hacklink Adalet.az | Inanclarımızın doğrulduğu məkan – Mir Mövsüm ağa ziyarətgahı Adalet.az | Inanclarımızın doğrulduğu məkan – Mir Mövsüm ağa ziyarətgahı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Inanclarımızın doğrulduğu məkan – Mir Mövsüm ağa ziyarətgahı

8549    |   2020-01-14 10:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(İkinci yazı)


-Əziz tələbələr, sizə bildirmək istəyirəm ki, bu il yalnız jurnalistika fakültəsinin ödənişləri yarıbayarı endirildi. Təhsil alacağınız düz beş il müddətində ildə yalnız 240 dollar ödəyəcəksiniz !

Əntiqə, indi gəl, ölmə...! Necə sevindiyimi, elə "rektorun başının dəstəsi” nin yanında necə "cikkə” çəkdiyimi illər keçsə də, unutmuram. O anda bütün patok səssizliyə qərq oldu. Rektorun gülməyi və başını yelləyib getməsi mənim o "axmaq” hərəkətimə şirinlik qatdı. Və, elə o gündən nə vaxt çətinliyə, əlacsız duruma düşdümsə o ziyarətgaha qaçdım. Orda Allahıma dedim dərdimi. Mir Mövm ağanın qəbrinin yanıında.

Yeri gəlmişkən, jurnalist İradə İsaqın maraqlı bir məlumatı da nəzərinizə çatdırıram:"Əvvəl ateist olan, daha sonra Ağa sayəsində dinə-imana gələn tədqiqatçısı Georgiy Zapletin deyir ki, Azərbaycanın MK-nın keçmiş baş katibi Qasım İsmayılov iclasda Ağadan danışır ki, "biz cəhalətə qanad vermişik filan”. Qasım İsmayılovun səsi həmin iclasda qəfildən tutulur. Anlayır ki, iş nə yerdədir, birtəhər başa salır ki, məni Ağanın yanına aparın. Bu vaxt bacısı Səkinə xanım Ağaya bozbaş yedirirmiş. Hadisəni Ağaya danışanda o gülümsünür, bacısına nəsə deyir. Xanım deyir ki "Ağa istəyir ki, siz bu bozbaşdan bir-iki qaşıq yeyəsiniz. O da yeyir və yarım saatdan sonra səsi açılır”. Bunu mənə SSRİ-nin Xalq artisti Mikayıl Abdullayev öz şərəfi üzərinə and içib danışıb ki, danışdığı bu hekayəni gözləri ilə görüb”



Mir Mövsüm Ağa ziyarətgahının sədri Hacı Nizam Həbiboğlu müsahibələrinin birində deyir:”Xalq arasında Ətağa adı ilə tanınan Ağa Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə 1950-ci ildə dünyasını dəyişib və ziyarətgahda torpağa tapşırılıb. Bütün Bakının kişilərinin çiyni növbə ilə bu tabuta dəyib. 2 dəqiqədən bir adamlar dəyişirdi. İçərişəhərdən Şüvəlana qədər insanlar tabutu piyada, çiyinlərində apardılar.Ağa hələ sağlığında əfsanəvi bir nüfuza, insanlar arasında dərih hörmət və ehtirama malik olub. Bu gün də İçəri Şəhərdə ziyarətgah olan evində hər zaman insanlar tərəfindən ziyarət olunur. O, insanlara təskinlik, inam, mənəvi qüvvə təlqin edən, cəfadan qurtarıb şəfa verən, səfa gətirən fitri istedad, ecazkar qabiliyyət sahibi kimi böyük nüfuz qazanmış, şöhrəti Azərbaycanın hüdudlarını aşıb uzaqlara yayılmışdır. Minlərlə insan onun kəraməti sayəsində əlacsız sayılan azar-bezardan qurtulmuş, yüzlərlə sonsuz qadın nicat tapıb analıq səadətinə qovuşmuşdur. Camaat ona pənah gətirər, onun ilahi vegisinə inam bəsləyərdi. Cahan müharibəsi illərində oğulları, ərləri ölüm-dirim vuruşu aparan analar, gəlinlər Ağanın ocağına üz tutur, əzizlərinin cəbhədən sağ-salamat qayıtması üçün ondan xeyir-dua diləyirdilər.

Yenədə jurnalist İradə İsaqın bu mövzuda olan reportajından bir faktı xatırladırıq: "Qönçə xanım deyir ki, Amerikanın eks-səfiri Enn Dersi bizim ailəni həmişə tədbirlərinə çağırırdı, qonaq edirdi. "O, dindar ailədən olduğunu demişdi. Bakıya gələndə biz onun ilk ziyarət etdiyi ailələrdənik. Ona Ağanın şəklini verdik, öpüb bağrına basdı və gedənə qədər bu şəkil onun otağında qaldı. Bütün Amerika səfirləri bizdə olub. Corc Buşun ikinci müavini də bizdə olub, zənci idi. Dedi Ağa haqda eşitmişəm. Amerikada da Ağanı yaxşı tanıyırlar. Yoldaşım ona dedi ki, sən Ağadan mətləb istə, görərsən olacaq, onda bir daha əmin olacaqsan ki, bu necə möcüzəli Ağadır. Biz bu sözü dedik və yadımızdan çıxdı. O getdi, bir həftədən sonra bizə səfirlikdən zəng vurdular. Heç demə, bura gələndə onun vacib sənədlərlə dolu olan çantası itib. Biz "mətləb istə” deyəndə o ürəyində tutub ki, "Amerikaya gedənə qədər çamadanları tapılsın”. Vaşinqtona çatanda ona zəng vurublar ki, çamadan tapılıb. O da zəng vurdu ki, ocağa təşəkkürümü bildirin. Mən bir daha inandım o ocağa”.



Son günlər əvvəl işlədiyim qəzetdə incidildiyimi , haqsız yerə danlandığımı, haqqıma girildiyini, bir sözlə təkləndiyimin fərqindəydim. Yenə də üz tutdum o müqəddəs məkana. Orda , Mir Möhsün ağanın yanında Yaradanıma başıma gələnləri danışdım, incidildiyimi, atamın-qardaşımın (şikayət yerimin olmaması) yoxluğu səbəbi ilə Ona pənah gətirdiyimi söylədim. Ziyarətgahdan çıxanda isə ürəyim xeyli yüngülləşmişdi. İçimdə bir hiss vardı, elə bil Yaradanım mənə pıçıldadı;”Qorxma mən səninləyəm! Sənə qardaşı-atanı əvəz edəcək insanlar göndərəcəm”.

15 il işlədiyim qəzetdən tam əsassız və savadsız iddalarla, qərəzli olaraq çıxarıldım. Məqsəd o idi ki, Əntiqəni çörəklə imtahana çəkək, ona öz dediklərimizi elətdirək. Yəni, sosial şəbəkədə yayımlanan Qarabağla bağlı videomüraciətimi, Feysbuk səhifəmdə paylaşdığım foto və digər paylaşımlarımın silinməsini tələb edirdilər. Mənim etirazım üzərinə məni işdən çıxartdılar. İşdən çıxarılma "ƏMR” i əlimə alan kimi ilk ağlıma gələn doğma ocaq "Ədalət” qəzeti oldu. (Vallah bununda bir hikmət olduğunu düşünürəm). "Ədalət” qəzetinin baş redaktoru hörmətli İradə Tuncay məni qəbul elədi. Başıma gələnləri danışdım və iş istədim:” Mən Aqil müəllimlə danışacam, amma sən birinci gün işə gəl!”

Haqsız işdən çıxarıldığımın zərbəsini, "Ədalət” qəzetinə işə düzəlməyim, elə bilin, tam neytrallaşdırdı. Həm ailəmiz cörəksiz qalmadı, həm də qapılara düşüb iş axtarası olmadım. Aqil Abbasın adı, mənə qarşı güclənən söyüş, təhqir, qarayaxma kampaniyasının, keçmiş müdürün əsassız hücumlarının qarşısını aldı. Elə bil "Ədalət” qəzetinin rəhbərliyini (İradə xanım və Aqil müəllim) Allahım mənə ata-qardaş olaraq göndərdi ki, mən onlara sığınım.

Və son olaraq... əziz oxucular, ilk öncə Allaha sevginiz, sonra isə Allahın seçdiyi fenomen insanlara inancınız, ağsaqqal və ağbircəklərimizə sayğınız olsun! Qalanını Allah görür! Allahın amanında olun!

İnancımızı və insanlığımızı itirməyək!


Əntiqə Rəşid

Adalet.az




İmza:

Quba polisi gücləndirilmiş rejimə keçib

Ötən gün yol qəzalarında iki nəfər ölüb

Metropolitenin alternativ enerji üçün dizel generatorları xəttə qoşulub

Pestisidlərlə çirklənən ərazilərin təmizlənməsi üçün hökumətə təkliflər təqdim edilib

Bakıda bəzi avtobusların hərəkət trayektoriyası dəyişəcək

İşğalda qalan Kərki - 30 il ötür

Bakı məktəblərində 20 Yanvara həsr olunmuş xüsusi dərslər keçirilib

Bakı Qida və Yağ Fabrikinə ziyarət təşkil edildi

Heydər Əliyev prospektində sürət həddi endirildi

Dövlət Komitəsi Nərminlə bağlı müraciət yaydı: “Lazımsız məlumatların efirdən səslənməsi...”

Naxçıvanda “ASAN xidmət” mərkəzi tikiləcək - SƏRƏNCAM

“CinemaPlus”da 20 Yanvara həsr olunmuş filmin ödənişsiz nümayişi keçiriləcək

SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK