ANA SƏHİFƏ / ŞOU-BİZNES

Müğənni ”biabırçılıqdı” dedi: Estetik əməliyyat keçirən kişi müğənnilər...

31566    |   2020-02-09 09:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu günlərdə tanınmş müğənni Günay İbrahimlinin mətbuata açıqlaması böyük bir qalmaqal yaradacaına əminik: "Oğlanlar qızlardan daha çox plastik əməliyyat etdirirlər” –sözlərini söyləyib. Sonra isə fikirlərinə bunları əlavə edib:"Görmürsünüz, necə gözəl görünürəm? Heç bir əməliyyata da ehtiyacım yoxdur”.

Amma onun ikinci fikri birmənalı qarşılanmadı. Çünki bütün şou-biznes aləmi də, izləyicilər də yaxşı bilir ki, Günay İbrahimli gözəllik üçün bıcaq altına yatıb. Yəqin ki, unutduğu bu nüans yadına düşdüyü üçünfikirlərinə yenidən əlavələr edib: "Bilirsiniz ki, bir dəfə burnumda rinoplastika əməliyyatı keçirmişəm. Bir neçə ay öncə sənət yoldaşlarımın əməliyyatı ilə bağlımüsahibə verdim, bu, qalmaqala səbəb oldu. Amma düz demişəm. Demişdim ki, həddən artıq eybəcər formada edilən plastik əməliyyatlara çox pis baxıram. İndi oğlanlar qızlardan daha çox plastik və estetik əməliyyatetdirirlər. Biabırçılıqdır! Qocalanda ehtiyac olarsa, əməliyyat etdirərəm və bunu da heç kimdən gizlətmərəm”.

Adalet.az xəbər verir ki, estetik əməliyyat keçirən kişi müğənnilər dünya və Azərbaycan şou-biznesində günbəgün artmaqdadı.

Kişilərin estetik əməliyyata müraciət etməsi ilə bağlı mövzudan söz düşərkən yada düşən ilk isimlərdən biri müğənni Niyam Salamidir. Müğənni sifət cizgilərinə estetik müdaxilə etdirdiyi, üzgərmə əməliyyatı keçirdiyini gizlətmir:"Kişi əgər, səhnə adamıdırsa, qaşını da aldırmalıdır, üz-gözünə də əl gəzdirməlidir" - deyə açıqlamasında da bildirmişdi. Yəni, heç gizlətməyə də ehtiyac yoxdu. Çünki onun yanaq hissələrində dolğunun olduğunu adi gözlə də görmək mümükündü. İstəsəniz, müğənninin arxiv fotoları ilə yeni görüntülərini müqayisə edib daha sağlam qərara gələ bilərsiniz..


Sənətçi Nadir Qafarzadə də illər öncə burun əməliyyatı keçirib. Sənətçi digər həmkarlarından fərqli olaraq bunu etiraf da edib:"Mən sənət adamıyam, lazım gəlsə yenə etdirəcəyəm. Bu mənim şəxsi işimdir”.Hətta adının hallanmasına bir azacıqda əsəb nümayiş etdirərək bu sözləridə deməyi unutmayıb:"Bu gün dünyaya meydan oxuyan Putin də estetik əməliyyat etdirib. Saç, qaş, kiprik əkdirən məşhur sənətçilər, siyasətçilər var. Təkcə Nadirmi edir?”

Xalq artisti Faiq Ağayevin adı da plastik əməliyyat etdirənlər sırasında çəkilir. Lakin o, bunu heç zaman etiraf etməyib. Sənətçi yalnız gözlərində əməliyyat etdirdiyini deyib.


Samir Bağırov bu mövzuda ən səmimi etirafçılardan bir kimi yadda qalıb. Heç zaman əməliyyat olunmasını mediadan gizlətməyib. Sənətçi üzündə, bədəninin bir neçə yerində əməliyyat keçirib.

Müğənnilər Cavanşir Məmmədov, Vasif Məhərrəmli, Elariz Məmmədoğlu isə saç əkdirən məşhurlar sırasındadırlar.

Qeyd edək ki, tanınmış prodüser Tarix Əliyev (Tolik) kişi müğənnilərin plastik əməliyyat etdirməsi ilə bağlı sərt fikirlər səsləndirmiş, "Hər şey daxil" verilişində üzündə estetik əməliyyat etdirən kişi müğənniləri lağa qoydu:"Üzlərinə o qədər dolğu vurdururlar, olurlar "Toppuş bacı"".

Bir sözlə, müğənni Günay İbrahimlinin "Oğlanlar qızlardan daha çox plastik əməliyyat etdirirlər” cümləsi bəzi unudulmuş mövzulardan birinə yenidən işıq salmağı vacib etdi. Gözləyək görək, bu cümləsinə görə, "əməliyyat keçirmişlər” Günaya nə deyəcəklər.

Əntiqə Rəşid




İmza:
SON XƏBƏRLƏR
2020-07-07
2020-07-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK