ANA SƏHİFƏ / GÜNDƏM

Bakıda ölən 3 əcnəbi tələbəylə bağlı açıqlama

11117    |   2020-01-10 16:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötən gecə Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində tüstüdən zəhərlənərək dünyalarını dəyişmiş 3 Şri Lanka Respublikası vətəndaşından ikisi – Malsha Sandeepani və Tharuki Amaya Qərbi Kaspi Universitetinin ingilis dili hazırlıq kurslarında dinləyici qismində iştirak ediblər.

Bir qayda olaraq, bu kurslara əcnəbilər fərdi qaydada və ya bu sahədə xidmət göstərən müxtəlif Agentliklər vasitəsilə müraciət edirlər. Hazırki halda Şri Lanka Respublikasının vətəndaşları Agentlik vasitəsilə Qərbi Kaspi Universitetində həyata keçirilən ingilis dili hazırlıq kurslarında iştirak etmək istəkləri ilə bağlı müraciət etmiş və adıçəkilən əcnəbi vətəndaşlara hazırlıq kurslarının şərtləri barədə məlumat göndərilmişdir. Həmçinin Universitetin yataqxanasının olmadığı və kirayə mənzil xidməti göstərmədiyi də onlara bildirilib.

Daha sonra adları çəkilən əcnəbi vətəndaşlar 11 avqust 2019-cu il tarixli, 144 nömrəli Əmrlə 20 avqust 2019-cu il tarixindən hazırlıq kursunun dinləyiciləri sırasına qəbul ediliblər.

Əcnəbi dinləyicilər Azərbaycan Respublikasına gəldikdən sonra özləri kirayə mənzil taparaq orada yaşayıblar.

Qərbi Kaspi Universiteti olaraq bədbəxt hadisədən təəssüf hissi keçirir və dünyalarını dəyişmiş əcnəbi vətəndaşların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.



İmza:

Dəniz nəqliyyatının 2 işçisinə “Əməkdar mühəndis” fəxri adı verilib - SƏRƏNCAM

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar təsdiqləndi

Ruhların xoşbəxt etdiyi Ağdam... - Nicat Kolanı yazır

Sərt karantinə nəzarət gücləndirildi, ciddi yoxlamalar başladı - DİN-dən XƏBƏRDARLIQ

KİVDF qəzetlərə maliyyə yardımının göstərilməsinə dair müsabiqənin nəticələrini açıqlayıb

Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa bir müddətdə ödəniləcək

“Haqqı çatanlar mükafatlandırılacaq” - Jurnalistlər Prezidentə təşəkkür etdilər

Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 471 nəfər sağaldı, 6 nəfər öldü

İlham Əliyev milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı

Nazirlər Kabinetindən sürücülərlə bağlı QƏRAR

İlk 6 ayda Texniki Şuralar vasitəsilə 886 müraciətə baxılıb

Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsinə dəyişiklik edilib - Fərman

İki Emin, bir Korona - Kim haqlıdır?

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Müdafiə nazirinin müavini vəzifəsindən azad olundu

Ha özümə söz verirəm ki, susacam, alınmır - Azər Qərib yazır

Nə etdiyimizin, etdiyinizin fərqindəsiniz? - Səxavət Məmməd yazır

Qarabağ qazilərindən ƏƏSMN -in mənzil korrupsiyasına etiraz

Təlimlərə cəlb olunan qoşunlar daimi dislokasiya məntəqələrinə qaytarılır

190 manat məbləğində birdəfəlik ödəmənin verildiyi ərazilərin sayı artırıldı

Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinin ev problemi ilə bağlı göstəriş verdi

SON XƏBƏRLƏR
2020-07-09


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK