ANA SƏHİFƏ / MƏMLƏKƏT

Nazirlik: “Xəzərdə dalğanın hündürlüyü 3.2 metrə çatıb”

21163    |   2020-01-24 14:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yanvarın 24-ü gecə saatlarından başlayaraq ölkə ərazisinə soyuq atmosfer cəbhəsinin yaxınlaşması nəticəsində hava şəraiti dəyişib, Qubada 5, Qusar, Şahbuzda 4, Altıağacda 3, Xaltanda 2, Xınalıq, Naxçıvan, Ordubad, Culfa, Gədəbəy, Lerik, Ağdərə(Ordubad), Qrızda 1 mm qar yağıb.

Bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçirilən mətbuat konfransında nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, Nabran və Şabranda 2 mm, Bakıda və Abşeron yarımadasında: Maştağada 2 mm, Zabrat, Binə, Pirallahıda 1 mm yağış qeydə alınıb:

"Qar örtüyünün hündürlüyü Ağdərədə 22, Lerikdə, Qırızda 7, Xınalıqda 6, Şahbuzda 5, Kişçayda 4, Qusarda 3, Yardımlı, Altıağac, Naxçıvanda 2, Xaltan, Qubada 1 sm olub.

Qərb küləyi Tərtərdə 30, Daşkəsəndə 25, Naftalanda 24, Mingəçevirdə 23, Yardımlıda 19, Göyçay, Şamaxıda 18, Bərdə, Şəkidə 17, Bakıda və Abşeron yarımadasında: Biləcəridə 28, Maştağada 26, Qum adasında 24, Bakı, Zabratda 22, Pirallahıda 21 m/s-dək güclənib.

Neft Daşları Stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Havanın minimal temperaturu dağlıq rayonlarda 2-6 dərəcə şaxta, yüksək dağlıq rayonlarda 10-15 dərəcə şaxta olub".




İmza:

AQTA koronavirusun profilaktikası çərçivəsində reydləri davam etdirir

AQTA “Könüllü Qida Nəzarətçisi“ proqramına yeni qoşulan könüllülərlə videokonfrans keçirib

DİN COVİD-19-la bağlı təbliğat kampaniyasını gücləndirdi - VİDEO

Bakı polisi maskasız gəzənlərə qarşı reydlərə başladı

CBC TV-nin əməkdaşları COVİD-19 testi verdi, 8 nəfərdə virus aşkarlandı

İctimai Televiziya və Radio Yayımları Şirkəti maska istehsalına və idxalına öz töhfəsini verəcək

Bayram Nurlu karantin qaydalarını pozduğuna görə cərimələnib - VİDEO

Azərbaycanda indiyədək 2,3 milyon tondan çox taxıl yığılıb

Neftçala şəhərinə yeni magistral su kəməri çəkilir

Qaradağlı səhra hospitalının “40 qız”ından biri - Elyanə Hüseynovanın arzuları...

GƏDƏBƏY İCRA HAKİMİYYƏTİ BAŞÇISININ

Sabah Bakıda və rayonlarda yağış gözlənilir

SON XƏBƏRLƏR
2020-07-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.41%)
Pullsuz (11.59%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK