nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Gələcəyə yazılan əsər - Günel Natiq yazır Adalet.az | Gələcəyə yazılan əsər - Günel Natiq yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Gələcəyə yazılan əsər - Günel Natiq yazır

26142    |   2020-01-31 16:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Tanrı "Ol” dedi və dünya yarandı”- deyilir müqəddəs kitablarda.

"Lo” dünyanın mizanının pozulması - "Ol”un əksidir. Eyni zamanda, bu deyilişdə həm dil oyunu, həm də "lo” sözünün məna kodu var: "Araya lo düşdü”.

"Lo” romanı həmin o mənanı ifadə edən böyük hadisələrin baş verdiyi 1988-1993-cü illəri əhatə edir. Rəvan, canlı dil, maraqlı, axıcı təhkiyə ilk andan oxucunu ələ alır, hadisələr bir-birini əvəz etdikcə istər-istəməz həmin məkana, zamana düşürsən, tarixin bədii düşüncədə əksi insanın gözləri önündə canlanır.

Müəllif bəri başdan oxucunu xəbərdar edir ki, hər kəs romanda öz adı ilə iştirak edəcək: "Hadisələr uydurma olmadığı üçün adamların da adı əslindən uzaqlaşmamalıdır. Hər kəsin ədəbi qəhrəman olmaq şansı var”.

Roman boyu müəllif sözünə əməl edir - hər kəs öz adıyla çağrılır. Və yalnız ad məsələsində deyil, obrazların xarakter xüsusiyyətlərinin təhlilində də bu "qayda”nı gözləyir. Müəllif heç bir obrazına qondarma don geydirmir - nə funksiyalarını qabardır, nə də əksinə, onların üzərinə kölgə salır.

Hamının öz adıyla çağrıldığı romanda qoca kommunist yazıçı da qaydalardan kənarda qalmır. O kommunist yazıçı ki, son nəfəsində də "tədbirli” davranıb partbiletini əldən vermək istəmir. Bu həmin o çağlar idi ki, 20 Yanvar faciəsindən sonra partbiletdən imtina edən bəzi yazıçılar sonradan "səhv etdiklərini” etiraf etməli olmuşdular.

İnsanlıq tarixi həm də ibrət dərsidir. Müəllif tarixi yanıltmamaq üçün qəhrəmanlarına birtərəfli yanaşmır, onları müsbət və mənfi xüsusiyyətləriylə birgə- olduğu kimi göstərir.

"Lo” romanında qəhrəmanın gündəlik həyatda rastlaşdığı hadisələr, yaşananlar bu tarixdən ayrı deyil. Əksinə, hər bir kiçik hadisə bu tarixlə birgə nəfəs alır. Yazıçı müəyyən səbəblərdən yaddaşlarda itkin düşmüş fraqmentləri bərpa edib öz tarixi yerinə qaytarır.

Roman Çernobılda hərbi xidmətdə olan Qaranın teleqramıyla başlayır. 1988-ci ildə Çernobıl Atom Elektrik Stansiyasında baş verən partlayışın acı nəticələri Qaradan da yan keçməyib. Amma onu narahat edən məsələ başqadır:

- Şüalanmaqdan qorxmamışam. Kiçikliyimi, gücsüzlüyümü anladığım üçün içimi yeyirəm. Elə bir hadisə baş verə bilər ki, qarşısında hamımız aciz qalarıq.

Bu sözlər eyni zamanda, ölüm qorxusunu ört-basdır edən insanın psixoloji təbiətini açır.

Qardaşını itirmək qorxusu qəhrəmanı xatirələrin yoluna salır. İki qardaş bir-birinə həm də ruhən bağlıdır. Məsələn, yazıçı nəql edir ki, qardaşının doğulduğu vaxt anası xəstə olduğundan uşağın qayğısına özü qalıb, ona əməlli-başlı "analıq” edib; yedirib, içirib, əskilərini yuyub, başını qatıb, sonralar məktəbə aparıb, dərslərini hazırlamaqda kömək edib. Bu kövrək xatirələr oxucuda məhrəm hisslər oyadır. Hətta qəhrəman adamayovuşmaz və qaraqabaq olduğunu etiraf edəndə də oxucu onu anlayır. Bəlkə də Fərəhin dediyi kimi, adamlar onu yalnız üzdən tanıdıqları üçün onun haqqında yanlış mühakimə yürüdürlər.

Qəhrəmanın həssas psixoloji durumu özünü müxtəlif situasiyalarda ələ verir: o bütün roman boyu öz utancaqlığından, ciddiyyətindən əziyyət çəkir. Amma həyatın dolanbac yollarında onu daha yaxından - müsbət tərəfdən tanımaq fürsəti qazanan oxucu bunu ona "bağışlayır”.

Romanın bədii obrazları axıcı, rəvan təhkiyə üstündə təqdim edilir. Hər iki nəticəsini, xüsusilə Qaranı çox sevən, "oğlu öldürüləndə beli sınan və hələ də qəddini düzəldə bilməyən” Məşədi Zeynəb... O Məşədi Zeynəb ki, qan düşmənçiliyi üstündə öldürülən oğlunun qanını yerdə qoymayıb, pulla türmədə olan qatili öldürtdürmüşdü.

Çar hökumətinin zülmünü görən Məşədi Zeynəbin "kafir padşahla zarafat etmək olmaz, torpağını torba ilə daşıtdarar” sözünün həqiqətini onlar illər sonra anlayacaqdılar.

45 yaşında artıq qadınlığın nə demək olduğunu unudub instinktlərlə yaşayan, türmədə yatan bivec, yaramaz oğlunun taleyindən başqa heç nə haqqında düşünməyən Həvva arvad... Köməksiz qonşuları üçün özünü fəda edib təmir materialları oğurlayan Babayar... Bəd nəzərlərini gizləməklə müəllifin gözündə fədakarlıq edən Heyva arvad...

Köhnə xatirələrin xiffətini və şirinliyini duyan oxucu özünü öz evindəki kimi hiss edir, hətta Həvva arvadın hər gəlişində torbasından çıxardığı Moskva konfetlərinin də dadına baxmaq istəyi duyur…

Son nəfəsində bayatı çağıran Məşədi Zeynəb nənə Vətənin simvoludur. O, dünyanı Qaraya tapşırıb gedir:

"Bizim yerimiz-yurdumuz yol ağzındadır. Hər otuz-qırx ildən bir "lo”ya düşürük, ölüm-itim olur. Bərk durun!”

Qara isə vətəndaşdı, yurddaşdı. Roman boyu Qaranı daha yaxşı tanıyır və sevirik, çünki müəllifin dediyi kimi "insanlar müharibələrdə, çaxnaşmalarda özlərini daha yaxşı göstərirlər”.

Müəllif bizi milli duyğuların təzə-təzə cücərməyə başladığı dövrə aparır. Addım-addım müstəqilliyə gedən tarixi prosesin şahidi oluruq: İlk dəfə üçrəngli bayrağı əlinə alan qəhrəmanın sevinc və həyəcanını görürük; o, ağır və əzəmətlidir, bəlkə də onun vətəndaş kimi məsuliyyəti həmin o bayrağın ağırlığını, əzəmətini hiss etdiyi andan başlayır.

Müharibə haqqında təsəvvürü olmayan gənc özünü birdən-birə qaynar hadisələrin içində görür, qardaşıyla çiyin-çiyinə bir tarixi laydan digərinə adlayır: Qarabağ iddiaları, Sumqayıt hadisələri, Meydan hərəkatı… 20 Yanvar faciəsində yaralananların, ölənlərin arasında yalnız qardaşı Qaranı axtarmır, o qanlı hadisənin birləşdirdiyi xalqın hər bir nümayəndəsini görür, duyur. Qaranın ardınca Sədərəyə, Şuşaya, Xankəndinə gedir, hər yurd yerimizlə birgə döyüşür, ağrıyır, həyəcan keçirir.

Müəllif yaşananları kinolenti kimi oxucuların gözü önündə canlandırır. Romanla bütövləşmiş bu hekayət də sarsıdıcıdır: düşmən təcavüzünə uğramış gənc qız azad edilsə də, ruhu əsirlikdədir, son gücünü toplayıb namusuna toxunmuş erməninin başını daşla əzir, sonra isə özünə qəsd edir. Naməlum və nakam qızdan yeganə bu nişanə qalır - cəbhə üçün ianə toplayan fonda göndərilən nişan üzüyü…

Romanla qaynayıb-qarışdıqca bir daha əmin olursan ki, həmin o anların dəhşətini yaşayıb, o tarixə biganə qalmamaq mümkün deyildi. O ağrıları yaşamış yazıçı nə yazırsa yazsın, artıq həmin o tarixlə birgə yazacaqdı. Çünki bu hadisələrin qasırğasında insanların kiçik xoşbəxtlikləri, sevgi, sevinc hissləri də sovrulub gedirdi…

Əjdər Olun "Lo” romanında xüsusilə o insanların adı anılır ki, onlar müstəqillik tarixində əbədiləşiblər, tarix yazıblar. Sənət adamları da diqqətdən qaçmır: Xalça ustadı Lətif Kərimov, müəmmalı ölümü xalqın taleyində ağrı kimi qalan Rəşid Behbudov, "İblis” tamaşasındakı replikaları həm də düşmənə nifrətin ifadəsi kimi səslənən Hamlet Xanızadə, Yaradıcılıq Evinin köhnə korpusunda özünə sığınacaq tapmış talesiz yazıçı Namiq Abdullayev...

Romanda ironik məqamları təbəssüm, eyni zamanda kədərlə seyr edirik. Bir əhvalat da o illərin ovqatını çox dəqiq ifadə edir: yazıçı qadınlardan biri belə bir absurd istəkdə bulunur; Yazıçılar Birliyinin onun prezidentliyə namizədliyini irəli sürməsini təklif edir. Əslində şərh edilməsi mümkün olmayan bu tragikomik situasiyanı yazıçı Anar bu cavabıyla əbədiləşdirir: "Bizim artıq öz namizədimiz var - Vidadi Babanlı”.

Hər bir kiçik ştrix böyük tarixə işıq tutmağa xidmət edir. Bu romanın əslində bir qəhrəmanı var, o da Xalqdır, o Xalq ki, Azadlıq Hərəkatını yaradıb, üçrəngli bayrağı bütün əzəmətiylə ayaqda tutub, Qarabağda döyüşüb, Qanlı Yanvarda şəhid verib, Xocalı faciəsini yaşayıb…

Müəllif məhz Xalqı romanının qəhrəmanına çevirib.

Tarix qarşısında o qədər etiraf etməli duyğularımız var ki. Hər birimiz öz içimizdə yaddaşımızın yükünü gəzdiririk.

Böyük tarixi epoxaya bələdçilik edən yazıçını romanın sonunda öz normal yaşantısına qayıtmış görürük. Dogma şəhərə nəzərləriylə sığal çəkən bu yorğun adamın içinə dolan fərəh də oxucunun hissiyyatından yayınmır…



İmza:
SON XƏBƏRLƏR
2020-04-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK