nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Əbülfət MƏDƏTOĞLU: XİLAS YOLU Adalet.az | Əbülfət MƏDƏTOĞLU: XİLAS YOLU Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: XİLAS YOLU

Gözəlliyin özü də sevgidi

7501    |   2020-01-18 10:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Həyat bir göz qırpımı olmaqla yanaşı, həm də uzun, lap uzun bir yoldu. Bunu elə-belə demirəm. Çünki uşaqlıq xatirələrimə baş vuranda o yolun uzunluğu gəlib dayanır gözümün qarşısında. Yəqin sizdə də olur belə hallar. Axı biz uşaq yaşımızda olanda özümüzdən böyüklərə zaman baxımından heyrətlə baxırdıq. Fikirləşirdik ki, filankəs 80-85 il yaşayıb və yaşamaqda da davam edir. Bu qədər də qaşamaq olar? İndi özüm 60-ın sərhəddini keçmişəm.. Və düşünürəm ki, pah attonan... Əsrin yarısının kürəyini yerə vurmuşam. Zarafat deyil, bir anın ömür olduğunu, bir ilin ömür sayıldığını təsəvvür edəndə 60-ın qarşısında heyrətlənməmək mümkün deyil...

Doğrudur, ömrü yazan da, verən də Tanrıdı. Ona ömür adlı kitabına kimsə əl uzada bilməz. Bu kitab elə möhürlənib, surquclanıb ki, onu yalnız Tanrı özü aça bilir. Açılanda da bir ömür bitir. Təbii ki, cismani mənada. Və...

Elə bu günlərin söhbətidir. Dəyərli dizaynerimiz Şamxalla gecə növbəsindən evə gedirdik. Söhbət həyatdan, ömürdən düşdü. Buna da səbəb yolda gördüyümüz qəza oldu. Gənc dostum qırılan ömür üçün təəssüfləndi. Amma sonra da məni biləndərlik hesab edib dedi ki, müəllim, yəqin dünyasını dəyişən ömrünün davamını o tərəfdə yaşayacaq. Açığını deyim ki, onun zarafat etdiyini düşündüm. Sonra gördüm yox, fikrində ciddidi. Qəlbinə dəymədim. Yavaşca dedim ki, o tərəfdən nə məktub almışam, nə də mesaj. Və orda kimin yaşadığını və ömrünü davam etdirdiyini də bilmirəm. Ümumiyyətlə, Allah heç kimə demir, heç hiss də etdimir ki, ona nə qədər ömür verib. Və bu ömrün davamını da axirətdə yaşayacaq. Əgər insan belə bir bilgiyə malik olsa, ən kiçik çətinlikdə özünə ölümü seçər, axirətin rahatlığı üçün ordakı xoş günlər naminə. Təbii ki, bu mənim öz düşüncəmdi. Bunu mən nə müqəddəs kitabımıza, nə də din xadimlərimizə istinad edib demirəm. Öz məntiqimlə belə düşünürəm. Və bir də içimdəki duyğular mənimlə bir ömürdü ki, sirdaşlıq edən sevgi bu qənaəti yaradıbdı. Lap çılpaq desəm, sevgidən doğulubdu bu inam, bu fikir. Çünki mən Allahın Yer üzünü də, bəndələri də, bütün canlı-cansız təbiəti də məhz sevgidən yaratdığına birmənalı inanıram. Nəhayət, mən sevgisiz həyat təsəvvür etmirəm. Ona görə də hər zaman o sevginin özünə sığınıb duyğularımı misralara çevirirəm. Yazıram ki:


Alovlanır içimdə

Yandırdığın ocaq, şam...

Sənə doğru qaçıram –

Havalı tək, ay adam...


Bir səmt göstər, yönəlib

Durum orda bir hovur...

Səbrim daşa dirənib –

Məni içimdən qovur...

           

Söz də çatmır hayıma

Tikanlayıbdı qələm...

Dərd avansdı payıma –

Ödədiyimsə sələm...


 Bu ocağı, bu şamı

Bir dam altına götür...

Sən ay Tanrı adamı,

Məni dərgaha ötür...


Hə, bu şeirin ovqatı bəlkə də könlünüzcə olmadı. Lakin mən bu şeiri də sevgiylə yazmışam, həm də sevdiyimə yazmışam. Bilmirəm, o necə qarşılayıb. Sadəcə olaraq, şeiri qəlbimə toxum kimi səpən Tanrı, mənə bu ilhamı, bu şövqü bağışlayıb, məni yönəldib. Və mən də o söz çəmənindən ruhumun pıçıltılarına uyğun seçim etmişəm. Nəticədə də can atdığım sevgi bütün sevgilərin zirvəsi olur. Axı o zirvədə dayanan bəndə də Tanrı sevgisindən yaranıb və mən də məhz onunla təmas qurub Tanrıma qovuşmağa çalışıram!..


***

Yaşadığım zamanın bütün ovqatı tarıma çəkilib. Baş verən hadisələr istər siyasi, istər təbii proseslər dünya coğrafiyasının özündəki təlatümlər bu və ya digər şəkildə bizə də təsir göstərir, səndən də, məndən də yan keçmir. Ona görə də sıxıntı və streslər azalmaq yox, artmaq yolunu tutub. Onun ölçü vahidi, dərəcəsi yüksəlməkdədir. Bax, belə bir durum da dayanıqlı olmaq, büdrəməmək, ən azından olduğun kimi qalmaq özü bir qəhrəmanlıqdı. Düzdü, bəzən bir qəhrəmanlıq anlayışını da min yerə yozuruq, onun da damarına nəyisə qatmağa, onun da başında turp əkməyə çalışırıq. Amma mənim inamıma görə, olduğun kimi olmaq, olduğun kimi qalmaq və bunu da həyat kredona çevirmək özü bir qəhrəmanlıq simvoludu, obrazıdı. Bu həm də dəyişməzlikdi, bütövlükdü. Təbii ki, bunun içərisində ən böyük hakim inanc, əqidə və bir də qətiyyət dayanır. Əsən küləyin, qopan tufanın, edilən basqıların həmin saydığım şərtlərə, nüanslara heç bir təsiri olmur. Bax, bu da mənim inandığım qəhrəmanlığın özü deməkdir!..

Dediklərimin mahiyyətinə varanda qarşıya bir neçə sual çıxır. Onlardan ən birincisi zamanla anlaşmaq, yoxsa ona qarşı çıxmaqdı. Bu sual ətrafında günlərlə müzakirə açmaq olar. Çünki hər kəsin öz baxış bucağı, öz fikri, öz məntiqi var. Və deməli, hər kəs də öz fərdi fikriylə ortada olacaq. Bu fikir də ya zamana qarşı çıxacaq, ya da zamanla anlaşacaq. Özü də fikir sahibinin məntiqiylə, yanaşma üslubuyla. Mən isə öz mütaliələrimə, əldə etdiyim informasiyalara və bir də mühakimə qabiliyyətimə görə bu qənaətdəyəm ki, selə qarşı üzmək hardasa bir dəlilikdi. Amma selin səmtini dəyişməyə cəhd göstərmək bu, yumuşaq desəm, fədakarlıqdı. Yəni bir damcı ilə odu söndürmək cəhdi də qəbul olunandı. Bütün imkanlardan istifadə edib yanğının əhatəsini daraltmaq, onu söndürmək də. Yəqin ki, söylədiyim bu fikirlərdən siz də nə demək istədiyimi duydunuz. Hiss etdiniz ki, mən zamana qarşı yox, zamana müsbət çalarlar qatmaq yoluna meylliyəm. İstəyirəm ki, böyük şairlərin dediyi kimi, zamana da, dünyaya da hakim yalnız sevgi olsun. Göz yaşları yaşadan, həsrəti dilimizin qabarına, ürəyimizin ağrısına çevrilən, vüsalı gecikdirib hicranı şərəfləndirən sevgiyə. Məhz bu sevgi dünyanı xilas edəcək, zamanı insanların istəyinə uyğunlaşdıracaq. Onda da mən yenə üzümü sənə tutub deyəcəm:


Ürək şüşə, göz də yaş

Çətin yanır közdə, yaş...

Dilindəki söz də daş –

Dillənib at üstünə!


Ümid çınqı, ah dəniz

Düşər, yanar, gah dəniz...

Dərdə hakim şah dəniz –

İlğım tək yat üstümə...


Əl soyuq, yeriş ağır

Baxışım bulud sağır...

Gör necə sakit baxır –

Qoyub hər ad üstümə...


Baxın, amma keçməyin

Sahibiyəm heç nəyin...

Mənə sevinc seçməyin –

Düşəcək çat üstümə...


Hələ kiprik silirəm

Arsız-arsız gülürəm...

Qabaracaq bilirəm –

Bir gün həyat üstümə!..


Bax, budur mənim yaşadığımın bir mənzərəsi, bir anı. Bu yaşananın içərisində zaman da var, gileyini etdiyim həyat da. Amma burda ən önəmlisi odur ki, yaşanan və yaşadan Sevgidi! Bunu unutmadığım, xəyalımdan, yuxumdan uzaq salmadığım üçün onunla bir-birimə söykənib həyatın da, zamanın da bir hissəsinə çevrilmişik. Təbii ki, bizə görə bu, müsbət bir hissəcikdir. Sizə görə isə?.. Bu cavab sizə aiddir. Mən isə elə ovqatın bu məqamında yenə misralara, yenə şeirə üz tuturam. Bilirəm ki, orda səninlə birlikdəyəm, orda bir-birimizi daha yaxşı anlayıb, daha yaxşı dəyərləndiririk.


Neynirsən nişan alıb

Necə atsan dəyəcək...

Ağlım gülləndə qalıb –

Dəyib, məni əyəcək!..


Boş ver qayğı yükünü –

Xurcun etmə çiyninə...

Daraqdakı tükünü –

Gətirmə, heç eyninə...


Ürəyinin odunu

Ruhuna havadar et...

Unut onun adını –

Görmə, lap üstündən get!..


Çırp daşa əsəb kimi

Yat, nə varsa içində...

Bitsin, qoy əzab kimi –

Həyat, mənim üçün də...


Neynirsən nişan alıb

At, əlində nə varsa...

Dəyəcək, təki qorxma –

Məni, sən qan aparsa!..


***

Yazımın əvvəlində yaşamdan, ömürdən, həyatdan, zamandan söz açdım. Elə yazı boyu da düşündüklərimi bilgisayara diqtə edə-edə həyatın, zamanın elə bu yazının doğulma müddəti həcmində cizgilərini ifadə etməyə çalışdım. İstədim ki, hər şeyin özümüzə, öz sevgimizə bağlı olduğunu müxtəlif işarələrlə bir daha nəzər nöqtəsinə çıxarım. Və bir də istədim ki, dəyərli oxucularımın sevgi dünyasına bir mesaj ötürüm. Və onlara xatırladım ki, gözəllik də sevgidi. Ona görə deyiblər ki, dünyanı gözəllik xilas edəcək. Bax, bu inancla da yazı boyu içimdəki, varlığımdakı sevginin nazını çəkdim. Onu vəsf etməyə, onu layiq olduğu səviyyəyə köklədim özümü.

Bilmirəm, bu istəyim, bu niyyətim, sizi razı saldı, yoxsa yox. Amma içimdən gələn səslər, ruhumun pıçıltıları mənə dedi ki, hər kəsin urəyi tutumunda sevgisi var. Ona görə oxucu məndən inciyə bilməz. Axı mən onun sevgisini tərənnüm edirəm, onun sevgisinə dəyər verirəm. Demək istəyirəm ki, sevgidən başqa hər şey yalandı. Sevgi ölümsüzlüyün bir nişanəsi, bir göstəricisidi. Axı o, haqdan gəlir. Və elə "Ol!” sözü də, o hökmün səslənməsi də sevginin özü deməkdi!..

Bax, bu yerdə yenə sevgi döyür ürəyimin qapısını, ruhumun pəncərəsini. Ordan gələn səsdə isə bu misralar əks olunur.


Bir kimsə bilmir ki, nə axtarıram

Yenə dolaşıram tək, küçələri...

Tanış ünvanlarda bir an dururuam –

Sən də yaddaşına ək, küçələri!..


Bu sahil, bu bulvar, bu da Təzəpir

Ruhumuz da birdi, cismimiz də bir!

Gətir qulağına söyləyim bir sirr –

Bölüb eyləmişəm lək, küçələri...


Nağıldı səninlə ötən anlarım

İçimdə nur kimi bitən anlarım...

Sənsiz yaşanmayan – itən anlarım,

Qəlbimə şırım tək çək, küçələri...

        

Susub boylanıram indi bəridə

Qatıb bir-birinə xeyir, şəri də!

Götür, as qəlbimi kiprik şəridə -

Edibdi özünə həkk, küçələri...


 Ömrü yarma edib dərd kirkirəsi

Bəxtin dil bilməyən sərt kirkirəsi...

Məni də sevməyən bu Yer kürəsi –

Deyir avaralan, səkk küçələri...


... Bəli, bütün başlanğıclar hardasa bir sona gəlib çatır. Elə bütün yazılar da sonda bir nöqtəylə yekunlaşır. Bircə Tanrı yazısıdı ki, harda yekunlaşacağı, necə yekunlaşacağı məlum deyil. Hətta onun yekununda qoyulacaq işarəni də təxmin etmək mümkün deyil. Görünən, bilinən odur ki, yazı başlanır, yazılır və... Bax, mənim bu yazım da başlandı, yazıldı və indi də bitmək üzrədir. Təbii ki, bu an üçün... Onun davamı içimdə, ürəyimdə yazılır. Çünki yazı boyu dediyim sevgidi içimə, ürəyimə hakim. Və mən də o sevgiylə elə o sevgi üçün də yazıram!..




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
SON XƏBƏRLƏR
2020-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK