nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Cahangir Hacıyevin cəzası azaldıldı - Məhkəmə qərarı Adalet.az | Cahangir Hacıyevin cəzası azaldıldı - Məhkəmə qərarı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

Cahangir Hacıyevin cəzası azaldıldı - Məhkəmə qərarı

22545    |   2020-02-11 10:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Apellyasiya Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, sabiq deputat Dünyamin Xəlilov və İsmayıl Hidayətzadənin barələrində olan hökmdən verilən şikayətlərə baxılıb.

Trend-in məlumatına görə, prosesdə qərar elan olunub. Məhkəmənin qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilərək C.Hacıyevin barəsindəki 16 il 6 ay cəza 16 il 3 aya endirilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev əvvəlki cəzası toplanmaqla qəti olaraq 16 il 6 ay, sabiq deputat Dünyamin Xəlilov isə əvvəlki cəzası ilə toplanmaqla qəti olaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən İsmayıl Hidayətzadəyə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

Digər təqsirləndirilən şəxslər - Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov barəsində isə şərti cəza təyin edilİB. C.Hacıyev mənimsəmə və israf etmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma və digər əməlləri törətməkdə təqsirli bilinib. Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib. Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə, ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib. Xatırladaq ki, bundan əvvəl də C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmənin qərarı ilə İ.Hidayətzadənin cəzası 5 ilə endirilib. Sentyabr ayında Nizami Rayon Məhkəməsi İ.Hidayətzadənin cəzasının qalan hissəsinin şərti hesab edilərək azadlığa buraxılması barədə qərar verib.




İmza:

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Prokurorluq orqanlarında vətəndaş müraciətlərinin elektron qaydada və telefon rabitəsi vasitəsilə qəbulu davam etdirilir

Penitensiar Xidmətdən Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA

Konstitusiya Məhkəməsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb

Azərbaycanda koronavirusla bağlı yalan məlumat yayan 3 nəfər həbs edild

Tofiq Yaqublu barəsində həbs qətimkan tədbiri seçilib - Bakı şəhər prokurorluğu

Avropada koronavirusun yayılmasının ilkin mənbələrindən biri bəlli olub

Elmar Vəliyevə sui-qəsd edənlərin məhkəməsi təxirə salındı

Konstitusiya Məhkəməsinin onlayn iş rejimi belə olacaq

Ali Məhkəmə vətəndaş müraciətlərini onlayn formada qəbul edəcək

Yaponiyada 19 ruhi xəstəni öldürən şəxs edama məhkum edildi

Koronavirusla bağlı şayiələr yayanlar cərimələnəcək

Baş Prokurorluq KİV-lər və sosial şəbəkə istifadəçilərinə bir daha xəbərdarlıq edib

SON XƏBƏRLƏR
2020-03-30
2020-03-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK