ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: YOX BİR, ORTASINDAN TƏZƏ BİR ARAZ ÇAYI DA AXITDILAR

27764    |   2020-01-09 09:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ABŞ-ın Bağdadda general Qasım Süleymanini raket zərbəsilə qətlə yetirməsindən sonra Azərbaycanda sosial şəbəkələrdə, hətta bəzi saytlarda trollar arasında qırğın gedir. Deməli, üç yerə bölünüblər – İranın tərəfini saxlayanlar, ABŞ-ın tərəfini saxlayanlar, bir də öz doğma Azərbaycanımızın tərəfini saxlayanlar. Əslində bir tərəf də var. İranın tolları qəsdən iki yerə bölünüb. Bir tərəf ağlayan tərəfdi, o biri tərəf isə aranı qızışdırmaq üçün ağlayan tərəfə həqarət edənlərdi ki, ara bir az da qızışsın. Həmin trollar da eyni yerdən idarə odunur.

Qarğışın, söyüşün biri bir qəpik. Heç öldürən və öldurülən tərəf bir-birlərinə qarşı bu qədər aqressiv deyillər.

Ən çox məni ilgiləndirən odur ki, yazırlar, Azərbaycan iki yerə bölündü. Yox bir, ortasından təzə bir Araz çayı da axıtdılar.

Bu trolların sayı heç min nəfəri keçmir. Layk və şərh yazanları da əlavə etsək, onların da sayı üst-üstə olsun iki min nəfər, cəmi elədi üç min. Bu üç min nəfər on milyonluq bir xalqı iki yerə bölə bilərmi?! Heç yel olub yanından da keçə bilməz.

Azərbaycan qüdrətli, vahid və bütöv bir dövlətdir. Xalq da öz dövlətinə sadiqdir və bütövdür. Bu xalq öz dövlətinin müstəqilliyi uğrunda son damla qanınadək vuruşmağa da hazırdır. Bunu 20 Yanvarda da görmüşük, Qarabağ müharibəsində də, Aprel döyüşlərində də. Eləcə də iqtidarın, Möhtərəm Prezident İlham Əliyevin xarici və daxili siyasətini həmişə dəstəkləyib.

Azərbaycan ikiyə bölündü? Yox bir, ortasından da təzə bir Araz çayı axıtdılar.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2020-06-03
2020-06-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK