ANA SƏHİFƏ / GÜNDƏM

Faiq QİSMƏTOĞLU: YAĞIŞLI HAVA QƏZALARA MÜNBİT ŞƏRAİT YARADIR

12599    |   2020-01-14 10:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir neçə gündür ki, ölkə ərazisində fasiləsiz olaraq yağış yağır. Təbii ki, yağışın yağmasının kənd təsərrüfatının bir çox sahələrinə xeyri dəysə də, müə yyən ziyanları da var. Amma biz yağışın kənd təsərrüfatına ziyanından və xeyrindən söhbət açmaq istəmirik. Biz ondan söhbət açmaq istəyirik ki, bu cür fasiləsiz yağışların yağması istər magistral yollarda, istərsə də Bakı şəhərində qəzaların baş verməsinə münbit şərait yaradır.

Bax, necə etmək lazımdır ki, yağışlı havalarda qəzaların baş verməsinin qarşısını tamamilə almaq mümkün olmasa da, heç olmasa müəyyən hissəsinin yaranmasına "yox” deyək?! Belə hava şəraiti ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsi davamlı olaraq sürücülərə xəbərdarlıq edir və onlara öz tövsiyələrini verir. Aydındır ki, həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində mürəkkəb hava şəraitində baş verə biləcək qəzaların qarşısını almaq mümkündür.

Bunun üçün öncədən yol polisi hərəkətin intensiv olduğu və daha təhlükəli yerlərdə xidmət üçün əlavə naryadlar ayırır. Və həmin naryadlar da hava şəraitinin yağışlı keçməsilə əlaqədar olaraq istər magistral yolun, istərsə də Bakı şəhərində təhlükələrin mövcud olduğu yerlərdə nəzarəti gücləndirir. Bir qayda olaraq işıqforların yağışlı havada işləmədiyi yerlərdə hərəkət yol polisi tərəfindən tənzimlənir. Belə şəraitdə piyadaları da böyük təhlükə gözləyir. Çünki yağışlı havada sürücülər nə qədər diqqətli olsa belə, piyada qəfil onun qarşısına çıxanda sürət qutusundan yox, əyləcdən istifadə edir, nəticədə piyadavurma halları baş verir.

Əlbəttə, yol polisinin belə hava şəraiti ilə əlaqədar olaraq tövsiyələrini bir çox halda sürücülər və piyadalar qulaqardına vururlar. Bu da nəticədə ağır qəzalar və bədbəxt faciələrlə tamamlanır. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev yağışlı hava ilə əlaqədar respublikanın avtomobil yollarında hərəkət edən sürücüləri öncədən maarifləndirdiyini bildirir. Cənab polkovnik-leytenant xatırlatdı ki, ümumiyyətlə, tək yağışlı hava ilə əlaqədar deyil, güclü külək və qar yağması ilə bağlı da sürücülər öncədən maarifləndirilir. Yəni belə hava şəraitində onlar sürət həddinə əməl etməli, respublikanın avtomobil yollarında ara məsafəsi saxlamalı, tez-tez yolun sağ və sol hissəsinə manever etməməlidir. Üstəlik də yağışlı havada əyləc sistemindən istifadə etmək qəzalara şərait yaradır. Yaxşı olardı ki, sürücülər mürəkkəb havada əyləcə deyil, sürət qutusuna üstünlük verəydilər.

Ümumiyyətlə, gəlin onunla razılaşaq ki, əksər sürücülər yol hərəkəti qaydasını tez-tez pozurlar. Əgər belə olmasaydı, dekabrın 30-dan yanvarın 6-na kimi, yəni bayram günlərində, baş verən qəzalar zamanı 18 nəfər ölməz, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər almazdılar. Əksər sürücülər də yolların rahat olmasından istifadə edərək radarlar quraşdırılmayan yerdə avtomobilləri daha yüksək sürətlə idarə edirlər.

Polis polkovnik-leytenantı Rüfət Quliyev bizimlə söhbətində bir fikri də vurğuladı ki, yağışlı havalarda və eləcə də qar yağanda təcrübəsiz sürücülər sükan arxasında əyləşməməlidilər. Onlar ya ictimai nəqliyyatdan istifadə etməli, ya da həmin günü avtomobillərin sükanı arxasında əyləşməkdən çəkinməlidilər. Çünki bu, ən yaxşı çıxış yoludur.

Deməli, hər bir sürücü yol polisinin tövsiyələrini diqqətlə dinləməli, ona əməl etməli və mürəkkəb hava şəraitini mütləq nəzərə almalıdır. Bir sözlə, yol hərəkəti qaydalarına riayət etmək hər hansı sürücünü və sərnişinləri mövcud təhlükədən qurtarır.




İmza:

Dövlət komitəsindən Bakıda atası tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı AÇIQLAMA

DİN: Ruslan Əmirov polisə tabe olmadığına görə həbs edilib

Bakıda fləşmob təşkil edən 50 nəfər tutuldu - FOTO/VİDEO

Baş Prokurorluq Bərdədə bıçaqlanma faktı ilə bağlı məlumat yaydı

Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxdu, 202 nəfər sağaldı, 3 nəfər öldü

QMİ sədri BMT-nin beynəlxalq video-konfransında iştirak edib

Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 103 nəfər sağalıb, 2 nəfər ölüb

Harada qaldı əsl kişilik... - Rüstəm Əbülfətoğlu yazır

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycanın dövlət sərhədinin bağlanması iyunun 15-dək uzadıldı

İcma sədri: Biz dağıdılmış qəbristanlıqlarımızı, tarixi, mədəni və dini abidələrimizi bərpa edəcəyik

Azərbaycanda dərman vasitələri istehsalının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər həyata keçiriləcək

SON XƏBƏRLƏR
2020-05-30
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK