nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | “Azərsun Holdinq”də 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib Adalet.az | “Azərsun Holdinq”də 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

“Azərsun Holdinq”də 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib

11585    |   2020-01-17 13:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölkəmizin tarixinə, mədəniyyətinə və sosial həyatında yaxından iştirak edən "Azərsun Holdinq” 20 yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər təşkil edir.

Vətənimizin müstəqilliyi və bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin anılmasına xüsusi həssaslıqla yanaşan Şirkətlər Qrupunun Müşahidə Şurasınn sədri Abdolbari Goozalın təlimatına əsasən bütün əməkdaşlara 20 yanvar hadisəsi ilə bağlı məlumat yayımlanıb, tədbir təşkil edilib.

"Azərsun” Mədəniyyət Mərkəzində təşkil olunmuş anım tədbirində şirkətlər qrupunun rəhbər heyəti, Şuşa rayonu İcra hakimiyyətinin nümayəndələri, həmçinin 20 yanvar şəhidlərinin ailələri iştirak ediblər. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Ardınca "Azərsun Holdinq” Hüquq direktoru Nazim Quliyev çıxış edərək, 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqilliklə bağlı milli təfəkkürünün inkişafındakı rolundan danışıb. O, xalqın demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədilə sovet rəhbərliyi tərəfindən Bakıya qoşun yeridildiyini və nəticədə 146 nəfərin öldürüldüyünü, 744 nəfərin yaralandığını və 841 nəfərin qanunsuz həbs olunduğunu bildirib.

Daha sonra çıxış edən Şuşa Rayonu İcra başçısının müavini Vüsalə Fətəliyeva 20 Yanvar hadisələrinin ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, 30 il bundan əvvəl Bakıda törədilən qırğın Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini qıra bilmədiyini və Azərbaycanın müstəqillik qazanmasına təkan verdiyini vurğulayıb.

Rəsmi hissənin son çıxışında 20 yanvar faciəsində şəhid olan Səxavət Quliyevin həyat yoldaşı Muhəstə Həsənova 30 il öncə gördüklərini, insanların vəhşicəsinə qətlə yetirilməsindən danışıb.

Tədbir Şuşa musiqili dram teatrının "Yanvarın iyirminci günü” ədəbi-bədii kompoziyası ilə yekunlaşıb.

Qeyd edək ki, "Azərsun Holdinq” şirkətlər qrupu ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini əziz tutmaq üçün mütəmadi olaraq müxtəlif layihələr reallaşdırır.




İmza:

BU KİTABXANA AQİL ABBASIN FÜZULİYƏ VƏ BAYATA HƏDİYYƏSİDİ

Baş Prokurorluq deputatlığa namizədin vəkilinin ölümü ilə bağlı məlumat yaydı - VİDEO

Şəhid kursantların anım günüdür - İmarət Qərvəndin müdafiəçiləri

Erkin Qədirli: Məni söyməyi bitirəndə xəbər edin

Bir obanın yurd həsrəti - Malıbəyli və Quşçular kəndlərinin işğal günüdür

BŞİH müxalifətin mitinq keçirməsinə razılıq verdi

Miqrasiya Xidmətində Milli Fəaliyyət Planı müzakirə edildi - FOTO

Hadı Rəcəblinin lider olduğu dairədə nəticələr ləğv edildi

İlham Əliyev: Bərpa olunan enerji növləri Azərbaycanda inkişaf edəcək, bu inkişaf geniş vüsət alacaq

İlham Əliyev Kürdəmirdə körpələr evi-uşaq bağçasının tikintisinə 3 milyon manat ayırıb

Azərbaycanın İtaliyadan aldığı "M 346" təyyarələri 5-ci nəsil pilotlar hazırlayacaq

Neftçalada 6 vəzifəli şəxs saxlanılıb - DTX yeni məlumat yaydı - VİDEO

Pozuntuları 3 istiqamətdə araşdırırıq - Məzahir Pənahov

Azərbaycanda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək

Prezident İlham Əliyev Romada Azərbaycan-İtaliya biznes forumunda iştirak edib

MSK iki məntəqədə səsvermənin nəticələrini ləğv etdi

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə məktub ünvanlayıb

MSK iki məntəqədə səsvermənin nəticələrini ləğv etdi

Bakının Baş Planının hazırlanması işinin ikinci mərhələsi həyata keçirilir

Bakı Metropolitendə koronavirusla bağlı dezinfeksiya tədbirlərinə başladı

MSK-nın seçkilərlə bağlı iclası başladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi vətəndaşlarla görüşüb

SON XƏBƏRLƏR
2020-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK