ANA SƏHİFƏ / MƏMLƏKƏT

Könüllərdə yaşayan, qəhrəmanlıq tariximizdə izi olan Qarabala Nazim ...

18559    |   2020-01-13 10:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Yanvar ayı əlamətdar günlərlə zəngindir. Bu ayda Oğuz elinin başına gəlməyənlər qalmayıb. Qara Yanvar və Daşaltı əməliyyatı xalqımızın yaddaşına iz salmış qara günlərin təqvim ayıdır.

Yanvar ayı bir şəhidimizin də döğum gününü yada salır. Nazim Qənbərov! El təbirincə desək, 

Qarabala Nazim...

Onu Qarabağda, vaxtilə elə bütün ölkədə tanımayan yox idi. Bəli, söhbət kiçik leytenant, kəşfiyyat rotasının komandiri, şəhid Nazim Abış oğlu Qənbərovdan gedir.
O, 1968 ci il yanvarın 1-də Ağdam rayonunun Ətyeməzli kəndində anadan olub. Sovet dönəmində hərbi xidmətini Almaniyada keçib. Vətənə dönəndə isə artıq Qarabağda müharibə başlamışdı. Təbii ki, bütün qeyrətli oğullar kimi, o da kənardan seyrçi qalmadı, silaha sarıldı. 4 iyun 1992-ci ildə könüllü olaraq Ermənistan Silahlı Qüvvələrinin işğalına qarşı çıxdı, döyüşə atıldı.
Nazim Milli QəhrəmanŞirin Mirzəyevin batalyonunda, 836 saylı hərbi hissədə döyüşlərə atıldı. Torpaq üçün ilk savaşı isə Ağdərədə oldu. O Canyataq, Gülyataq, Başgüneypəyə, Ortagüneypəyə, Sirxavənd, Mehmanə və digər kəndlər uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıqlar gostərib. Bu döyüşlərin birində Nazim 20 nəfər əsgərlə mühasirəyə düşür. Onun başçılığı və fədakarlığı sayəsində silahdaşları ilə bərabər itki vermədən mühasirəni yarıb cıxırlar.


Nazim Mehmanə kəndi uğrunda döyüşlərdə 10 erməni əsgərini öldürən zaman ayağından yaralanıb. Onu təcili hospitala gətirdilər. Müalicə olunduqdan sona yenidən döyüşə atıldı. Bu dəfə Ağdam cəbhəsinə yollandı.

708 saylı briqada, 5-ci batalyon. Burda da cəsarətinə, şücayətinə görə həm əsgər yoldaşlarının, həm komandanlığın rəğbətini qazandı.
Rota komandiri seçiləndən sonra isə fəaliyyəti daha geniş müstəviyə keçdi. Bu səbəbdən ermənilər arasında "qara bəla” kimi tanınıb. Dostları isə onu "Qarabala” deyə çağırırdılar.

Kiçik leytenant az bir zaman içərisində ermənilərdən döyüş məlumatlı zabit, qənimət kimi müxtəlif çaplı silahlar gətirməyə başladı. Gətirə bilməyəndə isə onları sıradan çıxarırdı, partladırdı. Silahdaşları söyləyir ki, "Qarabala”da incə bir yumor hissi də vardı. Hər belə "ov”dan sonra ratsiya vasitəsilə çaş-baş qalmış ermənilərə "Mənəm, Qarabalayam” deyir, həm özü gülürdü, həm də ətrafındakıları güldürürdü. Buna görə də, ermənilər "Qarabala”nın öldürülməsi üçün başına külli miqdarda pul qoymuşdular.
1993-cü ilin 4 iyununda Ermənistan Silahlı Qüvvələri geniş tərkibdə Ağdamın kəndlərinə güclü hücuma keçirlər. Qeyri-bərabər döyüşdə Muğanlıda yerləşən batalyon geri çəkilmək əmri alır. Amma Nazimin rotası döyüş mövqeyini tərk etmir. Güclü döyüş başlayır və düşmən geri oturdulur. Məğlubiyyətindən qudurmuş düşmən üç gün sonra yenidən hücuma keçir.
Qarabağ qazisiRizvan Əliyevin həmin döyüş haqqında söylədikləri:

"Biz o vaxt Muğanlı kəndində postda dayanmışdıq. Həmin vaxt düşmən bizim qarşımızda və sağ cinahımızda qərarlaşmışdı. Biz onların Muğanlı kəndinə hücum edəcəklərini gözləyirdik. Lakin onlar bizim solumuzdan hücum edərək, Bağbanlar, Novruzlu və Saybalı kəndini işğal etdilər. Bundan sonra bəzi qüvvələrimiz geri çəkilməyə məcbur oldu. Amma biz cəmi 8 nəfərlə yarımmühasirə şəraitində Muğanlı kəndinin müdafiəsində dayandıq. "Qarabala” - Nazim, Sulduz, Gəray, Telman Cəfərov, Akif, Mobil, Əsgər və bir necə nəfər qalmışdıq kənddə.
Gecədən ermənilərin hərəkətliyini müşahidə edib müəyyənləşdirdik ki, onlar Muğanlıya hücuma hazırlaşırlar. Onları hücum edəcəyi əraziləri minaladıq və öz döyüş mövqelərimizi möhkəmləndirdik. Səhərə yaxın onlar təxmin etdiyimiz ərazidən tanklar və digər hərbi texnikaların dəstəyi ilə hücuma keçdilər.Atışma başlayandan bir neçə dəqiqə sonra onların tankı bizim basdırdığımız minaya düşüb partladı. Bundan sonra Nazim onların ən axırıncı tankını qumbaraatanla vurdu. Qızğın döyüşdə xeyli sayda canlı qüvvəsini, həm də hərbi texnikasını itirən düşmən geri çəkilməyə məcbur oldu. Bundan sonra Muğanlı kəndi xeyli müddət bizim əlimizdə qaldı. Orada minaya düşən erməni tankını qənimət kimi ələ keçirdik. Sonra həmin tank təmir edilərək ordumuzda istifadə olundu”.


Bəli, məhz Nazim 1 tankın, 1 PDM-in qarşısında qaçmağa başladı, onları bu fəndlə gətirib basdırdığı minaya saldı. Qumbaraatanla vurduğu 1 tankı isə qənimət kimi ələ keçirdi, təmir etdirdi, sonra isə onu batalyona təhvil verdi.

Həmin hadisə ilə bağlı telejurnalist Allahverdi Əsədov Ağdamda çəkiliş aparır, "Qarabala”nın silahdaşları hadisəni olduğu kimi, bütün xırda detallarına qədər qeyd edirlər və sonda jurnalist "Qarabala”dan da müsahibə götürür. 2 gün sona "Qarabala”nın göstərdiyi bu qəhrəmanlıq televiziyada nümayiş edilir. Onun çıxışını dinləyən Ali Sovetin bir qrup nümayəndəsi onunla görüşmək üçün Ağdama gəlir. Amma nümayəndə heyəti burda onun yas mərasimi ilə üzləşir.

Qarabala Nazim iyulun 10-da şəhid olur. Sabahı gün - iyulun 11-də isə öz doğma kəndində torpağa tapşırılır. Kəşfiyyat rotasının komandiri N. Qənbərovun göstərdiyi şücayətlərə görə, onun hələ sağ ikən Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülməsi qərara alınır. Lakin yenə də təəssüflər olsun ki, ölümündən sonra ona yalnız "Azərbaycan bayrağı” ordeni verməkləkifayətləndilər.

Şəhidin anası Rəfiqə xala və dayısı Xanlar Əliyev redaksiyamızın qonağı oldular. Nazim Qəmbərovun uşaqlığı, gəncliyi, döyüş yolu ilə bağlı maraqlı söhbətlər etdilər. Rəfiqə xala xalqımızın onun şəhid övladına göstərdiyi sayğı və ehtiramı yüksək dəyərləndirdiyini bildirdi və oğlunu yad edənlərə. Onu unutmayanlara təşəkkürünü bildirdi.


Əntiqə Rəşid




Dəmir Yollarından pandemiyadan sonrakı fəaliyyətlə bağlı AÇIQLAMA

İlham Əliyevdən sərt açıqlama: “Mənzillər rüşvət müqabilində paylanılır”

Abşeron dairəvi dəmir yolunda xəttə əlavə qatarlar qoşula bilər - SƏBƏB

Rəsulzadə ləkə götürməz - Mais Əlizadə yazır

Azərbaycan Ordusunun arsenalına ən müasir silah və texnikalar daxil edilir - VİDEO

Lənkəranın altı kəndinin giriş-çıxışlarında nəzarət-buraxılış postları saxlanılıb - VİDEO

Ramazanın 26-cı gününün duası: imsak və iftar vaxtı

Prezidentə yazırlar: Sizin kimi liderimiz olduğu üçün özümüzü xoşbəxt vətəndaşlar hesab edirik

Mayın 18-i üçün teledərslərin cədvəli müəyyənləşdirilib

“20 yanvar” dairəsində yenidənqurma işləri yekunlaşdı - VİDEO

Zaqatalada gödəkcənin qolunda gizlənmiş gürzə 46 yaşlı kişini sancdı - VİDEO

Hava dəyişkənliyi necə baş verir? - Umayra Tağıyeva açıqladı

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

Çimərlik və su istirahət mərkəzlərinin fəaliyyətinə qoyulan YENİ TƏLƏBLƏR açıqlanıb

Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən AÇIQLAMA

Bakıda bağ evlərinin icarə qiymətləri artacaq - PROQNOZ

Azərbaycan mətbəxində dovğa: Soyuq-isti fərqi yoxdu, yeyin-için...

İlham Əliyev və Mehriban Əliyeva Pir Ömər Sultan ziyarətgahında

İlham Əliyev və Mehriban Əliyeva çoxmənzilli binalarda yaradılan şəraitlə tanış oldular - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda körpələr-evi uşaq bağçasının açılışında

Azərbaycanda karantinə alınan icra başçısı danışdı: “Heç kimlə təmasda olmamaq...” - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri və xüsusi texnikalarla tanış oldular - FOTO

SON XƏBƏRLƏR
2020-05-26
2020-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK