ANA SƏHİFƏ / YAZARLAR

İnanclarımızın doğrulduğu məkan – Mir Mövsüm ağa ziyarətgahı

20026    |   2020-01-13 10:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


(Birinci yazı)

Biz balaca olanda ancaq iki müqəddəs ocaq tanıyırdıq. Ağdamda Seyid Lazım ağanın və Ağdamın Güllücə kəndində Seyid Füqara babanın ocaqlarını dəfələrlə ziyarət eləmişdik. O vaxtlar- təxminən 1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin tələbələri kəndimizə pambıq yığımına gəlmişdilər . İki tələbə qız da bizim evdə qalırdılar. Mən ilk dəfə, "Ətağa”, "Mir Mövsüm ağa” sözlərini onlardan eşitdim və israrla onun nə demək olduğunu öyrənməyə çalışdım. Elə onda uşaq ağlımla anladım ki, sən demə bakılılarında öz seyidləri, öz "baba”ları varmış. Böyüdükcə Mir Mövsüm ağa haqqında daha çox rəvayətlər, əfsanələşmiş həqiqətlər öyrəndim.

Əvvəlcə qeyd edim ki, hələ 2013-cü ildə ABŞ-da Kolumbiya Universitetinin alimlərimüəyyən ediblər ki. Allaha inanmaq insanı depressiyadan qoruyur. Onlar bildiriblər ki, beyindəki boz maddə ilə insanın dini inancı arasında rabitə var.

İnsanda depressiyanın inkişafına müxtəlif faktorlar təsir göstərə bilər. Onlardan biri genetik meyillilikdir. Hətta müəyyən edilib ki, psixi pozğunluqdan, həmçinin müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlaras Yaradana inanarlarsa, daha tez müalicə olunurlar.


Tanıtım

Azərbaycan Allaha, Allahın saf və müqəddəs, seçilmiş bəndələrinə, ziyarətgahlara inam olan ölkələrdən biridi. Seçilmiş, fərqli, fenomen deyilən insanlardan biri də Mir Mövsüm ağadır. Onun dəfn olunduğu yer isə Azərbaycanda ən müqəddəs məkan hesab olunur. Tədqiqatçı-yazıçı Paşa Yaqub yazır:” Seyidəli 1883-cü ildə İçərişəhər Firdovsi küçəsi 3 saylı mənzildə Seyid Mir Talib Ağanın ailəsində dünyaya gəlib. Doğulduğu ocaq babası kəramət sahibi Mir Mövsüm ağanın adı ilə məşhur olduğundan və həmin kəramət zaman-zaman Seyidəlidə təcəlli etdiyindən ona babasının adıyla "Seyid Mir Mövsüm Ağa” – deyə müraciət ediblər.Anası Xədicə xanımın deməsinə görə "o, normal uşaq kimi dünyaya gəlib. Anası bir həftədən sonra bələyi açır ki, uşağı çimizdirsin, görür ki, bələk qan içindədir, o vaxt həkim olmadığı üçün axund çağırırlar. O baxır deyir ki, "Allaha pənah, bu uşaq qalar, ya qalmaz”. Çoxlu qan itirdiyinə görə uşağın bir tərəfi iflic olur. Danışığı da qüsurlu olur. O, sümüksüz deyildi, uşaq iflici olduğundan sümüyündə kalsium azlığı olub, qamətini şax saxlaya bilmirdi. Buna baxmayaraq o, hamıdan fərqlənirdi. Əlini xəstəyə çəkən kimi, həmin şəxsin bütün ağrıları keçirmiş.Hələ sağlığında əfsanəvi bir nüfuza malik olmuşdur. İnsanlara təskinlik, inam, mənəvi qüvvə təlqin edən, cəfadan qurtarıb şəfa verən, fitri istedad, ecazkar qabiliyyət sahibi kimi o, böyük nüfuz qazanmışdı”.

Deyilənə görə, müharibə illərində Ağa Seyid Əlidən böyük məbləğdə vergi alınırdı. Çoxlarının cəllad kimi baxdığı Bağırovun hakimiyyəti dövründə heç vaxt Böyük Ağanı həbs etmək üçün gəlmirdilər.

Müharibədən sonra da Böyük Ağanın ocağından dövlətə yüksək məbləğdə vergi ödənirdi. Öz evində isə bir taxtdan, dolabdan, dəmir çarpayıdan, stullardan başqa heç nə yox idi… Bir dəfə Böyük Ağanın adından verilən vergi gecikdirilir. Rayon maliyyə şöbəsində onun borcu hesablanılır. Bu məbləğin ödənilməsi üçün çıxarılan qərara əsasən, Ağanın evindən əşyalarını aparmağa gəlirlər. Sürücü məsələni yalnız Ağa Seyid Əlinin evindəki avadanlıqlar maşına yükləndikdən sonra bilir. O, maşını sürməkdən imtina edir. Nə qədər israr edirlərsə, razılıq vermir: "Apara bilmərəm, mənim ailəm var", - deyir. Bundan sonra üç-dörd sürücü gətirirlər. Onlar da Ağanın evinin əşyalarını aparmaqdan imtina edirlər.


Uzun illərdən sonra ali məktəbə-jurnalistikanın ödənişli (qiyabi) fakültəsinə qəbul olundum. O vaxt ödəniş haqqım 480 dollar gösrəlidi. Bir yandan oxumaq arzum, diğər yandan o ödənişi ödəmək imkansızlığımız... Həmin vaxt yurdumuz da işğal olunmuşdu, var-dövlətimiz də yağmalanmışdı. Ömründə heç kəsə ağız açmayan, əyilməyən atam kimsədən yardım istəmədi. Mənim təhsil almaq arzumu gördü, son güman yerimiz olan inəyi satmaq məcburiyyətində qaldı. Cəmi 250 dollar çıxarda bildi. Qəpiyinə də toxunmadı. 10 dollar yol pulum qalanı isə ödənişim. Yeri gəlmişkən, həmin vaxt nə Seyid Lazım ağanın və Seyid Füqara babanın ziyarətgahı qalmışdı. Gedib imdad diləməyə müqəddəs məkanımız da yox idi. Ermənilər o müqəddəs yerləri də işğal etmişdilər.

Xülasə, pulun yarı hissəsini ödəməyə gələndə, qəbul şöbəsində bildirdilər ki, gərək pulu bütöv ödəyəsən. Əks halda sənədlərin götürülməyəcək. Əlimdə 240 dollar pul pəncərənin qabağında durub ağlamağa başladım. Ağlaya-ağlaya astadan "Ya Allahım, Mir Mövm ağa xatirinə mənə kömək ol”-deyirdim. Qəbul şöbəsindən çıxan bir qadın mənim ağladığımı görüb yanına çağırdı. Məsələni öyrənəndən sonra 240 dolların ödənilməsini və mənə "kağız” verilməsini təşkil elədi. Amma dönə-dönə tapşırdı ki, çalış bir həftəyə pulun qalanını gətir.

Bilmirdim sevinim ya ağlayım. Əlimdə qəbulla bağlı "kağız”a baxıb sevinmək istəyəndə, qadının tapşırığı yadıma düşürdü, gözümün yaşı sel olurdu. 3-4 aydan sonra dərs başlayacaqdı. Dərdimi evimizə deyə bilmirdim, xəstə və pensiya yaşında olan ata-anamın kömək edə bilməyəcəyini anlayırdım. Bu xəbəri verməklə onları da üzəcəyimdən qorxurdum. Qohumlarım tərəfindən bir uşaq mağazasında satıcı işinə düzəldim. O pulla da ancaq kirayə haqqımı və gündəlik çörək pulumu cıxara bilirdim. Amma hər həftə Mirmöhsün ağa ziyatərgahına gedir, ağanın qəbrinin başına dolana-dolana durumumu, təhsildən ayrılacaq qorxumu yadıma salıb ağlayır, Allahdan yardım istəyirdım.

Dərs günü yetişdi. Qrupumuzda 31 tələbə vardı, təsadüfə baxın, içlərində yeganə köçkün, yeganə kasıb mən idim. Hamıdan nə qədər ödəniş etdiyini soruşanda ”hamısını” cavabını eşidəndə halım daha da qarışırdı. kcə, yarımcıq ödənişi edən mən idim.

Dedilər, birinci dərsdə rektor, rektorun müşavirləri, dekanlar fakültələri gəzirlər. Qorxumdan gedib arxa partaların birində oturdum. Oturduğuma baxmayaraq 6-7 müəllimdən ibarət "rektorun dəstəsiiçəri girəndə əsməyə başladım. Bəlkə də yer yarılsaydı, həmin an yerə də girərdim. Cünki o aldatdığım –qadın müəllimə də dəstənin içində idi. Bir sözlə, ölmüşdüm, götürən yox idi. Amma ölü halımla diqqət kəsilmişəm ki, desinlər burda bir Əntiqə var, ödənişi ödəməyib, dursun universiteti tərk eləsin...

Gələn müəllimlər bizi təbrik elədilər, təhsilin inkişafı, elmin ucalığından xeyli danışdılar. (Onları yadda saxlamağa məndə hal nə gəzirdi?) Birdən rektora söz verildi. O da bizi təbrik elədi. Birazda təhsildən basdı-bağladı:” Əziz tələbələrimiz, indidə sizə bir sürpriz xəbər deyəcəm”.

"Aha, deyəcək, deyəcək ki, içinizdə yalançılar var, ödənişi ödəmədən gəlib oturub sinifdə”-deyə həyəcanla düşündüm.

Ürəyimin səsi qulaqlarımda guppuldayır. Elə bu zaman...

Əntiqə Rəşid

Adalet.az

(Davamı sabahkı sayımızda olacaq)



YAZARIN ARXİVİ

2020-05-15 : Füzuli bu gün
2020-05-15 : Adil Şirin - 65
2020-05-14 : Qara Yusif
2020-05-13 : YARITMAZ İŞ
SON XƏBƏRLƏR
2020-05-26
2020-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK