ANA SƏHİFƏ / KRİMİNAL

Saxta pullar hazırlayan “Topuş” və “Paşa” saxlanıldı

36662    |   2020-01-13 12:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsi və Baş Sumqayıt Xətt Polis Bölməsi əməkdaşları tərəfindən saxta pulların dövriyyəyə buraxılması, qanunusuz olaraq odlu silah və narkotik vasitələr saxlama cinayətləri törətməkdə şübhəli bilinən şəxslərə qarşı birgə əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə,Sumqayıt Xətt Polis Bölməsinə bir nəfərin 14 min 100 manat saxta əskinası 1500 manata satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən əməliyyat nəticəsində həmin şəxs əvvəllər məhkum olunmuş Sabunçu rayon sakini Heydər Heydərov Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində saxlanılıb.



Onun üzərinə baxış zamanı qeyd edilən saxta əskinaslar aşkar olunaraq götürülüb. H.Heydərovun ətrafına keçirilən əlavə tədbirlərlə onun saxta əskinasları tanışı paytaxt sakini əvvəllər məhkum olunmuş Pərviz Məmmədovla birlikdə hazırladığı məlum olub.P.Məmmədovun üzərində odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğundan onun saxlanılmasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları da iştirak edib.

P.Məmmədovun yaşadığı evə baxış zamanı saxta pulların hazırlanması zamanı istifadə etdikləri printer və digər avadanlıqlar, həmçinin 1 ədəd "AKSU 74” markalı avtomat silah və ona məxsus 5 ədəd patron, eləcə də psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. P.Məmmədov ifadəsində silah-sursatın və metamfetaminin ona məxsus olduğunu və saxta pulları H.Heydərovla birlikdə hazırladığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi araşdırmalar davam etdirilir.

Qeyd edək ki, saxlanılan hər iki şəxs cinayət törətməyə meyilli şəxslər kimi xarakterizə olunurlar. Heydər Heydərovun özünə "Topuş”, Pərviz Məmmədov isə "Paşa” ləqəbi götürərək müxtəlif qanunsuz pozuntuları və hüquqazidd əməllər törətdikləri ehtimal olunur. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa aidiyyəti üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.



İmza:

Cəlilabadda “Range Rover”dən 6 kiloqramdan artıq narkotik götürüldü

Balakəndə bir evin həyətində çətənə kolları aşkarlanıb

Oğurluq üstündə tutuldular, başqa cinayətləri də üzə çıxdı

Bakı polisi əməliyyat keçirdi, heroin alverçiləri zərərsizləşdirildi

Gəlin baldızının pullarını oğurlatdı

Mağazadan oğurluq etmək istəyən gənc müştərilər tərəfindən tutuldu - VİDEO

Azərbaycanda “Yura” ləqəbli narkotacir tutuldu

Bakıda kişi gözəllik salonunda həyat yoldaşını qətlə yetirib

İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilib

Özündən 16 yaş böyük biri ilə qaçan qızını öldürdü

Ötən gün 30 cinayətin üstü “isti izlər”lə açılıb

Gəncədə atasının qisasını alan şəxs ömürlük azadlıqdan məhrum edildi - VİDEO

SON XƏBƏRLƏR
2020-05-30
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK