ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: DEYİL

("Bir qadına..." silsiləsindən)

19007    |   2020-01-14 10:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çəkdiyimin yanında
Sən çəkdiyin "ah" deyil...
Günahımın yanında -
Səninki, günah deyil!..

Bax, yığılmaz heç əlim
Saçlarından, seç əlim...
Sənlə keçən gecəmin -
Anı da sabah deyil!..

Ruhun ünü ney səsi
Çiynimdə qəm heybəsi...
Bitməsə də meynəsi -
Yaşanan gün - ah deyil!

Ol!- deyərək var edən
Səni mənə yar edən...
Allahdı iqrar edən -
Ayıran , Allah deyil!




İmza:
SON XƏBƏRLƏR
2020-08-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK