nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Lütfi Zadə haqqında bunları bilirdinizmi? Adalet.az | Lütfi Zadə haqqında bunları bilirdinizmi? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Lütfi Zadə haqqında bunları bilirdinizmi?

25030    |   2020-02-04 14:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Lütfi Zadə haqqında bilmədiyimiz bir neçə maraqlı məqamları təqdim edirik. Bu faktlar alimin xanımı Fey Zadənin onun haqqında yazdığı kitabdan götürülüb.

Lütfi Zadənin hobbisi


Bu barədə müsahibələrinin birində özü maraqla danışıb: "Mən fotoşəkil çəkməklə maraqlanırdım. Lakin yalnız fotoportretlər üzrə ixtisaslaşmışam və paparatsilər kimi, icazəsiz bir çox məşhur insanları çəkmişəm.

Onların arasında ABŞ-ın sabiq prezidentləri Nikson və Trumen də olub. Ümumilikdə isə, Rostropoviç, Qalina Vişnevskaya, Svyatoslav Rixter kimi 50-yə yaxın tanınmış şəxsin şəklini çəkmək mənə nəsib olub”.

Sevdiyi hədiyyə

Lütfi Zadəni tanıyanlar və həyatı haqqında məlumatı olanlar onun hədiyyə almağı qətiyyən xoşlamadığını bilirlər. Təpədən dırnağa sadə həyat tərzi yaşayan Zadə dəbdəbəli hədiyyələrdən də uzaq olub. Amma özü kiməsə hədiyyə verməyi çox sevir. Hədiyyə etməyi ən çox xoşladığı əşya isə qalstukdur. O, çox adama öz qalstuklarını hədiyyə edib;

Sevdiyi yeməklər

Ümumilikdə, qoyun ətindən hazırlanan yeməkləri çox sevirmiş. Azərbaycanda isə ən çox bəyəndiyi yemək lülə kabab və kələm dolması olub. 1965-ci ildə uzaq illərdən sonra Bakıya gələndə də uşaqlığının keçdiyi Bakının bu iki təamını çox arzulayıb.

Qəribəlikləri

Lütfi Zadənin yaxşı mənada qəribəliklərindən danışsaq, qurtaran deyil. Məsələn, onun ən böyük qəribəliyi elmi böyük pullara qurban verməməsi idi. O, nəzəriyyəsindən yararlanan şirkətlərdən pay sahibliyini tələb etsə idi, dünyanın ən zəngin insanlarından biri olardı.

Bütün təmtəraqlardan uzaq şəxs idi. Mehriban bir insan kimi səmimiyyəti sevsə də, qələbəlikdə qətiyyən dayana bilmirdi. Çətin elmi, riyazi bilgiləri, saysız informasiyaları yaddaşında cəm edən, demək olar ki, elmə aid heç bir bilgini unutmayan Zadə hərdən corab geyməyi unudurmuş.

Zadədən ən çox yararlanan ölkə və şirkətlər


Bu ölkə və şirkətlərin təbii ki, sayı-hesabı yoxdur. XXI əsrdə yaşayıb Zadədən yararlanmayan nəinki bir ölkə, hətta hər hansı bir insan belə yoxdu. Amma Zadəni ilk olaraq özü üçün kəşf edib ondan əməllicə yararlanan ölkə isə Yaponiya oldu. Elə Zadənin hesabına ən çox gəlir qazanan da yapon şirkətləridir: Hitachi”, "Matsusita”, "Mitsubishi”, "Sharp”, "Nissan”, "Canon”, "Fuji”, "Toshiba”, "Omron”, "Sanyo”, "Sany-Trintron”, "Daewoo”, "Goldstar” (LC), "Samsung”, "Honda”, eləcə də Amerikanın "General Motors”, "Motorola”, "DuPant”, "Kodak”


Zadənin bilinməyən nəzəriyyələri 

Lütfi Zadə dünya elminə ona şöhrət qazandırmış qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə, 5 fundamental nəzəriyyə bəxş edib.


"Təəssüratlar nəzəriyyəsi”, "Fəza vəziyyətləri nəzəriyyəsi”, "Sözlə hesablama nəzəriyyəsi”, "Soft Computing nəzəriyyəsi”, "Optimal süzgəclər nəzəriyyəsi” kimi elmi kəşflər dünya elminin inkişafında böyük rol oynayıb. Eyni zamanda bu gün bu nəzəriyyələr həyatımızın bir çox sahələrində çox geniş tətbiq olunur.

Sözlə işləyən kompyuterlər nəzəriyyəsi əsasında işləyən kompyuterlərdə informasiyanın qranulyasiyası kimi sözlər, cümlələrdən istifadə olunur. Bu tip kompyuterlər təxmini məntiqi nəticə çıxarma qabiliyyətinə malik olan və təəssürat əsasında informasiyanı işləyə bilən insan beyninə ən adekvat texniki modeldir.

Təəssürat nəzəriyyəsi isə dəqiq ölçmə aparmadan ətraf aləm haqqında tez və dolğun informasiya almaq üsullarını verir. Bu nəzəriyyənin məqsədi insanda mövcuda oxşar süni təəssürat sistemini yaratmağın prinsip və üsullarını verməkdir.

1963-cü ildə idarəetmə nəzəriyyəsini kökündən dəyişdirən vəziyyətlər fəzası yanaşmasını təklif edir və Çarlz Dezoirlə birlikdə "Xətti sistemlər nəzəriyyəsi” kitabını nəşr etdirir.


Fəza vəziyyətləri nəzəriyyəsi dinamik sistemlərin idarə olunması və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.

"Soft Computing” nəzəriyyəsi isə qeyri-səlis məntiq, süni neyron şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticə çıxarmaq paradiqmlərinin intellektual kombinasiyalarını özündə əks etdirən yeni texnologiyaların əsasını təşkil edir.

L.Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi kimi "Optimal süzgəclər nəzəriyyəsi” də müasir riyaziyyatda və kibernetikada yeni bir addım, yeni bir hadisədir. Bu nəzəriyyə təkcə elmi orijinallığı ilə deyil, həm də əməli nəticələri ilə qiymətlidir.

Xatırladaq ki, Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilib.




İmza:

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

65 yaşdan yuxarı insanlara xidmət edəcək şəxslərin sayı artırılacaq - İbrahim Məmmədov

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Azərbaycanla Gürcüstan sərhədi aprelin 20-dək bağlı saxlanılacaq

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Keçid postlarından 7545 avtomobil geri qaytarılıb - RƏSMİ

Astronavt kosmosda ağlamağın nə ilə nəticələnəcəyini göstərdi - VİDEO

Qan rəngində axan çay görənləri dəhşətə gətirdi - VİDEO

Koronavirusa görə intiqam: Peruda insanlar yarasaları məhv edir

Adi bambukdan bahalı idman avadanlığının analoqunu düzəltdi - VİDEO

Dubayda nadir təbiət hadisəsi - VİDEO

Avstraliyada həyətdə tutulan ilan iki başlı bala doğdu - FOTO

Kişilər və qadınlar üçün təhlükəli yaş müəyyən edildi

Astroloq 2020-ci illə bağlı proqnoz verdi

Hər şeyin artığı ziyandı, eləcə də gigiyenanın...

Çinli həkimlər koronavirusa görə saçlarını qırxdırırlar - VİDEO

Alimlər əllərin yuyulması ilə koronavirus arasında əlaqə barədə həqiqəti açıqladılar

Yaşlı qadını uşaqlarının gözü qarşısında qəddarcasına döydülər - VİDEO

SON XƏBƏRLƏR
2020-03-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK