliklə dolu olan şeirləri ilə tanınan gənc şairin "0 dərəcə ” kitabı ilk, "Günəbaxan" kitabı isə ikincisidir.

Oxucular Eminquey və "Günəbaxan” haqqında

Günel Mehri: Bəri başdan söyləyim ki, mən seir yazmıram. Və evvəllər elə bilirdim, şeir yazmaq üçün mütləq aşiq olmalisan. Indi-indi fikir verirəm ki, yox, qətiyyən! Şeir yazmaq üçün əzabı dadmalısan, yoxluğu, mümkünsüzlüyü, tənhalığı duymalisan öz ruhunda, beynində, bədənində. Şeir - daxili əzabların evrənə oturulən səsli mesajlarıdır, sən demə. Və sən pərvanə kimi ezablarda yanıb qovrulmamısansa, hər gün aşiq ol, nə fayda? Yazdığın şeir ancaq süni imitasiya olacaq, ya da tablosuz boş çərçivə ... Deyirəm, yaxşı ki, kədər var. Həyatımız yalniz sevincdən ibarət olsaydı, nə şeir olardı, nə də şair... Bunları keçirəm . Əsl cavabsız sual bilirsiz hansidir? Bu gənc şairlər var a... Onlar harada, nə zaman daddırlar bu qədər əzabı, tənhalığı, yoxlugu ki, şeirə gəldilər? Ya da niyə daddilar? Bizə şeiri sevdirmək üçünmü? Etiraf edək ki, biz onların qələmini yox, qələmlərindən damlayan əzablarini sevmişik! Eqoistcə səslənir, amma həqiqət budur...

Əlimdə Eminquey Akifin yepyeni kitabı var. Və şeirlər səhifələndikcə beynimdən yuxarıdakı fikirlər keçir. Bu suallarım Eminin timsalında bütün gənc şairlərə aiddir əslində. Və bir gün bu sualların cavabi çözuləndə şair olmağın düsturunu öyrənəcəyəm. Emin, şeirlərinizi sətir-sətir, misra-misra təhlil edənlər əlbət ki, olacaq. Mən sadəcə içimdən gələnləri bölüşmək istədim. Mənə Okabeni xatırlatdınız, Qaraqani yada saldinız. Cəsarətə, dürüstlüyə, çərçivəsizliyə, orijinalliga görə bəlkə də... Deyim ki, personajlar da dogmaydi, tanıdıq idi. Amma mənim üçün Guneşə xitablarınız ayrıca dəyərli oldu və elə buna görə də, şeirlərinizdəki pafossuz səmimiyyətə, altqat duşuncələrə görə də, minnətdaram. Bir də, heç bilmədim, nə diləyim sizə. Daha çox əzab çəkinmi deyim, belə maraqlı yazmaq üçün? "Günəbaxan" mübarəkdir! Axarıncı olsun!

Aysel Fikrət: "Bir adam düşdü quyuya, ona gah Yusif dedilər gah da Məlikməmməd . Hərə bir cür cağırdı onu” Emin səni təbrik edirəm...acıların işığını, hətta günəşini, gunəbaxanını tapdığın üçün! Dəvətə ,dəyərə görə isə təşəkkürlər!

Miri Rəsulzadə: Bu günEminqueyin "Günəbaxan”ının işığına yığışmışıq. Xarakteri kimi rəngarəng bir tədbir keçdi. Həmişə belə saf, həyəcanlı qal. Uğurların bol olsun.

Llalə Əliyeva: Bir yol tapmışam... hərdən gözlərimi yumub doğma adamları bir bir təxəyyülümə cəzb edirəm - xəyalımda hamının üzü gülür, görüşürük, çay içirik, axırda da şəkil çəkdiririk.Belə xəyallar adama yaşamaq üçün güc verir, inanın mənə...

Çox nadir hallarda xəyallarımız gerçək olar, səbəbə və səbəbkara şükür!

-Emin, mənə bu gözəl günü yaşatdığın üçün, təşəkkür, əzizim! Sağ ol ki, istedadının çəkim qüvvəsi ilə ətrafına bu qədər işıq toplamısan. Təqdimata gələnlərin çoxu səninlə ilk dəfə canlı ünsiyyətdə oldular, şahidəm, yəni bu şairlə oxucu görüşü idi, sözlərindəki, misralarındakı sağlam enerjiylə qəlblər arasında gör necə bağlar qurmusan. Sənin "Günəbaxan”ın yanında hamımız günəbaxan ləçəklərinə bənzədik.

Kazım: Bu gün, Günə baxmağa gəlmişəm; gənc və istedadlı şair Eminquey Akifin, təxminən eyni adlı kitabının təqdimatına. "Azər Kitab”ın qabağında, saniyəbəsaniyə tənhalaşırdım. İsrail həmişəki kimi gecikirdi. Dözə bilməyib hicrət elədim məclisə. Gənc yazar, tənqidçi Rəvan Cavidin nuru, ortamı işıqlandırırdı. Kitabın üzərindəki günəbaxanların qibləsinə çevrilmişdi, bu işıqlı dostumuz.
Birdən gözlərim qaraldı, axşam düşdü elə bil...Tənqidçinin nurumu azalmışdı?
Qəfil solumdan sərin bir meh əsdi, çevrildim günah mələyimin səmtinə; sən demə bu Orxan Saffarinin kölgəsiymiş. Çinarboylu yazarı qucaqladım, iri gövdəsi imkan vermədi əlim əlimə çatsın. Seyran İsmayilov görmək isə bir möcüzə idi.
Uzun illər öncəsi dostanə bir masa arxasında, fikirli və dalğın olduğumdan, şahmatda şahımı mat eləmişdi...Və Hacı Şahinin məclisdə ilk söz deməsi də bir başqa aləm idi. Uğurlar, şair!

Seyhan Əliyeva:İndiyə qədər iştirak etdiyim təqdimatlardan ən günəşlisi! Həyatımızda günəş çox olsun!Eminquey! Təbriklər! Bu hələ gələcəkdə səni gözləyən uğurların başlanğıcıdır.

Adil Abdulla :Əziz dostum, vaxtı ilə müəllimi olduğum Eminquey Akifin növbəti bir kitabının təqdimatı oldu. "Günəbaxan" adlı bu şeirlər toplusu çox dəyərli fikirlərlə doludur. Reallıqların obrazlı şəkildə ifadəsi, məzaclar, fəlsəfi mövzular və sairə. Bir sözlə zamanımızda keçmişlə gələcəyin sintezi elə effektiv təsvir olunub ki adam heyran olmaya bilmir. Uğurların bol olsun əziz Emin!

"Ədalət” qəzetinin kollektivi olararq tanınmış gənc şair, həmçinin həmkarımız Eminquey Akifin bu uğuruna çox sevinirik” Onu ürəkdən təbrik edir. uzun, mənalı və poeziyaya həsr edilmiş bir ömür arzulayırıq! Uğurların bol olsun!

Əntiqə Rəşid















Fotolar: FS PRESS

Fotoqraf: Fərrux bəy




İmza:

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

YOLUXMUŞLAR - Nicat Novruzoğlu yazır

Bizim müğənnilər, hardasınız? - Murat Bozdan nümunə götürün!

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Koronadan daha qorxulu xəstəlik - soyqırım! - Emin Piri yazır

Siz onları yox, onlar sizi seçdi... - Soner Yalçın

Xalq artisti koronavirusu alqışladı: “Təbiət öz qucağını necə də gözəl təmizlədi”

Dərdim, kədərim, dərdli səhərim, KƏLBƏCƏR!-27 ilin ağrısı...

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib

SON XƏBƏRLƏR
2020-04-07
2020-04-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir azərbaycanlı alim deyir ki, ərlə arvad koronavirusa yoxulmamaq üçün ayrı-ayrı otaqlarda yatırlar.

Əgər ailənin bir otağı varsa, biri balkonda yatmalıdır onda?

Sms-lə icazə alıb 2 saat bir otaqda yata bilərlər?



digər lətifələr
ARXİV
FACEBOOK